Kursun öyrənilməsinin əhəmiyyəti və məqsədi



Yüklə 226,79 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix02.01.2022
ölçüsü226,79 Kb.
#47384
1   2   3   4   5   6   7   8
M.İlahə Milli əxlaq və ailə etikası mühazirələr-конвертирован

    

 

 


Avestada əxlaq məsələləri 

“Avesta” xalq ədəbiyyatında və klassik ədəbiyyatda mifoloji axının başlıca qaynaqlarından sayılır. 

Bu  müqəddəs  kitab  eramızdan  VII  əsr  əvvəl  meydana  çıxmışdır.    Onun  müəllifi  zərdüşt 

peygəmbərdir.  

Zərdüşt peyğəmbərin dini ideyaları, insanların qarşılıqlı münasibətlərinə dair fikirlər “Avesta” nı 

meydana gətirmişdir.  

Yaxın və Orta Şərqdə böyük şöhrət qazanmış “Avesta” da xalq müdrikliyi, insan mənəviyyatının 

saflaşmasına dair fikirlər özünün dolğun  ifadəsini tapmışdır. Bu kitabda xeyir və şər qüvvələri 

qarşılaşdırılır. Şəxsiyyətin həyatında bu qüvvələr necə bir rol oynadığına aydınlıq gətirilir.  

Zərdüşt peyğəmbərin düzgün qənaətinə görə, hər bir şəxs yaxşı nitqə, yaxşı düşünməyə və yaxşı 

hərəkətlər  etməyə  borcludur.  “Avesta”  da  tərbiyə  insan  üçün  zəruri  bilinən  ən  mühüm  həyati 

tələbat kimi nəzərdən keçirilir və hamının tərbiyəyə möhtac olduğu və cəmiyyətin hər bir üzvünə 

ədəb - ərkan, yaxşı adətlər, davranış və rəftar tərzi öyrədilməsi vacib bilinir.  

Kitabda  təhsilin  rolu  da  yüksək  qiymətləndirilmişdir.  “Avesta”  da  dini  tərbiyə,  mənəvi  tərbiyə, 

əmək tərbiyəsi və fiziki tərbiyə diqqət mərkəzində dayanmışdır. Dini tərbiyəyə 7 yaşdan etibarən 

başlamaq məqsədəuyğun sayılır. 

Müqəddəs  kitabda  fiziki  tərbiyənin  məqsədi  də  açıqlanmışdır:  uşaqları  hərbi  işə  hazırlamaq. 

Burada qılınc çalmaq, ox atmaq, at minmək və s. nəzərdə tutulur. 

Bu kitabda aşağıdakı əxlaqi fikirlər təbliğ olunur: 

1.  Yaxşılıq, xeyirxah işlərlə məşğul olmaq. 

2.  Əməksevərlik, torpağa bağlılıq. 

3.  Düzlük və doğruçuluq. 

4.  Həyatda namusla yaşamaq, ailə həyatında səmimi, vəfalı olmaq. 

5.  Verilən sözə əməl etmək, əhdə vəfa qılmaq. 

6.  Sülhsevərlik, müharibəyə nifrət və onun baş tutmasına yol verməmək. 

 

Avestada  qəbilələr  arasındakı  müharibələr  pislənir,  talan  və  qırğınlara  son  qoymaq  tələbi  irəli 



sürülür.  Bu  barədə  Zərdüşt  peyğəmbər  deyirdi:  “Mən  müharibəni  rədd  edib,  silahı  bir  yana 

tullamaq istəyən Məzda dininə inanıram.” 

Avestada  ailəyə  ciddi  münasibətin  formalaşması  məsələləri  xüsusilə  diqqət  mərkəzində 

dayanmışdır. Müqəddəs kitabda daimi oturaq məskənlər yaratmaq, oturaq həyat şəraitində ömür 

sürmək və s. məsələlərdən söz açılır. 

Kitabda torpaq insana müraciətlə deyir ki, ondan hər vəchlə istifadə etsin, zəhmətə qatlaşıb onu 

layiqincə becərsin. Əvəzində bol məhsul alar. 

Zərdüşt  nikah  münasibətinə  girməyə  hazırlaşan  gənclərə  üzünü  tutaraq  onları  ədəbli  –  kamallı 

olmağa, davranış qaydalarına riayət etməyə və bir – birinin hörmətini saxlamağa çağırır.  

Avestada namus, ismət və bakirəlik qadın üçün çox mühüm keyfiyyət kimi dəyərlənidirlir. Zərdüşt 

məkr  və  yalanla  nəfəs  alan  şəxslərə  qarşı  çıxırdı.  O  insanları  belələri  ilə  mübarizə  aparmağa 

çağırır və deyirdi: pis fikirli adam günəşin adını da pisliyə çəkər. Ey fikri, dili və əməli yaxşı 

olmayan. Əmin olun ki, elədiyin hər bir yamanlıq özünə qayıdacaqdır.  

Kitabda həmçinin  alimlərin əməyinə yüksək qiymət verilir. Alimlə cahil arasında fərq qoymaq, 

elmlə məşğul olanlara hörmətlə yanaşmaq məsləhət görülür. 

Zərdüştün diqqət yetirdiyi məsələlərdən biri də müəllim şəxsiyyətidir. O, yaxşı və pis müəllimi 

qarşılaşdırır, öz biliyi, davranışı ilə fərqlənən müəllimləri hörmətlə yad edir. Savadsız, nəzəri və 



metodik hazırlığa, pedaqoji ustalığa malik olmayan müəllimi isə şagird üçün arzuolunmaz hesab 

edir. 


Avestada  tərbiyənin  roluna  yüksək  qiymət  verilir.  Zərdüşt  peyğəmbərə  görə  tərbiyə  həyatın  ən 

zəruri  sutunu  hesab  edilməli,  hər  kəsi  elə  tərbiyə  etmək  lazımdır  ki,  o,  oxumağı,  yazmağı 

bacarmaqla yüksək pilləyə qalxa bilsin.  

Müqəddəs  kitabda  əxlaq  maddi  və  mənəvi  nəzəriyyə  kimi  nəzərdən  keçirilir.  “Avesta”  dakı 

mənəviyyatla, insanın mənəvi aləmi, davranışı, rəftarı ilə əlaqədar ideyalar öz qidasını xeyirxah 

fikir, xeyirxah əməllərdən götürür. Zərdüşt insanların bir – biri ilə səmimi, mehriban münasibətdə 

olmalarını arzulayır. O, dostluğa yüksək qiymət verir, eyni zamanda həqiqi dostluğun şərtlərinə 

toxunurdu. 

Avestada  irəli  sürülən  ibrətamiz  fikirlər,  Zərdüşt  peyğəmbərin  öyüd  və  nəsihətləri  hazırda  öz 

əhəmiyyətini və dəyərini saxlayır və gənc nəslin tərbiyəsində qüdrətli vasitəyə çevrilir. 




Yüklə 226,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin