1.2. Regional sosial-iqtisadi inkişafda dövlət tənzimlənməsinin rolu
Bir qayda olaraq,dövlət tənzimlənməsi mövcud sosial-iqtisadi sistemin
sabitləşməsi məqsədi ilə normativ hüquqi aktlar əsasında həyata keçirilən dövlət
hakimiyyətinin,qanunvericilik,icra və məhkəmə orqanlarının tədbirləri kimi başa
düşülür. Eyni zamanda, regional siyasətin dövlət tənzimlənməsi ölkənin regionlarının
sosial-iqtisadi inkişafının idarə olunmasını müəyyən edən mərkəzi və regional dövlət
orqanlarının məqsəd və vəzifələrinin müəyyənləşdirilməsinə,həmçinin ərazi
inkişafının ümumi strategiyasını hazırlanmasına yönəlmişdir[28,s.480].
- 16 -
Sosial-iqtisadi proseslərin dövlət tənzimlənməsi kompleks bir mexanizimdir.
Dövlət sosial-iqtisadi inkişafın təmin olunmasında ayrılmaz bir sistem kimi fəaliyyət
göstərməklə yanaşı sahibkarlar üçün rəqabətə bərabər şərait yaratmaq məqsədilə
monopoliyanı məhdudlaşdırır, həmçinin iqtisadi həyatda iştirak etməklə bazar
gəlirlərini sosial ədalətli bölüşdürülməsinin təmin edir. Bununla yanaşı, dövlət çoxlu
ictimai malların və xidmətlərin istehsalına diqqət yetirir, çünki bazar mexanizmi
insanların kollektiv ehtiyyaclarını düzgün qarşılya bilmir.
Əlbəttə ki, regionun inkişafının sosial-iqtisadi sahədə dövlət tənzimlənməsi hər bir
regionunun demoqrafik, sosial-iqtisadi,milli mədəni inkişafı barədə məlumatların
qeydiyyata alınması,toplanması,təhlili və yayılması üçün daimi bir sistemin
formalaşdırılmasını tələb edir. Belə bir sistemin olması regionunun sosial-iqtisadi
inkişaf proqnozlarının inkişafını təmin etməklə yanaşı aşağıdakı üstünlüklərə malik
olacaq[20];
regional inkişafın prioritetlərinin müəyyənləşməsi;
regional inkişafın dövlət tənzimlənməsinin həyata keçirilməsi mexanizmlərinin
seçilməsi;
mümkün problemlərin müəyyən edilməsi;
dövlət orqanlarının regional dövlət siyasətinin həyata keçirilməsində
fəaliyyətinin effektivliyini qiymətləndirmək;
müəyyən regionlara dövlət yardımının göstərilməsi;
Hər bir dövlət öz ərazi bütövlüyü üçün məsuliyyət daşıyır. Tarix göstərir ki,
dövlətdə baş verən sürətli dəyişikliklər cəmiyyətdə parçalanma, nəzarətsizlik və artan
gərginlik ilə xarakterizə olunur.Dövlətin regional problemlərin həlli sahəsində aktiv
fəaliyyəti milli səviyyədə müəyyən edilmiş məqsədlərə nail olmaq üçün əsasdır.Bu
məqsədlərə aşağıdakılar aiddir:
tam məşğulluq;
əhalinin həyat keyfiyyətinin yüksəldilməsi;
əhali gəlirlərinin bərabər paylanması;
iqtisadi inkişafın sürətləndirilməsi.
- 17 -
Dövlətin regional siyasətinin formalaşması müəyyən bir institusional sistemin
yaradılmasıdır. Belə sistem yalnız mövcud ictimai resursların səmərəli şəkildə
yayılmasına kömək etməlidir, həm də sosial ədalət prinsiplərinə cavab verməlidir.
Regionun dövlət tənzimlənməsi sistemli və xüsusi olaraq təşkil edilmiş tədbirlər
kimi başa düşülür. Belə tətbirlər regional sistemlərin davamlı və balanslaşdırılmış
fəaliyyətinin təmin edilməsinə və ölkədə yaşayan vətəndaşların həyat səviyyəsini
xarakterizə edən keyfiyyət göstəricilərinin təkmilləşdirilməsinə yönəldilmişdir.
Region iqtisadiyyatının dövlət tənzimlənməsi mexanizmi regionun sosial-iqtisadi
mühitinin xüsusiyyətlərini, daxili və xarici amillərin dəyişkənliyini nəzərə almaqla
idarəetmə konsepsiyası və prinsipləri əsasında formalaşır. Regional idarəetmə
mexanizmi məqsədlərin iyerarxiyasını yerinə yetirməkdən ibarətdir və idarəetmə
subyektləri tərəfindən müəyyən edilmiş inkişaf göstəricilərinə çatmaqda mühüm rol
oynayır.
Beləliklə, dövlət tənzimləmə mexanizminin effektiv formalaşdırılması və
fəaliyyət göstərilməsi dövlət idarəetməsinin konsepsiyası, prinsipləri ilə müəyyən
edilir və aşağıdakı zəruri hazırlıq tədbirləri ilə şərtlənir.
İyerarxiya prinsipi və dövlət tənzimləmə sisteminin bütün səviyyələrində
səlahiyyət və məsuliyyətin müəyyən edilməsi;
Dövlət tənzimlənməsi prosesinin həyata keçirilməsi və maliyyə təhlükəsizliyi
mənbələrinin mövcud resurs bazasının qiymətləndirilməsi;
Dövlət tənzimləmə sisteminin elementlərinin xarakterik xüsusiyyətlərini
müəyyənləşdirmək və təhlil etmək;
Dövlət idarəetməsinin məqsədlərinin həyata keçirilməsində lazım olan
informasiya axınlarının toplanması və emalını təmin etmək;
Regional iqtisadiyyatın dövlət tənzimlənməsi sistemində idarəetmə
proseslərinin həyata keçirilməsi üçün xüsusi model yaratmaq;
Dövlət tənzimlənməsinin keyfiyyətli qiymətləndirmə sisteminin inkişafı.
- 18 -
Regionların
sosial-iqisadi inkişafının dövlət tənzimlənməsi nəticəsində
regionlararası münasibətlərdə daxili sabitliy olmalıdır.Yalnız aşağıdakı amillər nəzərə
alınmaqla regional siyasətin inkişafı və həyata keçirilməsi ilə ictimaiyyətin
məlumatlandırılması və problemlərin həll edilməsi mümkündür.
1.
Regionlar arası fərqlərin azaldılması.
2.
Sosial-iqtisadi inkişaf üçün öz regional resurs bazasının formalaşdırılması .
3.
Ekoloji sabitlik və regionların davamlı inkişafı üçün digər şərtlər.
4.
Regionların xüsusi statusu(azad iqtisadi zonalar,milli qorunan ərazilər,ekoloji
fəlakət zonaları və s.).
Regional inkişafı tənzimləyən üsullar birbaşa və dolayı üsullara bölünürlər.
Dolayı tənzimləmə müxtəlif iqtisadi siyasət tədbirləri vasitəsi ilə həyata keçirilir.
Birbaşa üsullar isə dövlət tərəfindən regional iqtisadiyyata qoyulmuş investisiyalar
kimi başa düşülür ki, buraya aşağıdakıları aid etmək olar[5,s.103]:
1)
Regional büdcələrə müvafiq olaraq büdcədən dotasiyaların verilməsi.
2)
Dövlət əhəmiyyətli proqramların təsdiqlənməsi.
3)
Regionlarda dövlət sifarişlərinin reallaşdırılması.
Beləliklə, iqtisadiyyatın məqsədləri üçün dövlət tənzimləmə sistemi bir sıra
proqramlar vasitəsilə həyata keçirilir ki, bu da öz növbəsində dövlət idarəetməsinin
müəyyən aspektlərini həyata keçirir.
Nəticədə, dövlət tənzimlənməsinin hər bir alt məqsədi bu proqramların
xüsusiyyətləri, şərtləri və məqsədləri üçün qurulmuş sistem mexanizminin köməyi ilə
həyata keçirilmiş və standart struktura malik olan ayrı bir proqramın əsasını təşkil
edir. Proqramın həyata keçirilməsi mexanizmi bütün səviyyələrdə hökumətin (yerli
və regional ) və investorun səylərinin və imkanlarının birləşdirilməsi nəticəsində ən
təsirli və effektivdir.
- 19 -
Ümumiyyətlə,dövlət tənzimləmə mexanizmində layihə yanaşması,mövcud
potensiala əsaslanan sosial-iqtisadi mühitinin dəyişən amillərini nəzərə alaraq, onun
fəaliyyətinin effektivliyini artırmaq və dövlətin regional iqtisadi siyasətinə dair
qaydaları daha dəqiq müəyyən etməyə imkan verir.
Regional iqtisadi inkişafın dövlət tənzimlənməsi mexanizminin məqsədi də
fundamental əhəmiyyətə malikdir və aşağıdakılardan ibarətdir:
regional iqtisadi siyasətin əsas istiqamətləri əsasında regionun sosial-iqtisadi
inkişaf göstəricilərinin artırılmasına nail olmaq;
dövlət tənzimləmə tədbirlərinin effektivliyinin artırılması;
regional iqtisadiyyatdakı mənfi meyllərin yaranmasına mane olmaq və dərhal
cavab vermək üçün xüsusi sistemin yaradılması.
Regionların sosial-iqtisadi inkişafının dövlət tənzimlənməsi mexanizminin
işlənməsi və regional iqtisadi siyasətin formalaşdırılması bir sıra ardıcıl
mərhələlərdən ibarətdir.
Dostları ilə paylaş: |