L naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ Əlyazması hüququnda


 Sosial-iqtisadi inkişafda regionların yeri və rolu



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə7/33
tarix28.08.2023
ölçüsü0,99 Mb.
#140830
1   2   3   4   5   6   7   8   9   10   ...   33
Regionun sosial-iqtisadi inkişafında yeni prioritetlərin formalaşması xüsusiyyətləri

1.3. Sosial-iqtisadi inkişafda regionların yeri və rolu 
Məlumdur ki, ölkəmiz əlverişli coğrafi mövqedə yerləşir və zəngin təbii 
ehtiyyatlara malikdir.Lakin ölkəmizin sosial-iqtisadi inkişafına dəstək olan 
regionlarda kəskin fərqlər aydın görünür.Belə ki, iqtisadi resuslar regionlar üzrə qeyri 
bərabər bölünmüş və nəticədə regionlar arasında inkişaf səviyyəsində kəskin fərqlər 
yaranmışdır.Xüsusilə əsas infrastruktur sahələrinin paytaxda yerləşməsi əhalinin 
regionlardan şəhərə axınını sürətləndirmişdir. Bu amil regionların təsərrüfat 
fəaliyyətinin inkişafına mənfi təsir göstərmişdir.Bununla bağlı olaraq dövlət 
regionların sosial-iqtisadi inkişafının tənzimlənməsini qarşısına vacib məqsəd kimi 
qoymuşdur. 
Ümumilikdə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar,maliyyə 
imkanları,iqtisadi artım,ehtiyyat fondları ölkəmizin iqtisadiyyatının müasir 
vəziyyətini özündə əks etdirir.Qeyd olunanlar regional sosial-iqtisadi inkişafının 
təminatı baxımından əsas olduğu üçün maddi və təbii resursların hərəkətini tələb 
edir.Buna görə də, investisiya siyasətində məqsədyönlü tətbirlərin həyata 
keçirilməsini sürətləndirmək lazımdır. 
Hazırkı mərhələdə dövlət regionların potensialından daha dolğun istifadə etmək 
məqsədilə kompleks tədbirlər həyata keçirir.Belə tətbirlərin nəticəsi olaraq ölkəmiz 
regionlarda sahibkarlığın inkişafına, yoxsulluğun azaldılmasına, makroiqtisadi 
sabitliyin davam etdirilməsinə nail olacaqdır. Buna görədə hər bir regionun ölkə 
iqtisadiyyatındakı yeri və rolu kompleks şəkildə öyrənilməlidir. 
Ümumillikdə ölkəmiz üçün qarşıda duran əsas məqsədlərdən biri iqtisadi 
rayonları üzrə prioritet istiqamətlərin müəyyən edilməsi və bu prioritet sahələrin 
inkişafının stimullaşdırılması olmalıdır. 
Dünyanın bir çox ölkələrində regionların sosial-iqtisadi inkişafı üzrə inkişaf 
proqramları hazırlanır və regionlar arası prioritet istiqamətlər müəyyən edilir. Belə 
proqramlar nümunə olaraq Şimali İrlandiyada, Uelsdə, Şotlandiyada elektronika, 


- 26 - 
avtomobil, yeyinti məhsullarının istehsalı sahəsində uğurla istifadə olunan təcrübəni 
göstərmək olar. Həmçinin İngiltərədə proqnoza əsaslanan texnoloji proqramları 
vardır ki, bu proqramların icrası nəticəsində ölkənin regionlarında innovasiyaların 
tətbiqi sürətlənir. 
Demək olar ki, bütün Avropa ölkələrində regional inkişaf siyasətini həyata 
keçirmək üçün müxtəlif təşkilatlar fəaliyyət göstərir. Belə təşkilatlara nümünə olaraq 
Macarıstanda mövcud Regional İnkişaf üzrə Milli Şuranı göstərmək olar. Regional 
İnkişaf üzrə Milli Şuranın əsas vəzifəsi müvafiq qanun layihələrinin, hökumət 
qərarlarının hazırlanması, nazirliklərin, digər dövlət qurumlarının fəaliyyətinin 
uyğunlaşdırılması və regional inkişaf proqramlarının hazırlanmasından ibarətdir. 
Şuraya rayon inkişafı şuralarının nümayəndələri, ətraf mühit və regional siyasət 
nazirləri, bələdiyyələrin milli assosiasiyaları, Macarıstan Elmlər Akademiyası 
nümayəndələri daxildir. Birləşmiş Ştatlarda da regional inkişaf agentliklərinin 
yaradılması və işləməsində əhəmiyyətli təcrübə mövcuddur. Burada regional inkişaf 
agentliyinin təşkilati forması kimi dövlət investisiya şirkəti fəaliyyət göstərir. 
Beləliklə, Avropa İttifaqının bir çox ölkələrində regional siyasətin stimullaşdırıcı 
tədbirləri müvafiq qanunvericiliklə tənzimlənir ki, buda Aİ-nin fəaliyyəti ilə bağlıdır. 
Həmçinin bəzi ölkələrdə (İtaliya, Almaniya və İspaniya) regional siyasətin əsas 
məqsədi Konstitusiyada təsbit edilmişdir. 
Qeyd etdiyimiz ölkələrin təcrübəsi göstərir ki, müasir dövrdə regionların 
inkişafında innovasiyaların rolu böyükdür.Bu səbəbdən ayrı-ayrı regionlarda yeni 
müəssisələr yaradılarkən innovativ yanaşmadan daha çox istifadə olunur. 
Respublikamız üçün də yerli potensialdan səmərəli istifadə, innovasiyaların və 
müasir texnologiyaların tətbiqi hər zaman aktual olaraq qalır. 
Hazırda icrası yekunlaşmaq üzrə olan “Azərbaycan Respublikası regionlarının 
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ölkə iqtisadiyyatının 
inkişafında mühüm əhəmiyyətə malikdir. Proqram regionlarda sahibkarlıq 


- 27 - 
fəaliyyətinin inkişafı, yeni iş yerlərinin açılması, infrastruktur layihələrinin 
reallaşdırılması və yoxsulluğun səviyyəsinin azaldılmasında vacib rol oynayır. 
Regional iqtisadi inkişaf strategiyaları hazırlanarkən, iqtisadi rayonlar ayrı-
ayrılıqda araşdırılmalı və mühüm faktorlar ön planda tutulmalıdır. 
İqtisadi rayonlarda iqtisadi potensial, təbii sərvətlərin fərqliliyi və məşğulluq 
səviyyəsinə görə kəskin fərqlər mövcud olur. Dövlət Proqramında mövcud 
rayonlaşmaya uyğun olaraq ölkəmiz 10 iqtisadi rayona bölünür ki, bu iqtisadi 
rayonlar aşağıdakılardan ibarətdir:
1.
Abşeron iqtisadi rayonu;
2.
Quba-Xaçmaz iqtisadi rayonu;
3.
Dağlıq-Şirvan iqtisadi rayonu;
4.
Şəki-Zaqatala iqtisadi rayonu;
5.
Gəncə-Qazax iqtisadi rayonu;
6.
Aran iqtisadi rayonu;
7.
Lənkəran iqtisadi rayonu;
8.
Yuxarı Qarabağ iqtisadi rayonu;
9.
Kəlbəcər-Laçın iqtisadi rayonu;
10.
Naxçıvan iqtisadi rayonu. 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin