L naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə2/33
tarix28.08.2023
ölçüsü0,99 Mb.
#140830
1   2   3   4   5   6   7   8   9   ...   33
Regionun sosial-iqtisadi inkişafında yeni prioritetlərin formalaşması xüsusiyyətləri

Giriş 
Mövzunun aktuallığı.
Hər hansı bir regional sistemin sosial-iqtisadi inkişafı 
artıq mövcud və yaradılmış bir çox faktorlar ilə müəyyən edilir ki, bu da regional 
sistemin mövcud vəziyyətinin xüsusiyyətlərini təşkil edir. Lakin regionun davamlı 
sosial-iqtisadi inkişafına nail olmaq vəzifəsi indiyə qədər əlçatmaz olaraq qalır. 
Ümumiyyətlə, regionun sosial-iqtisadi inkişafının prioritetləri təbii, coğravi, tarixi, 
iqtisadi amillər nəticəsində yaranır ki, beləcə müəyyən edilmiş prioritetlər regionlarda 
mövcud problemlərin müəyyənləşməsi və aradan qaldırılması üçün mühüm rol 
oynayır .Sosial-iqtisadi inkişafın prioritetləri müəyyənləşdikdən sonra effektiv dövlət 
tədbirlərinin həyata keçirilməsi regionların sosial-iqtisadi inkişaf yolunun müsbət 
istiqamətdə hərəkət etməsində vacib amildir. 
Regionun sosial-iqtisadi inkişaf xüsusiyyətlərinin qiymətləndirilməsi nəzəri 
metodoloji baxımdan mövcud problemlərin və prioritetlərin obyektiv müəyyən 
olunmasına kömək edir ki, bu da regional iqtisadiyyat subyektləri tərəfindən qəbul 
edilən qərarların keyfiyyətli və effektiv olmasında mühüm rol oynayır.
 
Bu günə kimi regionların sosial-iqtisadi inkişafının prioritetlərinə dair bir çox 
elmi tətqiqat işlərinin yazılmasına baxmayaraq,davamlı sosial-iqtisadi inkişafa nail 
olmaq üçün hər zaman yeni prioritetlərin müəyyən olunmasına ehtiyac var.Bu nəticə 
tədqiqat üçün seçilmiş dissertasiya mövzusunun aktuallığını bir daha təsdiq edir. 
 
Tədqiqatın məqsəd və vəzifələri.
Tədqiqatın məqsədi regionun sosial-iqtisadi 
inkişafının öyrənilməsi üçün nəzəri əsasları inkişaf etdirmək və regionun davamlı 
sosial-iqtisadi inkişafını formalaşdırmaq üçün müəyyən olunmuş prioritetlərin həyata 
keçirilməsində praktik tövsiyələr verməkdən ibarətdir.Bu məqsədə nail olmaq üçün 
aşağıdakı vəzifələri müəyyən olunmuşdur:
 
-
regionun sosial-iqtisadi inkişaf prioritetlərini müəyyən etmək və onları həyata 
keçirmək; 


- 4 - 
-
regionun sosial-iqtisadi inkişaf prioritetlərindən biri kimi aqrar sektorunun 
hazırki vəziyyətini təhlil etmək; 
-
regionlar arası fərqlərin azaldılması üçün həyata keçirilməli olan tətbirlərin təhlili; 
-
regionun sosial-iqtisadi inkişafında klaster siyasətinin həyata keçirilməsinə dair 
istiqamətlər vermək; 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin