Kursun öyrənilməsinin əhəmiyyəti və məqsədi



Yüklə 226,79 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix02.01.2022
ölçüsü226,79 Kb.
#47384
1   2   3   4   5   6   7   8
M.İlahə Milli əxlaq və ailə etikası mühazirələr-конвертирован

 

 

 

 

 


Nəsrəddin Tusinin əxlaqi görüşləri 

 

N.Tusinin  əxlaqi  görüşləri,  əsasən,  “Əxlaqi  –  Nasir”  əsərində  cəmlənmişdir.  Bu 

kitabda  diqqət yetirilən  başlıca  məsələlərdən  biri  əxlaqın saflaşdırılmasıdır. Tusi 

əxlaqın saflaşdırılması problemini araşdırarkən, xüsusən nəfsin  üzərindədayanır. 

O,  şəxsiyyətin  düzgün  tərbiyə  olunması  və  kamilliyə  çatması  üçün  ilk  növbədə 

onun  nəfsi  üzərində  iş  aparılmasını  məsləhət  bilirdi.  Tusi  nəfsin  3  növünü 

fərqləndirirdi:  nəbati,  heyvani  və  insani. İnsani  nəfsdən  danışarkən  Tusi  yazırdı: 

“İnsani nəfs o nəfsdirki, insanın iradəsindən asılı olan yaxşı və təriflənən, pislənən 

işlərin hamısı onunla əlaqədardır”. 

Böyük  alim  insani  nəfsin  sağlamlığına  nail  olmaq  üçün  düzgün  üsullar 

müəyyənləşdirməyi vacib sayırdı. Tusi öz dövründə yayılmış belə bir fikri təsdiq 

edirdi  ki,  “Nəfs  elə  şeydi  ki,  onu  öz  başına  buraxsan,  alçaqlığa  meyil  göstərib 

bataqlığa batar, cilovlayıb istiqamət versən kamala çatar”. 

O,  əməli  –  qüvvə  kamilliyindən  danışarkən  göstərirdi  ki,  insan  öz  imkan  və 

fəaliyyətini nizama salıb elə uyğunlaşdırmalıdır ki, onlar bir – birinə mane olmayıb, 

əksinə, bir – birini tamamlasınlar, belə halda əxlaq xoşagələn şəkildə tərbiyələnər.  

Tusi  göstərirdi  ki,  insanın  özünə  aid  elə  xüsusiyyəti  vardır  ki,  o  bunun  vasitəsilə 

başqa varlıqlardan ayrılır. Lakin onun heç kəslə şərik olmayan bir xüsusiyyəti var 

ki, o da  mənalı  nitqdir. Ona görə də insana  “Natiq”  də  deyirlər. Tusinin  düzgün 

qənaətinə görə, insanın fəzilətləri o zaman daxili qüvvədən əyani fəaliyyətə çevrilə 

bilər ki, o, nəfsini belə rəzalətdən təmiz saxlaya bilsin. 

Tusiyə görə, insanların ömürlərinin lap ilk çağlarından ata – ana tərbiyəsinə, sonra 

şəriət qayda – qanunlarına, daha sonra əxlaq və əqidənin saflaşdırılmasına ehtiyacı 

vardır. Əgər təbiətləri nəsihət qəbul edib, himətə çatsa, onlar da yüksəlib səadətə 

çatmış olarlar. 

Tusi, bəzi alimlərdən fərqli olaraq, irsiyyətinrolunun həddindən artıq şişirdilməsinə 

tərəfdar  çıxmır,  insanın  inkişafında  irsiyyətin  həlledici  yer  tutması  fikri  ilə 

razılaşmırdı. Ona görə davranış əxlaqın göstəricisidir.  

O,  uşaqların  tərbiyəsi,  o  cümlədən  əxlaq  tərbiyəsi  üzrə  işin  heç  də  asan  başa 

gəlmədiyini  uşaqların  bəzilərinin  tərbiyəvi  təsirləri  tez,  bəzilərinin  gec  qəbul 

etdiyini göstərirdi.  

Tusinin  əxlaqi  görüşlərində  insana  böyük  qiymət  verilir.  O,  insanı  bu  dünyadakı 

mövcudluğun  ən  şərəflisi,  eyni  zamanda  insanı  kamilliyə  çatdırmaq  məqsədi 

daşıyan sənəti dünya sənətlərinin ən şərəflisi adlandırırdı. 



Yüklə 226,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin