Kurs: II fənn: Pedaqogika -2 Mövzu


İxtisas: Təsviri incəsənət müəllimliyi Kurs



Yüklə 494 Kb.
səhifə39/46
tarix16.12.2022
ölçüsü494 Kb.
#75471
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   46
Kurs II f nn Pedaqogika -2 M vzu

İxtisas: Təsviri incəsənət müəllimliyi
Kurs: II
Fənn: Pedaqogika -2
Mövzu: Müasir dərsə verilən tələblər
Ədəbiyyat siyahısı:
1.Əhmədov H., Zeynalova N. Pedaqogika. Dərslik. Bakı: “Elm və Təhsil”, 2016, 456 s., 222-226
2. Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika. Yeni kurs. Dərs vəsaiti. Bakı: “Çaşıoğlu”, 2004.
3. Abbasov A. Pedaqogika. Dərs vəsaiti. Bakı: “Mütərcim”, 2013, 360 səh
Müəllim: Lalə Allahverdiyeva lale.allahverdiyeva.81@bk.ru
Plan:

  1. Müasir dərsə verilən didaktik tələblər

  2. Dərsə verilən psixoloji tələblər

  3. Dərsə verilən gigiyenik tələblər

  4. Dərsin aparılma texnikasına verilən tələblər



P.1.Müasir dərsə verilən didaktik tələblər:
-təlim vəzifələrinin və onların əsas tərkib elementlərinin dəqiq formalaşdırılması, inkişafedici və tərbiyəedici vəzifələrlə əlaqələndirilməsi:
-dərsin məzmununun tədris proqramının tələbələrinə və məqsədlərinə uyğun olaraq müəyyən olunması,onlara hazırlıq dərəcəsi və şagirdlərin hazırlığının nəzərə alınması:
-şagirdlərin elmi bilikləri mənimsəməsini, bacarıq və vərdişlərin formalaşması səviyyəsini istər dərsdə, istərsə də onun ayrı–ayrı mərhələlərində proqnozlaşdırılmaq.
-təlimin, stimullaşdırmanın və nəzarətin daha rasional metod, priyom və vasitələrinin seçilməsi, onların dərsin hər bir mərhələsinə optimal təsiri, idrak fəallığını təmin edən seçim, kollektiv və fərdi işlərin dərsdə müxtəlif formalarının bir – bir ilə uzlaşdırılması və onun şagirdlərin təlim almalarına maksimal dərəcədə köməyi:
-dərsdə bütün didaktik prinsiplərin reallaşdırılması:
- şagirdlərin müvəffəqiyyətli təlim almaları üçün şəraitin yaradılması.
P.2. Dərsə verilən psixoloji tələblər
Dərsin psixoloji məqsədi:
1.şagirdlərin tədris predmentinin konkret öyrənilməsi və yaxud konkret dərslə bağlı inkişafın layihələndirilməsi:
2.dərsin məqsədinin müəyyən olunmasında yeni mövzunun öyrənilməsinin psixoloji vəzifələrini eləcə də əvvəlki dərslərdə əldə olunmuş nəticələri nəzərə almaq:
3.şagirdlərin inkişafını təmin edən metodik priyomların, psixoloji – pedoqoji təsirlərin ayrı – ayrı vasitələrinin nəzərə alınması.
Dərsin üsulu
1.Dərsin inkişafedici təlimin prinsiplərinə uyğun olaraq strukturunun və məzmununun müəyyənləşdirilməsi:
- şagirdlərin təfəkkür və yaddaşlarının yüklənmə dərəcəsi:
- şagirdlərin yaradıcı və təkrarlanma fəaliyyətinin həcminin müəyyənləşdirilməsi:
- hazır biliklərin mənimsənilməsinin və ya müstəqil şəkildə əldə edilməsinin planlaşdı­rıl­ması (müəllimdən eşitdikləri, yaxud dərslik, vəsait və s əldə etdikləri)
- müəllim və şagirdlərin tərəfindən problemli – evristik təlimin yerinə yetirilməsi (problemi kim qoyur, formalaşdırır və onun kimi həll edir)
- müəllim tərəfindən məktəblilərin fəaliyyətinin qiymətləndirilməsinin, təhlilinin və nəzarətinin, şagirdlər tərəfindən qarşılıqlı tənqidi qiymətləndirmənin , özününəzarət və özünüyoxlamanın qeydiyyatı:
- uşaqları fəaliyyətə ruhlandırma münasibətlərindən (stimullaşdırıcı maraq, müsbət hisslər oyadan fəaliyyətinin şərhi, çətinliklərin aradan qaldırılmasına kömək edən iradi cəhdlər) və məcburetmədən, (aldığı qiyməti, ciddi iradları şagirdin diqqətinə çatdırma, öyüd – nəsihətlər və s) istifadə etmək ola bilər:

  1. Müəllimin özünütəşkilinin xüsusiyyətləri:

- dərs üçün ən başlıcası müəllimin psixoloji məqsədi dərk etməsi və onun həyata keçirilməsi ilə bağlı daxili hazırlığı:
- pedaqoji takt (ortaya çıxma halları)
- dərsdə psixoloji mühit (dərsdə şən, səmimi, işgüzar ünsiyyətin, mühitin yaratması və saxlanılması)

Yüklə 494 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin