Kursun öyrənilməsinin əhəmiyyəti və məqsədi



Yüklə 226,79 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix02.01.2022
ölçüsü226,79 Kb.
#47384
1   2   3   4   5   6   7   8
M.İlahə Milli əxlaq və ailə etikası mühazirələr-конвертирован

 

 

 


“Kitabi – Dədə Qorqud” da tərbiyə məsələləri 

 

Türkdilli  xalqların  bədii  təfəkkürünün  ən  dəyərli  məhsulu  və  ədəbiyyatımızın  şah  əsəri  olan 

“Kitabi – Dədə Qorqud” dastanı əsrlər ötsə də öz təravətini itirməmiş, həmişəyaşar və mükəmməl 

bir abidə kimi nəsillərin həyat yoluna işıq saçmış və saçmaqdadır.  

Şifahi və yazılı ədəbiyyatımızın öncülü və şah damarı olan bu sənət abidəsi soy kökümüzün sıx 

tellərlə bağlı olduğu qədim türklərin, oğuzların adət və ənənəsini, məişətini və s. parlaq boyalarla 

əks etdirir.  

Dastanda mənəvi sərvətlər, ailə tərbiyəsi qırmızı xətlə keçir, ayrı – ayrı hadisələr əks olunur. Bu 

bir  həqiqətdir  ki,  insanın  necə  təşəkkül  tapacağı,  onun  həyatda  hansı  mövqe  tutacağıaldığı 

tərbiyədən, ata – anaların, valideynlik vəzifələrini nə şəkildə yerinə yetirmələrindən çox asılıdır. 

Bu mənada oğuzlar öz övladlarını yersiz əzizləmir, onları çətinliklərə, bərkə - boşa salırlar ki, 

igid, çevik olsun. 

Uşaq müəyyən yaş həddinə dolub özünü təsdiq edənə qədər ona ad qoyulmurdu. Həm də göstərdiyi 

hünərin, cəsarət və qabiliyyətin müqabilində oğlana, qıza ad verilirdi. Bunun böyük  tərbiyəvi 

əhəmiyyəti  vardı. Uşağı tənbəllikdən qoruyur, ona cəsurluq, çeviklik aşılayırdı. Dirsə xanın oğlu 

üç kişinin sağ və üç kişinin sol yanından tutaraq meydana gətirdiyi dəmir zəncirli buğanı alnına 

çəpəgi bir yumruq vurmaqla yerə sərib başını kəsdikdən sonra ona “Burğac” adı verildi. Başqa 

sözlə, o öz hünəri ilə bu adı qazanır. 

Həmin  boyda  tərbiyənin  metodlarının  bilavasitə  adı  çəkilməsə  də,  tərbiyənin  həvəsləndirmə 

metoduna toxunulur. Yaxşı əməlinə görə övladına mükafatlandırılması lazım bilinir. 

Ümumiyyətlə  götürdükdə,  dastanda  tərbiyə  məsələlərinin  qoyuluşunu  bir  neçə  istiqamətdə 

araşdırmaq mümkündür. Burada tərbiyənin metodlarına münasibət bildirilir, həm qızların, həm 

dı oğlanların mənəvi keyfiyyətlərə yiyələnmələrində valideynlərin, ətrafdakıların şəxsi nümunəsi 

məsələsinə toxunur. 

Diqqət  ailədə  ər  və  arvad  arasında  qarşılıqlı  hörmətin,  anlama,  səmimiyyət  və  mehribanlığın 

mövcud olması zərurətinə yönəldilir. Qadın kobudluğu xoşlamır, gül ləçəyi kimi zərif və incə 

olduğundan  onunla  xoş  davranmalı,  ona  daim  hörmət,  mehribanlıq  göstərilməlidir.  Təsadüfi 

deyildir ki, ulu babalarımızın qiymətli mirası olan “Kitabi – Dədə Qorqud” dastanında qadına 

sevgi, onun qayğısına qalmaq vacib tələb kimi irəli sürülür.  

Ər – arvad arasında səmimiyyətin, xoş ünsiyyətin olması  ona görə vacibdir ki,  bu bir tərəfdən 

ailədə  müsbət  mənəvi  və  psixoloji  iqlimin  yaranmasına  imkan  verir,  ikinci  tərəfdən  uşaqların 

düzgün tərbiyəsindən ötrü əlverişli şərait yaranır. 

Dastanda Qorqud Dədə yaxşı, ləyaqətli, həyalı, ədəbli, qayğıkeş qadını ailənin dayağı hesab edir. 

Abır – həyasını itirmiş, ipə - sapa yatmayan qadını ər üçün, ailə üçün ləkə hesab edir. 

Ailənin şərəfini qorumaq ailənin bütün üzvlərinin müqəddəs borcu, vəzifəsidir. Türk dünyasında, 

Azərbaycan xalqında bu hiss son dərəcə güclüdür. 

“Kitabi – Dədə Qorqud” dastanı gənc nəsildə ailə şərəfi, kişi qeyrəti, qızlıq qüruru, qadın ləyaqəti 

və  s.  bu  kimi  məsələlər  barədə  aydın  təsəvvür  yaratmaq  və  bu  müqəddəs  keyfiyyətlərə 

yiyələnmək üçün zəngin material verir. 

Xalqımızda ailəyə, övlada bağlılıq, qadının isməti üçün cavabdehlik hissi qüvvətlidir. Məhz bunun 

nəticəsində ölüm təhlükəsiz də bir ata, bir ər kimi kişiləri, bir övlad, bir qardaş və nişanlı kimi 

bu cavanları qorxutmur. 

Uşaqların ailə həyatına hazırlanması məsələlərinin dastanda qoyuluşu da diqqətəlayiqdir. Gənclər 

ailə qurmamışdan əvvəl gələcək ailə sahibləri kimi bir – birini sınayır, bir – birinin xasiyyətinə, 

hünərinə bələd olurlar. 



Dastanda oğlan və qıza ömür – gün yoldaşı seçməkdə müstəqillik verilir. Deməli, ailə qurarkən 

maddi  mülahizələr  deyil,  azad  sevgi,  məhəbbət  başlıca  yer  tutur.  Lakin  ağ  saqqal,  valideyn 

məsləhəti də nəzərə alınırdı. 

“Kitabi – Dədə Qorqud” dastanında  uşaqlar arasında münasibətlərdə səmimiyyət, mehribanlıq, 

birinin digərinin taleyi üçün narahat olmaq hissləri öz əksini tapmışdır. 

Böyük  sənət  abidəsi,  dərin,  müdrik  təfəkkürün  məhsulu  olan  “Kitabi  Dədə  Qorqud”  dastanının 

yarandığı  vaxtdan  1300  ildən  artıq  bir  zaman  keçir.  Lakin  buna  baxmayaraq,  o,  hələ  də  öz 

dəyərini itirməmişdir. 




Yüklə 226,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin