Kursun öyrənilməsinin əhəmiyyəti və məqsədi



Yüklə 226,79 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix02.01.2022
ölçüsü226,79 Kb.
#47384
1   2   3   4   5   6   7   8
M.İlahə Milli əxlaq və ailə etikası mühazirələr-конвертирован

 

 

 


Nizami Gəncəvinin əxlaqi görüşləri 

 

N.Gəncəvi  Azərbaycan  xalqının  dünya  mədəniyyətinə  bəxş  etdiyi  ən  böyük  töhfə,  ən  qiymətli 

sərvətdir.,  xalqımızın  milli  iftixarıdır.  O,  dünya  miqyaslı  şair  və  mütəfəkkir  alim  kimi  bütün 

dövrlərdə zirvələr fəth etmiş və etməkdədir. 

Nizami insan şəxsiyyəti ilə bağlı çox önəmli və dəyərli konsepsiya yaratmış, həmin konsepsiya 

əsasında bədii təfəkkürün sonsuz imkanlarından bəhrələnərək poemalarda fəlsəfi, pedaqoji və 

psixoloji fikrin bənzərsiz nümunələrini əks etdirmişdir. 

Nizami öz şəxsiyyəti və yaratdığı heyrətamiz qəhrəmanlarının nümunəsi də bir tərbiyə məktəbidir 

ki,  oxucunu  əxlaqi cəhətdən saflaşmağa, mənəvi  baxımdan kamilləşməyə  sövq  edir. O, insanı 

dünyanın  əşrəfi  kimi  ucaldaraq,  onun  hərtərəfli  yetişməsini,  nəcib  və  ən  gözəl  keyfiyyətləri 

özündə  cəmləşdirməsini,  onun  mədəni  davranışvərdişlərinə,  rəftar  tərzinə  yiyələnməsini 

arzulayırdı.  Əsərləri,  hikmətli,  müdrik  fikirləri  ilə  tanışlıq  insanlarda  tərbiyələnmək,  mənəvi 

saflaşmaq  tələbatları  yaradır.  Nizaminin  təlim  və  təhsilə,  tərbiyənin  tərkib  hissələrinin 

məzmununa  daxil  olan  məsələlərə  aid  çoxlu  qiymətli  fikirləri  vardır.  Onun  əxlaqi  qörüşləri 

xüsusilə önəmlidir.  

Nizaminin  əxlaqi  görüşlərində  vətənpərvərlik,  vətən  sevgisi  xüsusilə  yer  tutur.  O,  tərbiyənin 

məqsədini  vətəndaşların  fəaliyyətinə,  həqiqətə,  ədalətə,  eyni  zamanda  gözəlliyə  xidmət 

göstərməsində görürdü. O, şəxsiyyətin inkişaf prosesinin xarici mühitdən asılılığını qəbul edir, 

uşağın inkişafı ilə onun tərbiyəsinin yanaşı, vəhdətdə getdiyi qənaətinə gəirdi. Hərtərəfli inkişaf 

etmiş insanın tərbiyə olunmasını vacib bilirdi. O, ətraf mühitlə insanlar arasındakı münasibətlər 

barədə düzgün anlayışların yaradılmasını məsləhət görürdü.  

Atalarımızın  belə  müdrik  kəlamı  var:  “Qane  olmaq  –  xoşbəxt  olmaq  deməkdir”.  Nizami  də 

insanların var – dövlətə həris olmasına qarşı çıxır, azla qənaətlənməyi tövsiyə edirdi”. 

Nizami ədalətli olmağı mühüm əxlaqi keyfiyyət sayır, birisinin digərinə münasibətində ədalətin, 

insafın tələblərini gözləməyi vacib bilirdi. O, insanların xeyirxah işlər görmək arzusunu təqdir 

edir, dünyada yaxşılığı hər şeydən üstün sayırdı. 

Şairin əxlaqi görüşlərində əməyə məhəbbət, zəhmətə bağlılıq, əməksevərlik xüsusi yer tutur. O, 

insanları boş  – bekar dayanmamağa, bir işin qulpundan yapışmağa  çağırır.  İnsan hansı  yaşda 

olmasından  asılı  olmayaraqhansısa  iş  görməyə  qadirdir.  Məhdud  imkanı,  gücü  daxilində  də 

dolanışığını təmin edə bilər. 

Əməyə yüksək qiymət verən Nizami onun axırının insanın rahatlığı ilə nəticələnəcəyinə möhkəm 

əmindir və bu qənaətə gəlir ki, ərənlər şöhrətə zəhmətlə ucalıbdır. 

Böyük şair tamahkarlığı, acgözlüyü, yaxşı hal hesab etmir, bildiridi ki, həyatda çox yeyənlər çox 

yaşamır, ağıllı adamlar, nəfsinə hakim olanlar uzun ömür sürür, hətta dünyadan köçəndən sonra 

da ömürləri davam edir. 

Nizaminin  əxlaqi  görüşlərində  yoldaşlıq  və  dostluq  münasibətləri  geniş  yer  tutur.  Dahi  şair 

yoldaşlıq  və  dostluğu  ümumbəşəri  keyfiyyət  kimi  nəzərdən  keçirir  və  insan  mənəviyyatının 

inkişafında onun oynadığı rolu göstərir. 

O, insanın həyatında, onun inkişafında həm irsiyyətin, həm də sosial mühitin roluna yüksək qiymət 

verir.  Nizami  eyni  zamanda  irsiyyətin  rolunun  şişirdilməsi  ilə  razılaşmırdı:  “Çox  iti  zehinlər 

yatan oldular, Axırda saxsı qab satan oldular” 

Onun yaradıcılığında böyüyə hörmət əhəmiyyətli yer tutur. O, ağsaqqalların, yaşlı adamların ağıllı 

məsləhətlərinə qulaq asmağı, onlardan faydalanmağı məqsəduyğun bilirdi. 

Nizami insanda insanlığı yüksək qiymətləndirirdi. “İnsanlıq anlayışını o, geniş şəkildə nəzərdən 

keçirir, insanlıqda ən yüksək keyfiyyətlərin məcmusunu görürdü. İnsanlıq simasını itirən şəxsləri 

bədbəxt hesab edirdi. 




Şair əsarətə, başqasının haqqının tapdalanmasına pis baxırdı. Adam incitməyi, zor tətbiq etməyin 

əleyhinə idi. Öz şerləri ilə insanları başa salmağa çalışırdı ki, belə hərəkətlər xoşagələn deyil, 

əksinə, təzyiqə məruz qalanda nifrət, kin yaradır, onun şəxsiyyətini alçaldır. Odur ki, Nizami bu 

kimi adət və vərdişlərdən uzaq durmağı tövsiyə  edir və anladırdı ki, kobud hərəkətin, zülmün 

sonu yoxdur. 


Yüklə 226,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin