Kurs: II fənn: Pedaqogika -2 Mövzu


İxtisas: Təsviri incəsənət müəllimliyi Kurs



Yüklə 494 Kb.
səhifə36/46
tarix16.12.2022
ölçüsü494 Kb.
#75471
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   46
Kurs II f nn Pedaqogika -2 M vzu

İxtisas: Təsviri incəsənət müəllimliyi
Kurs: II
Fənn: Pedaqogika -2
Mövzu: Fəal dərsin planlaşdırılması və mərhələləri
Ədəbiyyat siyahısı:
1. Əhmədov H., Zeynalova N. Pedaqogika. Dərslik. Bakı: “Elm və Təhsil”, 2016, 456 s., 135-138
2. Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika. Yeni kurs. Dərs vəsaiti. Bakı: “Çaşıoğlu”, 2004.
3. Abbasov A. Pedaqogika. Dərs vəsaiti. Bakı: “Mütərcim”, 2013, 360 səh
Müəllim: Lalə Allahverdiyeva lale.allahverdiyeva.81@bk.ru
Plan:

  1. Fəal təlim əsasında dərsin planlaşdırılması

  2. Fəal dərsin mərhələləri: I və II mərhələ

  3. Fəal dərsin mərhələləri: III və IV mərhələ

  4. Fəal dərsin mərhələləri: V, VI və VII mərhələ

P.1. Fəal təlim əsasında dərsin planlaşdırılması. Fəal təlim prosesini tətbiq etmək üçün müəllim nə əldə etmək və nəyə nail olmaq istədiyini tədris ilinin əvvəlində müəyyənləşdirməli və arzuolunan təlim mühitini təsəvvür edib, təsəvvürü reallığa çevirməyə doğru addımlar atmalıdır. Bunun üçün ilk növbədə şagirdlərin bilik səviyyəsi, tədris proqramı (kurikulum), təlim üçün məkan nəzərə alınmalıdır. Daha sonra isə sinifdəki şagirdlərin səviyyəsinə uyğun fəal təlim metodlarına üstünlük verməklə fəaliyyət planlaşdırmalıdır. Bu dərslər şagirdlərin bilik, bacarıq, maraq, meyil və tələbatları üzərində qurulmalı, onların təlim təcrübəsi nəzərə alınmalıdır.
Fəal təlim prosesi şagirdləri həvəsləndirir, inkişaf etdirir və irəliyə aparır. Bu proses yalnız müəllimin məlumat verməsi, dərsi izah etməsindən ibarət deyil. Bu səbəbdən fəal təlim:
Şagirdlərin planlaşdırılmış şəkildə əvvəlcədən arzu edilən nəticələrə nail olması üçün strukturlu, məqsədyönlü təşkil edilmiş yeniliklərə açıq dərs prosesini;
Şagirdlərin müxtəlif resurslara müraciət edə bildikləri, müxtəlif formada düşünə bildikləri, münasibət və dəyərləri inkişaf etdirdikləri kommunikativ dərs mühitini;
Şagirdlərin dərsdə və dərsdən əlavə təhsillə maraqlandığı, təhlil, kommunikasiya, araşdırma, dinləmə bacarıqlarının inkişafı üçün yaradıcı dərs mühitini özündə cəmləşdirir.
Əgər bu cəhətlər düzgün təmin olunubsa, o zaman dərslər şagirdləri fəal iştiraka, inkişafa və irəliləyişə, ən sonda isə öz biliklərini formalaşdırmağa həvəsləndirəcəkdir.
Təlim prosesində müəllim şagirdləri biliklə təmin edir, onları istiqamətləndirir, lakin onların əvəzinə heç nəyi öyrənə bilmir. Öyrənmə prosesi şagirdlərin dərs və tapşırıqlara əqli cəhətlərdən cəlb olunduğu, onları maraqlandırdığı, məşğul etdiyi zaman baş tutmuş hesab olunur.
Beləliklə, bunun üçün müəllimlər şagirdləri həvəsləndirməli, ruhlandırmalı, öyrənmə prosesində tapşırıqların məqəsədini aydın izah etməli, fəal öyrənmə təcrübəsi qazandırmalıdırlar.

Yüklə 494 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin