L naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ Əlyazması hüququnda


Regionların inkişafında klaster siyasətinin rolu və əhəmiyyəti



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə26/33
tarix28.08.2023
ölçüsü0,99 Mb.
#140830
1   ...   22   23   24   25   26   27   28   29   ...   33
Regionun sosial-iqtisadi inkişafında yeni prioritetlərin formalaşması xüsusiyyətləri

3.2Regionların inkişafında klaster siyasətinin rolu və əhəmiyyəti 
Klaster birbaşa əlaqəli olan təsərrüfat subyektlərindən ibarətdir.Klaster siyasəti 
rəqabətə davamlı iqtisadi fəaliyyətin əsasını təşkil edir.Əməkdaşlıq və rəqabətin 
birləşməsi ərazilərin ixtisaslaşmasına,ixrac imkanlarının artırılmasında mühüm rol 
oynayır. Klasterlər regionların dinamik inkişafına şərait yaradır. Buna görə, 
bölgələrin klaster prinsiplərinə əsaslanan inkişafı aktualdır və yüksək praktik 
əhəmiyyətə malikdir. 
Klaster siyasətinin inkişafı tez-tez diqqətdən kənarda qalmasına baxmayaraq, 
son illərdə bu yanaşma regionların strateji inkişafının tərkib hissəsinə çevrilmişdir. 
Hazırki dövrdə klaster siyasəti region iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin 
artırılması üçün çox mühüm rol oynaya bilər. Bu həm bir sıra sahələrdə idxalı əvəz 
edən və eləcə də qlobal məhsullar istehsal etməyə qadir olan daha rəqabətqabiliyətli 
sahibkarlıq sektorunun formalaşması baxımından çox mühümdür. Klasterin 
formalaşdırılması ilə bağlı üç əsas faktoru qeyd etmək olar:
1. Coğrafi faktorlar. Məhsulun maya dəyərində nəqliyyat xərclərinin həcmi və 
regional tələbin vəziyyəti sahibkarları müəyyən bir coğrafi ərazidə cəmləşməyə sövq 
edir.
2. Tarixi keçmiş. Regionun cəlbediciliyi adətən onun tarixi keçmişi ilə bağlı olur. 
Məsələn, Lənkəran iqtisadi rayonu həmişə öz əsararəngiz təbiəti ilə, eləcə də 
subtropik bitkiçilik ənənləri ilə məşhurdur.
3. İnstitutional mühit. Bu insanlar arasındakı münasibətləri tənzimləyən hüquqi, 
siyasi və sosial strukturdur. İnstitutional mühit iki formada mövcud olur: rəsmi və 
qeyri-rəsmi. Rəsmi strukturlar konstitusiya, qanunlar, məhkəmələr və sosial-iqtisadi 
münasibətlər çərçivəsində yarana biləcək mübahisələri tənzimləyən hər hansı bir 
qurumları ehtiva edir. Qeyri-rəsmi mühit isə mədəni normalar, davranışlar, eləcə də 
sosial-iqtisadi münasibətlərdə ümumi qəbul olunmuş prosedurları ehtiva edir. 
İnstituional mühitin mükəmməlliyi zamana, təşəbbüskarlıq meylinə və s. məsələlərə 


- 63 - 
nüfuz etməklə sahibkarlıq fəaliyyətinə birbaşa təsir edir. Xüsusilə bir çox tədbirlərin 
görülməsi və qanuni dəyişikliklərin edilməsinə baxmayaraq institutional strukturda 
möcud olan boşluqlar, sahibkarlıq fəaliyyətinə qeyri-qanuni müdaxilələr və haqsız 
rəqabət şəraiti sahibkarlıq fəaliyyətinin inkişaf tempinin aşağı salan əsas amildir. 
Regional klasterlərin yaradılması iqtisadi idarəetmədə bir sıra üstünlüklərə malikdir 
ki,bu üstünlüklər aşağıdakılardan ibarətdir: 

Vergi tutma bazasının artırılması; 

Bölgənin əhalisinə məşğulluq təmin edən sənaye birliklərinin yaradılması, 
infrastrukturun inkişafı və s.; 

Bölgədə az mənfəət verən müəssisələrin yenidən qurulması imkanı; 

İnvestisiya qoyuluşlarının tənzimlənməsi və investisiyalarının effektivliyini 
qiymətləndirmək imkanı; 

Sahibkarlıq fəaliyyətinin regionda inkişafı; 
Ümumiyyətlə klaster siyasəti dedikdə,bir ölkə (və ya regionunun) iqtisadiyyatının 
rəqabət qabiliyyətini artırmaq məqsədi ilə dövlət orqanları tərəfindən həyata keçirilən 
dövlət tənzimləyici tədbirlər planı başa düşülür.Bu baxımdan klaster siyasətinin əsas 
vəzifələri aşağıdakılardan ibarətdir: 
1)
Klasterlərin effektiv təşkilati inkişafı, o cümlədən klaster üzvlərinin müəyyən 
edilməsi, əlavə dəyər zənciri daxilində məhsulların rəqabət qabiliyyətinə təsir 
edən məhdudiyyətlərin aradan qaldırılması və çoxsaylı inkişaf strategiyalarının
hazırlanması; 
2)
yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının 
fəaliyyətinin əlaqələndirilməsi; eləcə də klaster siyasətinin həyata keçirilməsi 
üçün biznes əlaqələri; 
3)
regional və sektoral səviyyədə klaster siyasətinin həyata keçirilməsi üçün 
effektiv metodoloji, informasiya, məsləhət və təhsil dəstəyindən istifadə etmək; 
4)
inkişaf prioritetlərini, iqtisadi siyasət tədbirlərini aşağıdakı sahələridə nəzərə 
almaqla, klaster iştirakçılarının rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş 
layihələrin effektiv dəstəklənməsi: 
-kiçik və orta biznesin inkişafına dəstək; 


- 64 - 
-innovativ və texnoloji siyasət; 
-təhsil siyasəti; 
-investisiya cəlb etmək üçün siyasət; 
-ixracın inkişaf etdirilməsi siyasəti; 
-Nəqliyyat və enerji infrastrukturunun inkişafı; 
-iqtisadi sektorların inkişafı. 
Ən ümumi formada, dövlət orqanları və yerli özünüidarəetmə orqanları tərəfindən 
həyata keçirilən klasterlərin inkişafına dəstək üçün əsas sahələr aşağıdakılardır: 
1) klasterlərin institusional inkişafına dəstək vermək; 
2) müəssisələrin rəqabət qabiliyyətinin və onların qarşılıqlı təsirinin artırılmasına 
yönəldilmiş layihələrə dəstək mexanizmlərinin inkişaf etdirilməsi; 
3) klasterlərin inkişafı üçün əlverişli şəraitin yaradılması.
Bir çox ölkələrdə dövlət dəstəyi klaster üzvlərinin birgə layihələri üçün tenderlərin 
təşkili ilə seçici şəkildə həyata keçirilir. Bu səbəbdən klaster siyasətinin həyata 
keçirilməsinin nəticələri aşağıdakılardan ibarət olur:

iqtisadi fəaliyyətin müxtəlif növlərini həyata keçirən təsərrüfat subyektlərinin 
inteqrasiya və əməkdaşlığın yeni təşkilati formalarını tətbiq etmək prosesini 
sürətləndirmək;

müəssisələrin məhsuldarlığının artması və innovativ fəaliyyəti;

kiçik və orta biznesin inkişafının intensivliyini artırmaq;

ixrac potensialının artırılması və birbaşa investisiya cəlbinin artırılması;

klaster siyasəti ilə regionların sürətli sosial-iqtisadi inkişafının təmin edilməsi. 
Respublikamızın regionlarında klasterlərin təşkili bu sahədə artıq müəyyən 
təcrübəyə malik ölkələrə nisbətən ləng inkişaf edir.Bunun əsas səbəbi kimi Sovetlər 
Birliyi dağıldıqdan sonra ölkədə mövcud siyasi sabitlik və bunun nəticəsi olaraq dərin 
iqtisadi böhranı qeyd edə bilərik.Lakin müstəqillik qazanıldıqdan sonra ölkə 
iqtisadiyyatında mühüm canlanma yarandı.Neft sənayesinin inkişafı və neftin nəqli 


- 65 - 
üzrə mühüm investisiya layihələrinin həyata keçirilməsi nəticəsində ölkə 
iqtisadiyyatının makroiqtisadi göstəriciləri yüksəlməyə başladı. 
Ümumiyyətlə,klaster siyasətini ölkə regionlarında təşkili xüsusiyyətlərini təhlil 
etməmişdən əvvəl bu prosesin zəruriliyi araşdırılmalıdır.Bundan sonra klaster siyasəti 
ölkənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanmış və sınaqdan 
keçirilmiş vahid proqram əsasında həyata keçirilməlidir. 
Klasterləşməni Azərbaycan regionlarında tətbiq etməmişdən əvvəl bu sahədə 
kifayyət qədər uğurlu təcrübəyə malik ABŞ,Niderland,İspaniya kimi ölkələrin 
təcrübəsindən yararlanmaq effektli ola bilər.
Regionlarda klaster siyasətinin tətbiq edilməsində mühüm məsələlərdən biridə 
sənaye fəaliyyətinin regionlar arasında bərabər bölüşdürülməsidir.Bu bölgü elə 
aparılmalıdır ki,hər bir region əmək,kapital,təbii resuslarla bərabər təmin olunsun. 
Eyni zamanda sənayecə inkişaf etmiş regionların həddən artıq yüklənməsi də 
məqsədə uyğun hesab edilmir.Regional baxımdan ölkəmizdə Bakı,Gəncə,Sumqayıt 
şəhərlərini klasterlərin formalaşması üçün ən əlverişli iqtisadi mərkəzlər hesab etmək 
olar.Xüsusilə Bakı şəhərində iri neft yataqlarının,maşınqayırma,yeyinti və yüngül 
sənaye müəssisələrinin həmçinin geniş infrastruktur,nəqliyyat imkanlarının olması 
klaster siyasətinin yaradılması üçün böyük zəmin yaradır.Paytaxta klasterlərin 
formalaşmasına təkan verəcək başqa amil isə burada iri universitelərin,elm və tətdris 
mərkəzlərinin olmasıdır. 
Michael Enright'ın regional klaster nəzəriyyəsinə görə, rəqabət üstünlükləri milli 
səviyyədə deyil (Porter kimi) ,regional səviyyədə yaradılır.

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin