- 72 -
Sxem 3.3.Ortaq layihələrin həyata keçirilməsi məqsədilə potensial klaster iştirakçıların
özünü təşkil
etməsi üzrə fəaliyyətlər (Müəllif: E. S. Kutsenko)
Birinci mərhələdə hər bir prioritet sahə çərçivəsində bir sıra göstəricilər (əsasən
iqtisadi,innovativ kimi göstəricilər) üçün ən əhəmiyyətli nəticələrə malik müəssisələri
müəyyən etmək lazımdır. Daha sonra onların arasında potensial liderləri tapmalı və
öz səlahiyyətləri çərcivəsində digər şirkətləri birgə layihələrdə iştirak etmək üçün
səfərbər etməlidirlər.
Sonra qrupları məlumatlandırmaq və motivasiya etmək üçün qrupun potensial əsas
üzvləri ilə bir sıra görüşlər keçirilməlidir.Bu görüşlər gələcək klasterin əsaslarını daha
yaxşı anlamaq, rəqiblər, ixtisaslaşmış təchizatçılar və alıcılar, texnologiya ilə əlaqəli
müəssisələr, əsas elmi və təhsil müəssisələri və əməkdaşlıq təşkilatlarını müəyyən
etmək üçün kömək edəcəkdir.
1.
Klasterin əsas üzvləri ilə bir sıra görüşlər keçirmək (əlaqə,
motivasiya,
əlaqəli təşkilatların identifikasiyası)
2.
Klasterin formalaşmasına dair prioritet istiqamətlər barədə şirkətlərə,
birliklərə,universitetlərə məlumat verilməsi.
3.
Təqdimat iclası (tanışlıq, qrupun formalaşdırılması, ümumi baxış, ümumi
problemlər, rəqabət üstünlükləri,
strategiya, layihələr)
4.
İşçi qrupunun formalaşdırılması
5.
Klaster inkişaf strategiyasının hazırlanması (birgə fəaliyyətin əsas
məqsədləri, sahələri və mexanizmlərini müəyyən edən sənəd)
6.
Klaster siyasəti inkişaf proqramının inkişafı (bir sıra birgə layihələr)
7.
Klaster idarəetmə orqanlarının formalaşması 6-cı bəndi ilə eyni vaxtda
həyata keçirilir.
8.
Klasterin institusional strukturunun formalaşdırılması (qarşılıqlı
təsir
qaydaları) 6-cı bəndi ilə eyni vaxtda həyata keçirilir.
Öz
ünüidar
əe
tm
ə
B
irg
ə
layih
əl
ər
F
orma
laşdırma
- 73 -
İkinci mərhələdə regionda qrupların yaradılması və inkişafından məsul olan təşkilat
(Klaster inkişaf mərkəzi) digər mümkün qrup üzvləri ilə görüşürlər (regional
iqtisadiyyatın müstəqil təhlilindən əldə edilmiş məlumatlar və birinci mərhələdə
potensial əsas iştirakçılardan əldə edilmiş məlumat). İlkin məlumatların həssaslığı,
problemlər, ehtiyaclar, qrupun əsas iştirakçılarının planları təhlil olunur.
Bundan
sonra isə müəyyənləşdirilmiş bütün şirkətləri (universitetlər və elmi qurumlar,
birliklər və s.) təqdimat toplantısına dəvət olunması zəruridir.
Üçüncü mərhələdə, hər bir prioritet sahə üçün gündəliyi daxil olan toplantılar (bir
və ya daha çox) keçirilir:
Potensial klaster iştirakçılarının bir-biri ilə tanış olması;
Gələcək üçün ümumi bir vizyonun formalaşdırılması;
Ümumi problemlərin təhlili;
Ortaya çıxan qrupun SWOT-analizinin inkişafı;
Klaster strategiyasının əsas müddəalarının formalaşdırılması;
Birgə (klasterli) layihələrin ilkin inkişafı.
Nəticədə, hər bir prioritet sahə çərçivəsində vahid layihələri olan müəssisələrin
qrupları təsbit olunmalı və birgə layihələr ortaya qoyulmalı
və gələcəkdə qruplar
formalaşdırılmalıdır.
Dördüncü mərhələ layihə çərçivəsində mövcud olan birgə layihələri
yekunlaşdıqdan sonra işçi qruplarının formalaşdırılmasıdır.İşçi qrupunun optimal
miqdarı zəruri ekspert dəstəyi ilə 5-7 nəfərdir.İşçi
qrupu klasterin aktivləşmə
dövründən başlayaraq,inkişaf təşkilatının yaradılmasına qədər davam etdirilir.
Beşinci mərhələdə işçi qrupunun birgə fəaliyyətini,əsas məqsədlərini, sahələrini və
mexanizmlərini müəyyən edən sənədinin hazırlanması üçün strategiya hazırlamalıdır.
Altıncı mərhələ koordinasiyalı birgə layihələrin hazırlanması və onların əsasında
klasterin inkişaf proqramının formalaşmasının başa çatmasıdır.
- 74 -
Yeddinci mərhələ birgə layihələrin həyata keçirilməsi ilə əlaqədar yaranan qruplar
arasında əlaqələrin formalaşmasıdır. Ümumi yığıncaqda idarəetmə orqanlarının bir
qrupunun yaradılması qərarı verilir.
Öz-özünə
maliyyələşmə,
müəssisələrin
və
təşkilatın
maraqlarının
uyğunlaşdırılması, birgə layihələrin hazırlanması və qarşılıqlı formalaşdırılması
aşağıdakı faəliyyətləri əhatə edir:
konfranslar,forumlar,seminarlar,dəyirmi
masalar
şəklində
"qarşılıqlı
platformalar" nın təşkili;
İşçi qrupunun və Klaster üzrə İctimai Şuranın yaradılması;
Klaster inkişaf strategiyasının və onun həyata keçirilməsi üçün fəaliyyət
planının hazırlanmasında iştirak;
Öz-özünə maliyyələşmə prosesinin informasiya dəstəyi və qrup təşəbbüslərinin
formalaşması;
Dostları ilə paylaş: