Kursun öyrənilməsinin əhəmiyyəti və məqsədi



Yüklə 226,79 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix02.01.2022
ölçüsü226,79 Kb.
#47384
1   2   3   4   5   6   7   8
M.İlahə Milli əxlaq və ailə etikası mühazirələr-конвертирован

 

Akif Abbasov 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Milli əxlaq və ailə etikası  

Etika - əxlaq, mənəviyyat haqqında elmdir. “Etika” etimoloji baxımdan qədim yunan sözü “ethos” 

– la bağlıdır. Vaxtilə etika yurd, birgə yaşayış mənasında işlənirdi. Homerin “İliada”dan bu barədə 

müfəssəl məlumat almaq mümkündür. 

İctimai  şüurun  qədim  formalarından  biri  olan  əxlaq  etikanın  tədqiqat  obyektidir.  Etika  əxlaqı, 

insanların mənəvi aləmini, mənəviyyatını öyrənir. O, bir tərəfdən insanların davranış qaydalarını 

və əxlaq normalarını tənzim etmək, başqa bir tərəfdən mənəviyyatın nəzəriyyəsini öyrənən mənəvi 

prinsiplər barədə təlim mənasını kəsb edir. Getdikcə etika yeni mənalar daşımışdır: azərbaycanca 

bu söz adət, xasiyyət, xarakter, davranış, fikir tərzi mənalarını verir. Ethos sözünün latın variantı 

mos  (adət, xarakter, qanun) sözü olmuşdur.   

Etikanı əxlaq haqqında elm adlandırırlar. Bu, onun öyrənmə sahəsini ifadə edir, predmetini isə 

hələ  ki,  müəyyənləşdirmir.  Etikanın  predmeti  tarixən  dəyişməkdədir.  İlk  növbədə  öyrənmə 

obyektinin  özü  -  əxlaq  dəyişikliyə  məruz  qalır.  Bildiyimiz  kimi,  müxtəlif  ictcmai  –  iqtisadi 

formasiyalarda əxlaqın məzmunu və xarakteri fərqli olmuşdur.  

İctimai şüurun bir sıra formaları vardır: siyasi, hüquq, fəlsəfə, incəsənət, din və s. Onların hər biri 

ictimai varlığı, həyatı özünəməxsus şəkildə əks etdirir. İctimai şüur formaları özlərinin inkişafında 

cəmiyyətin  ictimai  quruluşunun,  ictimai  –  siyasi  münasibətlərinin,  siniflərin  mövcud  olduğu 

cəmiyyətlərdə  isə  eyni  zamanda  sinfi  mübarizənin  təsiri  altında  olur.  İctimai  şüur  formaları 

arasında əxlaq özünəməxsus yer tutur.  

Cəmiyyət inkişaf etdikcə, onun iqtisadi quruluşu, maddi həyat şəraiti dəyişikliyə məruz qaldıqca, 

digər ictimai şüur formaları kimi əxlaq da dəyişir və inkişaf edir.  

Hazırda əxlaq dedikdə, insanların bir – birinə münasibətlərini və cəmiyyətdə onların vəzifələrini 

müəyyənləşdirən,  tarixən  formalaşmış  davranış  qaydalarını  nizama  salan  mövcud  normaların 

məcmusu anlaşılır.  

İnsan cəmiyyəti yarandığı ilk vaxtlarda adamlar arasında müəyyən münasibətlər bərqərar olurdu. 

Bu münasibətləri nizamlamaq, birgəyaşayış qaydalarını yerinə yetirmək məqsədilə müvafiq adət 

və  ənənələrə  ehtiyac  hiss  olunurdu.  Bu  ehtiyac  müəyyən  qaydaların,  adət  və  ənənələrin 

yaradılmasına  təkan  verdi.  Adamlar  tədricən  öz  davranış  və  hərəkətlərini  həmin  qaydalara 

uyğunlaşdırmağa  alışdılar.  Onlar  öz  davranış  və  rəftarlarında  nəyin  yaxşı,  nəyin  pis  olduğunu, 

xeyir  və  şər  kateqoriyalarına  əsasən  qiymətləndirirdilər.  Cəmiyyətdə  siniflər  meydana  gəlməyə 

başladı.  Siniflər  arasındakı  mübarizədə  əxlaq  normaları  da  sinfi  səciyyə  kəsb  etməyə  başladı. 

Əxlaq normaları bu və ya digər sinfin ictimai və iqtisadi vəziyyətini müvafiq sinfi təmsil edən 

şəxslərin  mənafeyini  ifadə  edən  adətə  çevrildi.  Sinifli  cəmiyyətdə  hakim  sinif  öz  ağalığını 

məzlumlara, onlara tabe olanlara, başqa sözlə, məhkum sinfə diqtə etmək üçün əxlaqa üz tutdu. 

Odur ki, hakim sinif özünün fəlsəfi – etik nəzəriyyəsini işləyib hazırlayarkən, onun məzmununu 

öz mənafeyinə xidmət göstərməyə istiqamətləndirdi. Hakim siniflərin ideoloqları öz siniflərinin 

məqsəd və maraqlarına cavab verən əxlaq təlimləri meydana gətirmişlər.  

Cəmiyyətin  iqtisadi  həyatında  gedən  dəyişikliklərlə  bağiı  ictimai  şüur  forması  olan  əxlaq  da 

dəyişərək, yeni məzmun daşımağa başlamışdır. Fəlsəfi təlimlər tarixinin inkişafına nəzər salsaq, 

görərik  ki,  əxlaq  təlimi  də  onunla  bərabər  inkişaf  etmişdir.  Dəyişilməyən  əxlaq  yoxdur,  zahiri 

cəhətdən  daimi  görünə  bilən  əxlaq  qaydaları  da  müxtəlif  dövrlərdə  dəyişmişdir.  Bu  da təbiidir. 

Əxlaq normalarının əsası dəyişdikcə, onun özündə də labüd dəyişikliklər baş verir. Başqa sözlə, 

cəmiyyət inkişaf etdikcə, əxlaq yeni forma alaraq, özünün əvvəlki məzmununu itirir.  



İstismarın  hökm  sürdüyü  cəmiyyətlərdə  əxlaqın  başlıca  məqsədi  başqalarını  istismar  etmək, 

varlanmaq hərisliyi, digərini əsarət, zülm altında saxlamaqdır. Hakim sinif öz istəyinə çatmaq üçün 

hər cür zorakılığa  əl atır. Belə insanlar öz mənafe və maraqları üçün bir – birilə mübarizə edir, 

əxlaqın  əsasında  rəqabət  və  düşmənçilik  dayanır.  Bu  əxlaqa  görə,  insanı  pulla  alıb  –  satmaq, 

susdurmaq, ələ almaq mümkündür. 

Əxlaq insanların cəmiyyətə, dövlətə və bir – birlərinə olan münasibətlərini tənzimləyir.  

Siniflərin mövcud olduğu cəmiyyətdə əxlaq müvafiq sinfin iqtisadi, ictimai vəziyyətini, məqsəd 

və  maraqlarını  özündə  əks  etdirən  davranış  qaydalarının,  prinsip  və  normalarının  murəkkəb 

sistemidir.  

İdealist mövqedə dayananlar iddia edirlər ki, əxlaq normaları konkret şəraitdən asılıdır və onlar 

tarixi  şəraitə  əsasən  muəyyən  olunur.  Belələrinin  qənaətincə,  əxlaq,  meydana  gətirən 

tarixdənkənar  fövqəladə  qüvvə,  mücərrəd  mənlik  şüuru  mütləq  zəkadır.  Başqa  sözlə,  əxlaq 

normaları  Allah  –  təalanın  hökmündən  əxz  edilir.  Əslində  isə  əxlaq  normaları  konkret  tarixi 

şəraitlə  əlaqədardır.  Onun  cəmiyyətdən,  həyatdan  kənarda  mövcud  oiması,  sadəcə  qeyri  – 

mümkündür. 

Əxlaq normaları, qaydaları nə vaxtdan meydana gəlmişdir? – Gəlin belə bir suala cavab tapaq: Bu 

sualın cavabı belədir: İnsan cəmiyyəti yarandığı zamandan.  

İbtidai  cəmiyyətdə icma prosesində getdikcə insanların qəbiləyə, icmaya, bir  – birinə, kişilərin 

qadınlara, qadınların kişilərə, ata – anaların öz uşaqlarına, uşaqların valideynlərinə münasibətləri 

əmələ gəlirdi. Tədricən həmin münasibətlər icma, qəbilə üzvləri tərəfindən qəbul edilən davranış 

normalarının ifadəçisi kimi özünü göstərirdi. Nəticədə əxlaq meydana gətirdi.  

Müstəqillik qazandığımız bir dövrdə ölkəmizin vətəndaşlarını, o cümlədən böyüməkdə olan nəsli 

milli əxlaqımızın tələblərini əsas götürməklə tərbiyə etmək müstəsna dərəcədə böyük əhəmiyyət 

daşıyır. Milli  əxlaqımızın  prinsiplərini elə təbliğ və tətbiq etməyimiz lazımdır ki,  oniar hər bir 

şəxsin davranış və rəftarında, adətlərində, qarşılıqlı münasibətlərində, ünsiyyət tərzində möhkəm 

yer tutsun. 

“Milli əxlaq və ailə etikası” kursunun məqsədi milli əxlaqımızı, onun tələblərini əsas götürməklə 

şəxsiyyətdə özünütərbiyə tələbatları yaratmaqdan, ailə etikasının tələblərindən irəli gələn, nikaha 

və  ailəyə,  ailə  münasibətlərinə,  uşaqların  tərbiyəsinə  və  təhsilinə,  vətənin  ləyaqətli  vətəndaşları 

kimi  yetişdirllməsinə  ciddi  və  məsuliyyətli  yanaşmaq  adəti  (formalaşdırmaq,  nikahın  uğurlu, 

ailənin möhkəm olmasına, ailədə qarşılıqlı münasibətlərin qurulmasına nail olmaqdan ibarətdir) 

formalaşdırmaqdan ibarətdir.  

 

  


Yüklə 226,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin