Ortaq layihələrə dövlət dəstəyi
Hər hansı bir klasterin inkişafı üçün faydalı olacaq heç bir "klassik" fəaliyyət növü
yoxdur. Tədbirlərin seçilməsi problemlərinin təhlilinin nəticələrinə əsaslanmalıdır.
Məsələn, Dövlət təbii olaraq yaranan iqtisadi əlaqələri əvəz etməməli,lakin onların
ortaya çıxması və inkişafı üçün vasitəçi rol oynamalıdır.Bəzi subyektlərin rifahı
dövlət dəstəyinə daha çox bağlı olduqda, bir-biri ilə sıx əməkdaşlıqda maraqlı olurlar.
Həqiqətən, aşağıda göstərilən "birgə layihələri" dəstəkləmək daha məqsədəuyğundur:
məhdudiyyətlərin aradan qaldırılmasını təmin edən qrupların effektiv təşkilati
inkişafı üçün şəraitin formalaşdırılması;
Klaster iştirakçılarının rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş layihələrin
effektiv dəstəklənməsi;
regional və sektoral səviyyədə klaster siyasətinin həyata keçirilməsi üçün
effektiv metodoloji, informasiya, məsləhət və təhsil dəstəyi təmin etmək;
- 76 -
Klaster siyasətinin icrası üçün respublika icra hakimiyyəti orqanları, yerli
özünüidarə orqanları, biznes birliyi ilə klaster siyasətinin həyata keçirilməsinin
koordinasiyası.
5) Monitorinq və qiymətləndirmə. Dəstəklənən qrupların portfelini idarə etmək
Müasir dövürdə klaster siyasətinin inkişaf etməsinə baxmayaraq, onların qarşısında
duran problemlər bir neçə on ildir ki, davam edir.Bu problemlərin həllinin
tapılmaması dövlət üçün yeni risklər yaradır ki, bu riskləri təsirsiz hala gətirmək üçün
mütəmadi monitorinq və qiymətləndirilmə aparmaq lazımdır.Monitorinq və
qiymətləndirmə ilk növbədə aşağıdakı vəzifələri həll etməlidir:
Dövlətin maliyyələşdirdiyi qruplar haqqında məlumatların toplanması əsasında
verilən dəstəyin həcminin tənzimlənməsi;
Hər bir fəaliyyət və region üçün klaster siyasətinin effektivliyi barədə
məlumatların toplanması əsasında klaster siyasətinin təkmilləşdirilməsi.
Monitorinq və qiymətləndirmə həm dinamik inkişaf edən qrupları seçmək, həm də
dəstəkləmək üçün ən təsirli vasitələr yaratmaq istiqamətində klaster siyasətini
təkmilləşdirmək üçün müasir bir vasitədir.
Xarici təcrübəyə nümunə olaraq Almaniyanı göstərə bilərik.Almaniyada regional
klaster siyasətini adətən Torpaq İqtisadiyyat Nazirliyi həyata keçirir. Qurum
tərəfindən klaster siyasətinə dəstək yolları aşağıdakılardan ibarətdir:
Klaster fəaliyyətinin subsidiyalaşdırılması;
İstisna hallarda - torpaq qurumları tərəfindən klasterlərin idarə olunması
vəzifələrinin yerinə yetirilməsi;
AB struktur fondlarından vəsaitlərin cəlb edilməsi;
Torpaq fondlarının öz klaster proqramlarını rəqabət əsasında həyata keçirməsi.
Məsələn, 2011-ci ildə Berlin federal əyalətləri və Brandenburg birgə innovasiya
inkişaf proqramını (innoBB) təsdiqlədi.Onlar öz ərazilərinin resurslarını beynəlxalq
- 77 -
rəqabət qabiliyyətinə uyğun artırmaq üçün birləşdirdilər və əhəmiyyətli dərəcədə
koordinasiyanı gücləndirdilər. InnoBB enerji texnologiyaları, İKT, yaradıcı sənaye,
fotonika və mobillik, səhiyyə sənayesi kimi sahələrdə yüksək inkişaf potensialı olan
klasterlərin yaradılması və inkişafına təminat verdi. Bundan əlavə, InnoBB "gələcək
üçün mövzuları" müəyyənləşdirmək və inkişaf etdirməyə kömək edir, müvafiq
tematik sahənin inkişafını artırır.
Ümumilikdə klaster siyasətinin inkişafına mane olan səbəbləri aşağıdakılar kimi
ümumiləşdirə bilərik:
Kiçik və orta sahibkarlığın inkişafının zəif olduğu mühitdə klaster əsasında
inkişaf imkanı çox məhduddur.
İnnovatv inkişafın dəstəklənmədiyi şəraitdə klasterlərin inkişaf potensialı zəif
olur.
Universitet və araşdırma institutları ilə partnyorluq etmədən klasterlər
formalaşdırıla bilməz.
İnsan kapitalının inkişaf etmədiyi şəraitdə ərazi klasterlərinin inkişafı
imkansızdır.
Klasterləşmənin meyarlarını, prinsiplərini, nəticələrini qiymətləndirməyə
imkan verən perfomans göstəricilərini əks etdirən strategiya, klaster xəritələri
hazırlanmadığı şəraitdə klaster siyasətinin uğur qazanması manelərlə üzləşir.
Regionların rəqabət qabiliyyətliliyinin yüksəldilməsi klaster mexanizminin
tətbiqindən bilavasitə asılıdır.
- 78 -
NƏTICƏ VƏ TƏKLIFLƏR
Təcrübə göstərir ki, ölkənin sosial-iqtisadi inkişafı həmin ölkənin regionlarında
aparılan uğurlu strategiyadan çox aslıdır. Uğurlu strategiyanın reallaşdırılmasının bir
çox məqsədlər mövcuddur ki, bu məqsədləri aşağıdakı kimi qruplaşdıra bilərik:
-
vahid bir iqtisadi məkanın yaradılması və onun möhkəmləndirilməsi;
-
regionlar arası iqtisadi imkanlardan aslı olmayaraq əhalinin minumum sosial
standartların təmin edilməsi və vətəndaşların konstitusiyada təsbit edilmiş
sosial hüquqlarının təminatı;
-
regionlar arası fərqlərin minumuma endirilməsi;
-
strateji cəhətdən əhəmiyyətli regionların üstün inkişafı;
-
regionların resuslarından və təbii ehtiyyatlarından maksimum səmərəli istifadə;
-
ətraf mühitin çirklənmədən qorunması,regionların kompleks ekoloji
mühafizəsi.
Müasir dövrdə dövlət tənzimlənməsi olmadan bazar mexanizmlərinin
formalaşmasında problemlər yaranır ki, bu baxımdan davamlı inkişaf nail olmaq üçün
dövlətin tənzimləyici xüsusiyyəti vacib rola malikdir. Aparılan tətqiqatın nəticəsi
olaraq, dövlət tənzimlənməsinin ümumi məqsədləri kimi aşağıdakıları qeyd etmək
mümkündür:
sabit iqtisadi artımın və davamlı iqtisadi inkişafın təmin edilməsi;
əməkqabiliyyətli insanların tam məşğulluğunun səmərəli həlli;
məhsul bolluğunu təmin etməklə ədalətli rəqabət mühitinin formalaşdırılması
və beləliklə də qiymət stabilliyinə nail olunması;
ölkədə istehsal sahələrini inkişaf etdirməklə idxaldan asılılığı azaltmaq və
ixracyönümlü sahələrin inkişafını stimullaşdırmaq;
büdcə gəlirlərinin məqsədli, ədalətli və tarazlaşdırılmış bölgüsünü təmin
etməklə zəif inkişaf etmiş sahə və regionların iqtisadi inkişafının
sürətləndirilməsi;
- 79 -
Hazırkı mərhələdə dövlət regionların potensialından daha dolğun istifadə etmək
məqsədilə kompleks tədbirlər həyata keçirir.Belə tətbirlərin nəticəsi olaraq ölkəmiz
regionlarda sahibkarlığın inkişafına, yoxsulluğun azaldılmasına, makroiqtisadi
sabitliyin davam etdirilməsinə nail olacaqdır.
Regional inkişafa nail olmağın əsas vaistələrindən biri kimi regional inkişaf
proqramlarını göstərmək olar. Regional inkişaf proqramlarının hazırlanması və
həyata keçirilməsi dövlətin regional siyasətinin əsas məqsədlərindən hesab olunur.
Belə proqramların əsas üstünlüyü ondan ibarətdir ki, prioritet inkişaf istiqamətləri
müəyyən edilərkən sosial-iqtisadi xüsusiyyətlər nəzərə alınır.
Hal-hazırda icrası davam edən "Azərbaycan Respublikası regionlarının 2014-
2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" proqnozlaşdırıldığı kimi icra
olunduğu təqdirdə ölkə iqtisadiyyatının neftdən asılılığının azalması, ölkədəki
investisiya və biznes mühitinin inkişaf etməsi, vətəndaşlar, xüsusilə də gənclər
arasında kiçik sahibkarlıq fəaliyyətinin genişlənməsi, ölkədəki təhsilin səviyyəsinin
artması, ixtisaslı kadrların sayının çoxalması, vətəndaşlara göstərilən sosial
xidmətlərin səviyyəsinin yüksəldilməsi gözlənilir.
Məlumdur ki, ölkəmiz əlverişli coğrafi mövqedə yerləşir və zəngin təbii
ehtiyyatlara malikdir. Lakin ölkəmizin sosial-iqtisadi inkişafına dəstək olan
regionlarda kəskin fərqlər aydın görünür. Belə ki, iqtisadi resuslar regionlar üzrə
qeyri bərabər bölünmüş və nəticədə regionlar arasında inkişaf səviyyəsində kəskin
fərqlər yaranmışdır. Xüsusilə əsas infrastruktur sahələrinin paytaxda yerləşməsi
əhalinin regionlardan şəhərə axınını sürətləndirmişdir. Bu amil regionların təsərrüfat
fəaliyyətinin inkişafına mənfi təsir göstərmişdir. Bununla bağlı olaraq dövlət
regionların sosial-iqtisadi inkişafının tənzimlənməsini qarşısına vacib məqsəd kimi
qoymuşdur.
Hazırki mərhələdə ölkəmiz üçün regional iqtisadi inkişafdakı qeyri-bərabərliyin
aradan qaldırılması və iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi
prioritet məsələlərdəndir. Məhz klaster yanaşmasının tətbiq edildiyi şəraitdə bu iki
- 80 -
prioritet məsələnin həllində uğurlu nəticələrə nail olmaq olar. Son illərdə
Azərbaycan hökuməti bölgə inkişafı ilə müxtəlif proqramlar həyata keçirsə də, rəsmi
statistik məlumatların təhlili göstərir ki, hələlik regionların iqtisadi inkişafa töhfəsi
kifayət qədər azdır. Regional baxımdan ölkəmizdə Bakı,Gəncə,Sumqayıt şəhərlərini
klasterlərin formalaşması üçün ən əlverişli iqtisadi mərkəzlər hesab etmək
olar.Xüsusilə Bakı şəhərində iri neft yataqlarının,maşınqayırma,yeyinti və yüngül
sənaye müəssisələrinin həmçinin geniş infrastruktur,nəqliyyat imkanlarının olması
klaster siyasətinin yaradılması üçün böyük zəmin yaradır.Paytaxta klasterlərin
formalaşmasına təkan verəcək başqa amil isə burada iri universitelərin,elm və tədris
mərkəzlərinin olmasıdır.
Sonda tətqiqat işində regionların sosial-iqtisadi inkişafının artırılması baxımından
aşağıdakı təkliflər verilmişdir.
regional iqtisadiyyatın inkişafının xüsusiyyətlərini müəyyən etmək , onun yeni
prioritetlərini formalaşdırmaq və həyata keçirmək;
regionların səmərəli inkişafı üçün dövlət və bələdiyyə orqanlarının səlahiyyətləri
çərçivəsində yerli və xarici investisiyaların cəlb edilməsi;
regionun inkişafı üçün bələdiyyələrin strateji planlarının hazırlanması ilə mövcud
resursların və inkişaf meyllərinin müəyyən edilməsi;
aqrar sektorunun hazırkı vəziyyətini regional iqtisadiyyatın prioritetlərindən biri
kimi öyrənmək və bu sahənin inkişafı ilə bağlı tətbirlər həyata keçirmək;
yerli iqtisadiyyatın şaxələndirilməsinin əsas yollarından biri kimi kiçik biznesin
dəstəklənməsi və yeni iş yerlərinin yaradılması, region əhalisinin həyat
keyfiyyətinin yüksəldilməsi;
dövlətin stimullaşdırılma siyasəti ilə bağlı olaraq biznes inkubatorları,
texnoparklar və s. kimi yeni perspektivli formaların yaradılması həmçinin
regionlarda klaster siyasətinin reallaşdırılması istiqamətində tətbirlər həyata
keçirmək;
- 81 -
ISTIFADƏ EDILMIŞ ƏDƏBIYYAT
1.
«Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişaf Dövlət
proqramı»(2014-2018-cü illər) haqqında Azərbaycan Respublikası Prezidentinin
Fərmanı. Bakı, 2014-cu il.
2.
“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol
Xəritəsi” . 6 dekabr 2016-ci il;
3.
Allahverdiyev H.B., Qafarov K.S., Əhmədov Ə.M. “Milli iqtisadiyyatın Dövlət
tənzimlənməsi”, Bakı-2006
4.
Əvəz Bayramov. “Regional iqtisadi inteqrasiya: nəzəriyyə və praktika”
(Monoqrafiya). Azərbaycan dövlət nəşriyyatı. Bakı-1977.
5.
Hüseyn.C.A.,Əhmədov.M.A.,“İqtisadiyyatın Dövlət tənzimlənməsinin əsasları”,
Bakı-2011;
6.
Hüseynova.X.M.“Azərbaycanda Regional Inkişafin Idarə Olunmasi Problemləri”,
elmi tətqiqat işi.Bakı-2010
7.
Qurbanzadə A. “Aqrar strukturun regional inkişaf modeli”. (2004)
8.
M.A.Əhmədov,A.C.Hüseyn “Dövlətin iqtisadi siyasəti” Dərs vəsaiti.Bakı-2011
9.
Mahmudov M.M., Mahmudova İ.M., “Regionların sosial-iqtisadi inkişafının
tənzimlənməsi”, Bakı-2011
10.
Mahmudov M.M., Mahmudova İ.M., “Region iqtisadiyyatının tənzimlənməsi”,
Bakı-2001;
11.
Mehdiyev X.O. “Azərbaycanin sosial-iqtisadi inkişafına retrospektiv baxış:
müqayisəli təhlil”, Bakı-2015
12.
Nuriyev Ə., “Regional İdarəetmənin əsasları”. Bakı-2007;
13.
Nuriyev Ə., “Regional siyasət və idarəetmənin əsasları”, Bakı -2011;
14.
Süleymanov.E.,Osman Nuri Aras.“Azərbaycan İqtisadiyyatı”,Bakı-2010;
15.
А.И.Гаврилов.“Региональная политика и управление”. Москва-2002.
16.
Артамоновой. Ю.С., Хрусталева Б.Б. Кластерные политики и кластерные
инициативы: теория,методология. 2013. с – 230с.
17.
Белякова Г.Я., Батукова Л.Р. Инновационная модернизация экономики:
сущность понятия, его взаимосвязь с понятиями «модернизация» и
«модернизация экономики» // Фундаментальные исследования. 2013. № 10–
11. С. 2495–2498.
18.
Видяпин В.Н., Степанов М.В. Региональная экономика. М. Инфра-М, 2003.
686 с.
19.
Дежина И. Г. Технологические платформы и инновационные кластеры:
вместе или порознь? – М.: Издательство Института Гайдара, 2013.– 124 с.
20.
Илаева З. М. Специфика федеральных программ поддержки регионов //
Материалы III Международной научно-практической конференции «Кавказ:
история и современность», Пятигорск, РИА-КМВ, 2014
21.
Кистанов В. В., Копылов Н. В.. Региональная экономика России. 2002
- 82 -
22.
Мухаррамова Э.Р., Липатов Д.В. Формирование преимущественных
направлений социально-экономического развития региона с использованием
кластерного подхода// Российское предпринимательство. — 2013. —c. 114-
120.
23.
Некрасов.Н. Н: «Региональная экономика». Экономика,Москва-1978.
24.
Портер. М. “Конкуренция” 2000 496 c.
25.
Региональная экономика и управление / Под общ. ред. А.Л. Гапоненкои
Ю.С. Дульшикова. — М.: Изд-во РАГС, 2006. 616 с.
26.
Уткин.Э.А,Денисов.А.Ф. Государственное и региональное управление.
Учебное пособие, Москва-2002.
27.
Шаталин С.С. Функционирование экономики развитого социализма: Теория,
методы и проблемы. М., 1982.
28.
Эскиев М. А., Чажаева Э. М. Государственное регулирование регионального
развития в социально-экономической сфере // Молодой ученый. — 2015. —
№13. — С. 480-485
29.
Effective Targeting of Agricultural Policies” BEST PRACTICES FOR POLICY
DESIGN AND IMPLEMENTATION, Catherine Moreddu (OECD, 2007)
30.
Policy design – A positive reform agenda”, Carmel Cahill (Trade and Agriculture
Directorate, Joint OECD/USDA/SAGARPA/AAFC Workshop –Washington
D.C.January 19-20, 2010)
31.
Porter Michael E. Location, Competition and Economic Development: Local
Clusters in a Global Economy / Economic Development Quarterly 14, no. 1, 2000.
Р. 15-34.
İnternet resursları:
1. www.stat.gov.az
2. www.economy.gov.az
3. www.agro.gov.az
4. www.weforum.org
5. fins.az
6. virtualaz.org
7. azertag.az
8. publika.az
9. yeniavaz.com
10. bbn.az
- 83 -
XÜLASƏ
İnkişaf etmiş ölkələrin təcrübəsindən aydın olur ki,regionların sosial-iqtisadi
inkişafının nəticəsi bütünlükdə ölkənin inkişafı deməkdir. Bu baxımdan iqtisadi
artıma nail olmaq istəyiriksə sosial-iqtisadi inkişafa diqqət ayrılmalıyıq.
Regional iqtisadi inkişafa nail olmaq üçün isə təbii və insan resurslarından
səmərəli istifadə edilməli, yeni sənaye və iş yerləri yaradılmalı, regionların iqtisadi və
sosial inkişafları arasında disproporsiyalar azaldılmalı ,yerli və xarici investorlar üçün
əlverişli şərait yaradılmalı, elm, mədəniyyət və inkişaf mərkəzləri yaradılmalı və
digər bu kimi tədbilər reallaşdırılmalıdır.
Dissertasiya işinin əsas məqsədi regionun sosial-iqtisadi inkişafının öyrənilməsi
üçün nəzəri əsasları inkişaf etdirmək və regionun davamlı sosial-iqtisadi inkişafını
formalaşdırmaq üçün müəyyən olunmuş prioritetlərin həyata keçirilməsində praktik
tövsiyələr verməkdən ibarətdir.
Dissertasiya işi üç fəsil və nəticə və təkliflərdən ibarətdir. Birinci fəsildə sosial-
iqtisadi inkişaf siyasəti, mahiyyəti, regionlaşma və onun zəruriliyi, regional inkişafın
ərazi prinsiplərindən bəhs edilir.
İkinci fəsildə regionların sosial-iqtisadi inkişafında əhəmiyyətli rola malik
dövlət proqramları, qarşıya qoyulmuş hədəflərə çatmaq üçün müəyyən olunmuş yeni
prioritetlər və aqrar sektorun müasir vəziyyəti təhlil olunmuşdur.
Üçüncü fəsildə regionlar arası fərqlərin müəyyən olunması və azaldılması üçün
görülməli tətbirlər və regionların rəqabətqabiliyyətliyinin artırılmasında mühüm rola
malik klaster siyasətinin əhəmiyyəti təhlil olunmuşdur.
- 84 -
РЕЗЮМЕ
Из опыта развитых стран социально-экономическое развитие регионов
означает развитие страны в целом. С этой точки зрения мы должны
сосредоточиться на социально-экономическом развитии для достижения
экономического развития.
Для достижения регионального экономического развития необходимо
эффективно использовать природные и людские ресурсы, создавать новые
отрасли и рабочие места, уменьшать диспропорции между экономическим и
социальным развитием регионов, создавать благоприятные условия для
местных и иностранных инвесторов, создавать центры науки, культуры и
развития, такие мероприятия должны быть выполнены.
Основной целью диссертационной работы является разработка теоретических
основ для изучения социально-экономического развития региона и вынесения
практических рекомендаций для реализации приоритетов устойчивого
социально-экономического развития региона.
Диссертация состоит из трех глав и выводов и рекомендаций. В первой главе
рассматриваются политика социально-экономического развития, сущность,
регионализация
и
ее
необходимость,
территориальные
принципы
регионального развития.
Во второй главе анализируются государственные программы, которые играют
значительную роль в социально-экономическом развитии регионов, новые
приоритеты, установленные для достижения целей и текущего состояния
аграрного сектора.
В третьей главе излагается важность кластерной политики, которая играет
важную роль в повышении конкурентоспособности регионов и регионов для
выявления и сокращения региональных различий.
- 85 -
SUMMARY
From the experience of developed countries it is clear that the result of socio-
economic development of the regions means the development of the country in
general. In this regard, we need to focus on socio-economic development if we want
to achieve economic growth.
To achieve regional economic development, natural and human resources should be
used efficiently, new industries and jobs should be created, disproportions should be
reduced between economic and social development of the regions, favorable
conditions for local and foreign investors should be created, science, culture and
development centers should be created, such events should be carried out.
The main purpose of the dissertation work is to develop theoretical bases for
studying the socio-economic development of the region and to make practical
recommendations for the implementation of the priorities for sustainable socio-
economic development of the region.
The dissertation consists of three chapters and conclusions and recommendations.
The first chapter deals with socio-economic development policy, essence,
regionalization and its necessity, territorial principles of regional development.
The second chapter analyzes state programs that play a significant role in the
socio-economic development of the regions, the new priorities set for achieving
targets and the current state of the agrarian sector.
The third chapter outlines the importance of cluster policy, which plays an
important role in raising competitiveness of regions and regions to identify and
reduce regional disparities.
- 86 -
Dostları ilə paylaş: |