Kursun öyrənilməsinin əhəmiyyəti və məqsədi



Yüklə 226,79 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix02.01.2022
ölçüsü226,79 Kb.
#47384
1   2   3   4   5   6   7   8
M.İlahə Milli əxlaq və ailə etikası mühazirələr-конвертирован

 

 


İslam dinində əxlaqi təlimin mahiyyəti 

 

İslam dini barış dini hesab olunur. Dilimizin mövqeyi belədir: “Bədən həbs edilə bilər, amma ruh 

azaddır”. 

Dünyanın bir çox dərin təfəkkür, zəka sahibləri, hətta xristian dininə mənsub mütəfəkkirlər islamın 

xristian dinindən daha mütərəqqi olduğu qənaətinə gəlmişdilər. 

İslam dini elmin bir çox sahələrini – fəlsəfə, siyasət, hüquq, məntiq və s. birləşdirir. İslam dininin 

özüllərinin,  xüsusiyyəti  də  “Qurani  –  Kərim”  və  peyğəmbərimiz  həzrəti  Məhəmmədin 

hədislərinin zəngin tərbiyəedici imkanları vardır.  O, həyatda yaxşı işlər görməyi, xoş əməllər 

etməyi tələb edirdi.  

Bu bir həqiqətdir ki, əməli saleh adamların oturuşu – duruşu da yaxşı olur, onlar pis əməllərə meyl 

etmirlər. Nəticədə ailədə, iş yerində, cəmiyyətdə nüfuz qazanırlar. 

Quranda ailənin dağılmasına pis hal kimi baxılır. Nikahın pozulması xatirinə kişilərə öz fikrindən 

daşınmaq tövsiyə olunur. 

Quran insanların hərəkətini vəziyyətə, konkret şəraitə görə qiymətləndirməyi və bunlara müvafiq 

tədbir görməyi tövsiyə edir. Belə ki, borc almış şəxsi darıxdırmaq məsləhət bilinmir.  

Məhəmməd  Peyğəmbərin  hədislərinin  tərbiyəedici  imkanları  da  genişdir.  Həzrəti  Məhəmməd 

əleyhissalam,  hər  şeydən  əvvəl  beşikdən  qəbrədək  elm  öyrənməyi  tövsiyə  edirdi.  Alimlər 

cəmiyyətimizin hazırkı mərhələsində həmin fikri müdafiə edirlər. Peyğəmbər elmə yiyələnməyi 

istər  kişi,  istərsə  də  qadın  üçün  vacib  sayırdı.  Özü  də  Peyğəmbər  avam,  savadsız  və  cahil 

mollaların dediyinin əksinə olaraq elmi ibadətdən üstün tutur və deyirdi: Bir saat elm öyrənmək 

60  illik  ibadətdən  xeyirlidir.  Peyğəmbər  təhsilə  kiçik  yaşlardan  başlamağı  düzgün  hesab  edir, 

uşaqlıqdan öyrənilən elmi daş üstündə yazıya, müəyyən yaş həddinə çatdıqdan sonra öyrənilən 

isə su üstündə yazıya bənzədirdi. Bunu belə anlamaq olar ki, daş üstündə yazı pozulmazdır, su 

üzərində isə tez bir zamanda çəkilib gedir. 

İnsanın  təşəkkül  tapıb  formalaşmasından  danışarkən  peyğəmbər  tərbiyəyə  birinci  dərəcəli 

əhəmiyyət verirdi. “Heç bir ata öz övladına gözəl tərbiyədən qiymətli hədiyyə verə bilməz” O, 

valideynlərə və böyüklərə hörmət etməyi yüksək qiymətləndirirdi.  

Bütün bunlarla yanaşı, gənclərə vaxtında ailə qurmaq, böyüyün – kiçiyin yerini bilmək, xüsusilə 

qız uşaqlarının tərbiyəsi qayğısına qalmaq tövsiyə edirdi. 

Hədislərdə həyalı və namuslu olmaq mühüm mənəvi keyfiyyət kimi irəli sürülür. Bunun səbəbi 

isə belə aydınlaşdırılır: Həyalı və namuslu olun ki, qadınlarınız da həyalı olsun.  

 Buradan belə nəticə çıxır ki, bəzən qadının həyatda, məişətdə özünü necə aparması kişidən çox 

asılıdır.  

Məhəmməd peyğəmbər gəncləri qocalara hörmət bəsləməyə, onların öyüd – nəsihətlərini eşitməyə 

çağırırdı. Həqiqətən, böyüklərin məsləhəti ilə iş görmək adamı xoşbəxtliyə çağırar. 

Savab işdən söz açılarkən ehtiram və qohumlara mərhəmət göstərilməsi, şər əməl kimi zülm və 

qohumluq tellərinin qırılması xatırladılır. Peyğəmbər qohumluğu yaxın adamlar arasında sevgi 

və uzun ömür sayırdı. 

Hədislərdə insanları incidən onları əzab - əziyyət və iztirab çəkməyə vadar edən şəxslər pislənir 

və  belələrinin  əvvəl  –  axır  öz  cəzalarına  çatacaqları  göstərilir.  Peyğəmbər  fikri  –  zikri  sərvət 

toplamaq  olan  şəxsləri  tənqid  atəşinə  tutur,  onları  ağılsız  hesab  edir.  Ölüm  haqdır.  İnsan 

dünyadan köçəndə özü ilə heç nə aparmır.  

Məhəmməd peyğmbər tamahkar, gözü onun – bunun əlində olan, tənbəl və yatağan, arsız və düşük 

şəxsləri lənətlə damğalayırdı. Bunun əsası vardı. Axı belə bir adamdan xeyirdən çox ziyan dəyər. 

Onlar ailənin də, cəmiyyətin də boynunda yükdür. Ona görə də peyğəmbər mənəviyyatı məhv 

edən mühitdən narahatlıqla söz açırdı.  




Həzrəti  Məhəmməd  insanlarda  vətənpərvərlik  hissini  yüksək  qiymətləndirirdi.  Həm  də  vətənə 

sevgini sözdə deyil, əməldə görürdü.  

Hədislərdə  qonşuluq  münasibətlərinə  də  toxunulur,  qonşunun  xeyir  –  şərindən  vaxtında  xəbər 

tutmağın, qonşu ilə mehriban dolanmağın zəruriliyindən söz açırdı. 

Peyğəmbər həsəd, paxıllıq haqqında dediyi sözlərdə maraq doğurur. “Od ağacı yandırıb yediyi 

kimi, həsəd də yaxşılığı yeyər”. 

Həzrəti  Məhəmməd  mərhəmət  və  yaxşılıq  haqqında  söz  açarkən  məzlumlara  əl  tutmağın 

vacibliyini  göstərir.  Qeyd  edir  ki,  Allahın  ən  çox  sevdiyi  ev  yetimə  hörmət  bəslənilən  evdir. 

Həmçinin belə bir ideya irəli sürülür ki, mərhəmət edənə Allah da mərhəmət edər. 

Peyğəmbərimiz mənəviyyat, davranış, rəftar və ədəb qaydalarına xüsusi diqqət yetirirdi. 

O,  insanlara  tədbirli  olmağı,  bir  iş  görmək  istəyəndə  həmin  işin  nəticəsini  düşünməyi  məsləhət 

bilirdi. O, vətənpərvərliyi xüsusilə yüksək qiymətləndirirdi. 

Məlum olduğu kimi, şəxsiyyətin təşəkkül tapıb formalaşmasında irsiyyətin, tərbiyənin və sosial 

mühitin  rolu  böyükdür.  Alimlər  neçə  əsrlərdir  ki,  bu  üç  amildən  birinə  üstünlük  verirlər.  Bu 

məsələyə  Həzrəti  Əli  də  öz  münasibətini  bildirmişdir.  O,  hər  üç  amilin  rolunu  yüksək 

qiymətləndirirdi.  Əsrlər  keçmiş,  bəşəriyyətin  tarixində  köklü  dəyişikliklər  olmuşdur.  Əxlaq 

inkişaf etmiş, forma və məzmunca dəyişmişdir. Hər dövrün öz hökmü vardır. Təlim – tərbiyəyə 

də yeni nəzərlərlə baxılır. Lakin ötən əsrlərdə Məhəmməd peyğəmbərin, Həzrəti Əlinin tərbiyəvi 

fikirlərinin önəmi heç də azalmamışdır.    


Yüklə 226,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin