Kurs: II fənn: Pedaqogika -2 Mövzu


P.3. Formalaşdıran (formativ) qiymətləndirmə



Yüklə 494 Kb.
səhifə44/46
tarix16.12.2022
ölçüsü494 Kb.
#75471
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   46
Kurs II f nn Pedaqogika -2 M vzu

P.3. Formalaşdıran (formativ) qiymətləndirmə. Formativ qiymətləndirmənin məq­sə­di təlim prosesində müəllimin və şagirdlərin fəaliyyətində dəyişikliklərin, düzəlişlərin edilməsindən ibarətdir. Fəaliyyətin təshih edilməsi (düzəldilməsi) müəllimin və yaxud müəllim və şagirdlərin birgə təlim məqsədlərinə doğru irəliləmə prosesini izləməyə və təlim prosesinin ilkin mərhələlərində düzəlişlər etməyə müəllimə imkan verir, şagirdə isə öz təhsilinə görə məsuliyyət hissini dərk etməyə kömək edir.
Şagirdlərin təlim nailiyyətlərinin qiymətləndirilməsinin əsas məqsədi əldə edilən təlim nəticələrinin əvvəlcədən planlaşdırlmış təlim məqsədlərinə uyğunluğunu müəyyən etməkdir. Şagirdlərin təlim nailiyyətlərinin effektiv qiymətləndirilməsi məqsədilə müəllim qiymətləndirmənin müxtəlif növlərini (diaqnostik, formativ və summativ) peşəkarlıqla istifadə etməlidir:
Formativ qiymətləndirmə:

  • gündəlik təcrübədə istifadə edilir (hər dərs hər gün);

  • həm şagird, həm də müəllim üçün qəbul edilə bilən formada tətbiq edilir.

Formativ qiymətləndirmə - ilk mərhələlərdə təhsil və təlim prosesinə dəyişikliklərin daxil edilməsi məqsədilə şagirdlərin inkişafının qiymətləndirilməsidir. Bundan əlavə, formativ qiymətləndirmə şagirdlərə şəxsi inkişafını dərk etməyə və izləməyə, eləcə də, müəllim köməyi ilə gələcək addımlarını planlaşdırmağa imkan verir. Formativ qiymətləndirmə - şagirdin yanında olmaq, onu müvəffıqiyyətə aparmaq deməkdir.
P.4.Yekun (summativ) qiymətləndirmə.Summativ (yekun) qiymətləndirmə müəy­yən vaxt üçün bölmə və tədris vahidinin öyrənilməsi başa çatdıqda bilik, bacarıq, vərdiş və səriştələrin formalaşması səviyyəsinin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuş­dur.
Summativ qiymətləndirmənin məqsədi-müəyyən vaxt üçün şagirdlərdə biliklərin mənimsənilməsi, bacarıq və səriştələrin formalaşma səviyyəsinin təsdiq edilməsi, əldə edilən nəticələrin standartın tələblərinə uyğun olub-olmamasını müəyyənləşdirməkdən ibarətdir.Summativ qiymətləndirmənin mövcud təcrübəsi yoxlama işlərinin müxtəlif növləri­nin həyata keçirilməsini nəzərdə tutur. Yoxlama tapşırıqlarının sualları dövlət təhsil standartları və tədris proqramlarının (fənn kurikulumlarının) təlim məzmunu əsasında tərtib edilir.
Şagird nailiyyətləri səviyyəsinin yoxlanılması məqsədilə müəllimlər adətən sual və testlərin müxtəlif variantlarından istifadə edir, dərsliklərdə fəsil və bölmələrin sonunda verilən suallardan yararlanırlar. Bununla yanaşı, müəllim əlavə mənbə və şəxsi təcrübə­dən istifadə edərək özü də müstəqil şəkildə tapşırıq və suallar işləyib hazırlaya bilər. Yoxlama işi üçün tərtib olunan tapşırıqlarda fakt və ya materialın yadda saxlanılması ilə yanaşı yüksək səviyyəli bacarıqların formalaşması da müstləq şəkildə nəzərdə tutulmalıdır.
Summativ qiymətləndirmə yoxlama işinin (test, yoxlama, laborator, tədiqiqat işləri­­­nin, inşaların, esselərin, layihənin, şifahi təqdimatların və s) müxtəlif növünün yerinə yetirmə nəticələri üzrə keçirilir. Yoxlama işinə görə qoyulan qiymət yekun qiymətin müəyyənləşdirilməsi üçün əsasdır.
Summativ qiymətləndirmə kiçik summativ, böyük summativ və yekun qiymətlən­dir­­mə­dən ibarətdir.
Kiçik və böyük summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (bəhs və ya bölmənin, yarımilin sonunda) yekun vurmaqla, qiymətləndirmə standartları­na əsasən hazırlanmış vasitələrlə şagirdin nailiyyət səviyyəsini ölçmək üçün aparılır.
Yekun (summativ) qiymətləndirmə standartların mənimsənilməsi istiqamətində şagirdlərin əldə etdiyi irəliləyişləri dəyərləndirir. Bu qiymətləndirmə növü mövzunun, bəhs və bölmənin, yaxud da tədris ilinin sonunda eyni qaydada həyata keçirilir. Yekun (summativ) qiymətləndirmənin ən mühüm cəhəti şagirdlərin tətbiqetmə bacarığının hansı səviyyədə olduğunu müəyyən etməkdir.
Yekun (summativ) qiymətləndirmə məzmun standartları əsasında aparılır. Bun­dan əlavə, yekun qiymətləndirmə mənimsəmə səviyyəsinin etibarlı göstəricisidir. Sum­mativ qiymətləndirmə ilə əlaqədar müəllimin vəzifəsinə aşağıdakı məsələlər daxildir:
-yekun işlərin yoxlanılması;
-nəticəsinin təhlili;
-aparılan təhlil əsasında şagirdlərlə əks əlaqəsinin yaradılması
-lazım olduqda fəaliyyətinin yenidən nəzərdən keçirilməsi və təlim strategiyasına düzəlişlərin edilməsi.

Yüklə 494 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin