L naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə11/33
tarix28.08.2023
ölçüsü0,99 Mb.
#140830
1   ...   7   8   9   10   11   12   13   14   ...   33
Regionun sosial-iqtisadi inkişafında yeni prioritetlərin formalaşması xüsusiyyətləri

Göstərici 
Yaradılmış 
yeni 
müəssisələr 
Açılmış 
yeni 
iş 
yerləri 
Sahibkarlığa Kömək Milli Fondu 
üzrə: 
 
Verilmiş güzəştli 
kreditlərin 
məbləği(mln. 
Manatla) 
maliyyələşdirilm
iş 
investisiya 
layihələrinin 
sayı 
Azərbaycan üzrə - cəmi 
5089 
211955 
121,2 
1919 
Abşeron iqtisadi rayonu 
1204 
15222 
49,8 
55 
Gəncə-Qazax iqtisadi 
rayonu 
436 
28857 
11,0 
446 
Şəki-Zaqatala iqtisadi 
rayonu 
309 
9508 
4,6 
205 
Lənkəran iqtisadi rayonu 
287 
28514 
2,6 
237 
Quba-Xaçmaz iqtisadi 
rayonu
621 
8373 
14,2 
197 
Aran iqtisadi rayonu
1821 
95980 
35,7 
671 
Yuxarı Qarabağ iqtisadi 
rayonu 
172 
15012 
1,3 
58 
Kəlbəcər-Laçın iqtisadi 
rayonu 
Dağlıq Şirvan iqtisadi 
rayonu
185 
8052 
2,0 
50 
Naxçıvan iqtisadi rayonu 
54 
2437 
Ölkəmizdə yeni iş yerlərinin açılması prioritet məsələlər sırasındadır.Regionların 
sosial-iqtisadi inkişafına dair III dövlət proqramının icrasına başlandığı ildən 2017-ci 
ilə kimi 502 mini daimi iş yeri olmaqla,ümumilikdə 679,4 min yeni iş yeri 
açılmışdır.Həmin dövrdə açılan iş yerlərinin 60,3 %-i qeyri-dövlət sektorunun payına 
düşüb.
 
 


- 32 - 
FƏSIL 2. AZƏRBAYCAN RESPUBLIKASINDA SOSIAL-IQTISADI 
INKIŞAFIN MÜASIR VƏZIYYƏTI 
2.1.
 
Sosial-iqtisadi inkişafa dair dövlət proqramlarının əhəmiyyəti və 
qiymətləndirilməsi 
Sadə anlamda proqram dedikdə hansısa əhəmiyyətli bir problemin həlli ilə bağlı 
nəzərdə tutulan hərəkət planı başa düşülür. Proqram bir qayda olaraq strateji 
məsələlərin həllini təmin etmək üçün məqsədlər, resurslar, icraçılar və icra müddəti 
üzrə layihə və tədbirlərin əlaqələndirilmiş kompleksindən ibarət olur. Əslində 
strategiyanı proqramlar sistemi kimi də təsəvvür etmək olar və bu halda proqramlar 
işlənib hazırlanmış strategiyanı detallaşdırır.
Regional inkişaf proqramlarına regionun müəyyən müddətə nəzərdə tutulmuş 
strateji inkişaf konsepsiyasının reallaşdırılma mexanizminin vacib elementi kimi 
baxılır. Konsepsiya özündə regional inkişafın strateji məqamlarını yığcam şəkildə əks 
etdirən sənəd olduğu üçün onun reallaşdırılması məqsədi ilə regional idarəetmə 
orqanlarının,təsərrüfatçılıq subyektlərinin, regional inkişafda maraqlı olan digər 
tərəflərin niyyət və hərəkətlərinin dəqiqləşdirilməsi və konkretləşdirilməsi tələb 
olunur. Ümumi strateji ideyanın dəqiqləşdirilməsi və konkretləşdirilməsi isə regional 
inkişaf proqramının işlənib hazırlanması çərçivəsində həyata keçirilir. Müasir şəraitdə 
belə proqramı özündə regionun strateji inkişafının nəzərdə tutulmuş məqsədlərinə 
nail olmağa yönəlmiş tədbir və layihələrin resurslar, icraçılar və müddətlər üzrə 
əlaqələndirilmiş olduğu proqnoz-analitik sənəd kimi müəyyənləşdirmək olar.
Regional inkişaf proqramlarının ən vacib xüsusiyyəti ondan ibarətdir ki, onlar 
prioritet inkişaf istiqamətlərinin tərkibinin iqtisadi və sosial məqsədəuyğunluğunu, 
əhəmiyyətini və proqram tədbirlərinin dövlət, regional və ya bələdiyyə səviyyəsində 
maliyyələşdirilmə imkanını nəzərə almaqla müəyyənləşdirilir. Praktika göstərir ki, 
məqsədli proqramlar regionda sosial-iqtisadi inkişaf proseslərinin idarəolunmasında 
səmərəli istifadə oluna bilərlər. Proqram-məqsədli metodun xarakterik cəhəti ondan 
ibarətdir ki, bu metod eyni vaxtda sosial-iqtisadi və elmi-texniki proseslərin 


- 33 - 
inteqrasiyasının iki tipini reallaşdırmağa: müxtəlif sahələrə, regionlara və ya 
mülkiyyət formaların məxsus subyektlərin səylərini birləşdirmək tələb olunduqda 
məkanca inteqrasiyaya, proqramda nəzərdə tutulmuş son məqsədə doğru ümumi 
hərəkət prosesinin müxtəlif mərhələlərinin dəqiq ardıcıllığına və vəhdətinə nail olmaq 
tələb olunduqda zamanca inteqrasiyaya imkan verir.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi strategiyanın 
uğurları ildən ilə daim artmağda davam edir.Keçid iqtisadiyyatı dövrünü uğurla 
geridə qoyan ölkəmizdə qeyri-neft sektorunun inkişafına,regionların tarazlı inkişafına 
xüsusi diqqət yetirilir.Regionların inkişafının təmin edilməsi və bu inkişafın idarə 
olunmasında çevik və səmərəli mexanizimlərdən istifadə olunması Respublikamızın 
qarşısında duran ən vacib məsələlərdən biri hesab olunur.Tətqiqatlar göstərir 
ki,ölkədə sosial-iqtisadi inkişafa nail olmağın başlanğıcı regional inkişafla 
bağlıdır.Bu istiqamətdə görülən uğurlu tətbirlərin nəticəsi özünü ölkənin ümumi 
inkişafında daha aydın göstərir.
Regional inkişafa nail olmağın əsas vaistələrindən biri isə regional inkişaf 
proqramlarıdır. Regional inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi 
dövlətin regional siyasətinin əsas məqsədlərindən hesab olunur. Belə proqramların 
əsas üstünlüyü ondan ibarətdir ki, prioritet inkişaf istiqamətləri müəyyən edilərkən 
sosial-iqtisadi xüsusiyyətlər,maliyyələşdirilmə mənbələri nəzərə alınır. Dünya 
təcrübəsində regional inkişaf proqramlarının aşağıdakı əsas vəzifələri mövcuddur:

Sosial-iqtisadi,elmi və texnoloji inkişaf göstəricilərinin rayonlararası fərqlərə 
uyğunlaşdırılması; 

Balanslı regional idarəetmə; 

Regionların maddi,təbii və əmək resurslarından maksimum və səmərəli 
istifadə; 

Prioritet sahələrin inkişafı; 

İdarəetmə 
orqanları 
və 
təsərrüfat 
subyektləri 
üçün 
informasiya 
infrastrukturunun formalaşdırılması; 


- 34 - 

Regionların inkişafı, tarixi irsinin qorunması,ictimai-siyasi və hüquqi 
vəziyyətin sabitləşməsi; 

Ətraf mühütün qorunması və s. 
Respublikamız müstəqillik qazandıqdan sonra ulu öndər Heydər Əliyevin 
rəhbərliyi və cənab prezident İlham Əliyevin Sərəncam ilə ölkə iqtisadiyyatının bütün 
sahələrini əhatə edən 50-dən çox Dövlət Proqramları və Planları təsdiq edilmişdir. 
Məhz 2004-cü il fevralın 11-də Respublika prezidenti cənab İlham Əliyevin fərmanı 
ilə əsası qoyulmuş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı 
Dövlət Proqramı” bu gündə uğurla davam etdirilir. 2004-2008-ci illəri əhatə edən 
birinci proqramın yekunlarına diqqət etsək görərik ki,bu illər ərzində artım tempi orta 
hesabla kənd təsərrüfatında 25,2 %,ölkə sənayesində isə 2,5 dəfə qeydə alınmışdır.Bu 
illər ərzində əsas kapitala yönəlmiş investisiyaların həcmi 33,5 milyard olmuşdur 
ki,bununda təxminən 47%-ini xarici investisiyalar təşkil edirdi.Həyata keçirilən 
məqsədyönlü tətbirlər nəticəsində 547,5 mini daimi olmaqla,766 mindən çox yeni iş 
yeri açılmışdır.Bu dövrlər ərzində 40% regionlarda fəaliyyət göstərmək şərtilə 27,5 
mindən çox yeni müəssisə yaradılmışdır. Ölkə iqtisadiyyatında baş verən digər 
mühüm dəyişikliklər aşağıdakı cədvəldə daha aydın əks olunmuşdur(cədvəl 2.1). 
Cədvəl 2.1. Maddələr üzrə ölkə iqtisadiyyatında baş verən dəyişikliklər (2004-2008) 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin