Kursun öyrənilməsinin əhəmiyyəti və məqsədi



Yüklə 226,79 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix02.01.2022
ölçüsü226,79 Kb.
#47384
  1   2   3   4   5   6   7   8
M.İlahə Milli əxlaq və ailə etikası mühazirələr-конвертирован



Kursun öyrənilməsinin əhəmiyyəti və məqsədi 

Azərbaycan şifahi xalq yaradıcılığının tarixi min illəri əhatə edir. Xalqın istək və arzuları, gələcəyə 

ümidləri,  sevinc  və  kədəri,  mübarizə  əzmi,  müdrikliyi,  təbiət  və  cəmiyyət  hadisələrinə 

münasibətləri bu nümunələrdə özünün dolğun ifadəsini tapmışdır. 

Kamil şəxsiyyət, nümunəvi davranış və əxlaq, böyüyə hörmət, insanlar üçün vacib bilinən mənəvi 

keyfiyyətlər,  milli  dəyərlər,  əməyə  bağlılıq,  şərəf,  ləyaqət,  ədalət  və  s.  xalq  yaradıcılığı 

materiallarının başlıca mövzusu olmuşdur.  

Həmin nümunələr, ata – babalarımızın müdrik kəlamları, atalar sözləri, nağıl, rəvayət, əfsanə, mif, 

əsatir,  bayatılar  və  s.  əsrləri  adlayaraq  bu  günümüzə  gəlib  çatmışdır.  Tarixən  mövcud  olmuş, 

qorunub  saxlanmış  qədim  adət  -  ənənələrimiz  haqqında  da  həmin  nümunələrdən  maraqlı 

məlumatlar əldə edirik.  

Şifahi  xalq  yaradıcılığına başqa sözlə, folklor da  deyilir.  Folklor ingilis  dilində “xalq  hikməti” 

deməkdir. Bu hikmət  və  müdriklik  xəzinəsindəki dəyərlər, tərbiyəvi  fikirlər neçə  -  neçə  gəncin 

təşəkkül tapıb formalaşmasına təsir göstərmişdir. 

Şifahi xalq yaradıcılığı xalqın təfəkkürünün məhsulu olduğundan ona xalq ədəbiyyatı da deyilir.  

Xalq öz yaradıcılığında çox müxtəlif və rəngarəng növlərə müraciət etmişdir. Ata – babalarımızın 

müəyyən hadisəni, bu və ya digər hərəkəti, əməli, davranışı və rəftar tərzini, insanlar arasındakı 

münasibətləri nəzərdə tutaraq müvafiq fikirlər söyləmişlər.  

Tarixən sınaqlardan keçərək gəlib bu günümüzə  çatan atalar sözləri öz həqiqətini,  doğruluğunu 

özündə  saxlayır.  Ata  –  babalarımız  dediyi  bu  və  ya  digər  sözü,  fikri,  özünün  təcrubəsində, 

başqalarının həyatında dəfələrlə sınaqdan keçirdikindən, ölçüb – biçdikdən sonra meydana çıxarıb. 

İnsan bu və ya digər vəziyyətə düşəndə, çətinlik çəkəndə, uğur qazananda hər hansı atalar sözü 

xatırlana, yaxud bu və ya digər fəaliyyəti həyata keçirmək istəyəndə atalar sözü köməyinə gəlir. 

Hər hansı bir cisim, təzahür çox müxtəlif xüsusiyyətlərin məcmusudur. Odur ki, özünün müxtəlif, 

rəngarəng tərəfləri ilə faydalı olur. Bu faydalılıq onun dəyəridir. O, pedaqoji ədəbiyyatda  pedaqoji 

dəyərlər,  sosial,  qrup  və  şəxsiyyət  dəyərləri  kimi  təsnif  edilir.  Şəxsiyyət  dəyərlərinə  dəyərlər, 

keyfiyyətləri aid edilir. Tərbiyə də dəyərdir. Milli tərbiyədən danışanda milli – mənəvi dəyərlərə 

diqqət  yetirmək  lazım  gəlir.  Xalq  müdrikliyi  əsasında  folklor  nümunələrimizin  tərbiyəedici 

imkanları  əsasında  tərbiyə  alan  nəsillər  öz  uşaqlarını  da  xalq  müdriklərinə  istinad  etməklə 

böyüdüb, yetişdirəcəklər.  

Milli  –  mənəvi  dəyərlərimiz  arasında,  böyüyə  hörmət  xüsusi  yer  tutur.  Tarixən  xalqımız  da, 

kiçiklər  yaşca  özlərindən  böyüklərə,  yaşlı  adamlara,  qocalara,  böyük  bacı  –  qardaşlarına, 

valideynlərinə,  qonşulara  hörmətlə  yanaşmış,  onların  üzünə  ağ  olmamış,  yolunu  saxlamış, 

məsləhətlərini dinləmişlər. 

Atalar sözləri və məsəllərimizdə deyilir:  

“Böyüyə hörmət elə, sən də böyüyəcəksən”. 

“Böyük danışanı kiçik götürər”. 

“Böyüyün üzünə ağ olanı torpaq götürməz”. 

“Böyüksüz evdə bərəkət olmaz”. 



Vətən  sevgisi  milli  –  mənəvi  dəyərlərdəndir  ki,  onun  əsasında  da  vətənpərvərlik  hissi  durur. 

Vətənpərvərlik  hissi  hər  bir  şəxsə  xas  olmalıdır.  Bu  hiss  lap  körpə  yaşlarından  uşaqlara  təlqin 

edilməlidir.  Həm  də  Vətəni  sözdə  sevmək  azdır,  özünün  hərəkəti,  təəssübkeşliyi,  dövlət 

rəmzlərimizi, torpağımızı, maddi və mənəvi sərvətlərimizi, xalqımızı, dövlət başçılarımızı, tarixi 

və  mədəniyyət  abidələrimizi  sevmək,  onlara  görə  iftixar  və  qürür  hissi  keçirmək,  ölkəmizin 

tərəqqisi, çiçəklənməsi və möhkəmlənməsi, Azərbaycanı dünyada tanıtmaq və şərəflə, ləyaqətlə 

təmsil etmək, vətənimizi hər cür təcavüzdən qorumaq lazımdır.  

Atalarımız demişlər: 

“Vətənin yüz bir qışı, qürbətin yüz baharından yaxşıdır”. 

“Doğma yurd şirin olar”. 

“Vətənsiz vətəndaş olmaz”. 

“Qürbət yer cənnət olsa, yenə vətən yaxşıdır”. 

Ailəyə bağlılıq, qadının sədaqəti, kişi qeyrəti, qadın isməti, ailənin şərəfini qorumaq milli – mənəvi 

dəyərlər  arasında  xüsusi  yer  tutur.  Şifahi  xalq  yaradıcılığında  da  bu  məsələlərə  geniş  yer 

ayrılmışdır: 

“Arvadın isməti, ərin izzəti”. 

“Varını itirən az şey itirər, namusunu itirən çox şey”. 

“Ağıllı gəlinin ailədə üzü ağ olar”. 

“Ailədə yanılmaq yamanlıq gətirər”. 

Şifahi xalq yaradıcılığında nəsihətlərin də öz yeri vardır. Ləyaqət, ismət, namus, ailə şərəfi kimi 

milli – mənəvi dəyərlərimiz nəsihətlərdə özünün geniş əksini tapmışdır. 

Diqqət yetirək: “Qeyrətsiz, namussuz yaşamaqdansa ölmək yaxşıdır”. “Ev düşmənindən qorx və 

ehtiyatlı ol”.  

Əxlaq  tərbiyəsi,  uşaqların  tərbiyə  məsələləri  şifahi  xalq  yaradıcılığında  diqqət  yetirilən 

məsələlərdən biridir. “Ata evin tərbiyə ocağıdır” atalar sözü deyilən sübutdur. Ata – babalarımız 

tərbiyəçinin şəxsiyyətinə yüksək qiymət verir. Uşağın tərbiyəvi təsirlərə laqeyd qalmaması üçün 

tərbiyəçinin,  valideynin  sözü  də,  əməlinin  vəhdət  təşkil  etməsi,  onun  şəxsi  nümunə  göstərməsi 

tələb olunur. 

“Uşaq gördüyünü götürər”. 

“Ana qızına taxt verər, ata oğluna baxt”. 

“Ata oğlunun pisliyini istəməz”. 

Şifahi xalq yaradıcılcğında şəxsiyyətin keyfiyyətlərinin inkişafı qayğısına qalmaq vacib tələb kimi 

irəli sürülür. Düzlük, doğruluq, yoldaşlıq və dostluq, vətənpərvərlik, böyüyə hörmət, mərdlik və 

qəhrəmanlıq,  humanizm  və  s.  bu  kimi  nəcib  sifətlər  təqdir  olunur.  Yalançılıq,  pislik,  yaltaqlıq, 

namərdlik, satqınlıq, kobudluq, qəddarlıq xoşagəlməz və mənfi keyfiyyətlər tənqid edilir. 

Atalar sözlərində müsbət keyfiyyətlər: 

“Adama adamlıq lazımdır”. 

“Doğruluq insanı heç vaxt utandırmaz”. 




“Düz yaşa, yüz yaşa”. 

“Dost dosta arxa olar”. 

“Ən böyük gözəllik sadəlikdir”. 

Mənfi sifətlər: 

“Adam başından böyük danışmaz”. 

“Alçaqlıqdan ölüm yaxşıdır”. 

“Yalançılıq üz qızardır”. 

Xalq təfəkkürünün ən gözəl, bariz nümunələrinin toplandığı folklor insanların mənəvi baxımdan 

saflaşması, bir şəxsiyyət kimi kamilləsməsi, yetkinləşməsi üçün zəngin material verir. Şifahi xalq 

yaradıcılığı  nümunələrindən  ailədə  və  məktəbdə  uşaqların  yeniyetmə  və  gənclərin  tərbiyəsində 

istifadə olunmalıdır. 


Yüklə 226,79 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin