Kurs: II fənn: Pedaqogika -2 Mövzu


P.2.Fəal dərsin mərhələləri I və II mərhələ



Yüklə 494 Kb.
səhifə37/46
tarix16.12.2022
ölçüsü494 Kb.
#75471
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   46
Kurs II f nn Pedaqogika -2 M vzu

P.2.Fəal dərsin mərhələləri I və II mərhələ. Fəal təlim əsasında təşkil olunan dərs müxtəlif struktur və mərhələlərdən ibarət ola bilər. Biz hazırda onlardan birini nümunə qismində təqdim edirik:
I mərhələ: motivasiya, problemin qoyulması
Motivasiya – hər hansı fəaliyyətin mexanizmini işə salan sövqedici qüvvədir. Bu səbəbdən tədqiqata başlamazdan əvvəl şagirdlərin təfəkkür prosesini hərəkətə gətirmək və idrak fəallığını artırmaq məqsədi ilə müəllim motivasiyadan istifadə edir.
İstənilən tədqiqat problemin müəyyən edilməsindən başlayır. Hər bir problem müxtəlif fərziyyələr, ehtimallar doğurur və onların yoxlanılması üçün tədqiqat sualı formalaşır. Bu baxımdan tədqiqat sualı tədqiqata, yeni biliklərin kəşfinə aparan bələdçi rolunda çıxış edir. Fəal təlimin mexanizmlərindən biri olan problem qoyuluşu idrak fəallığının əsas yaranma səbəbidir. Bu mərhələdə fasilitator qismində çıxış edən müəllim şagirdlərin sərbəst və müstəqil düşünməsinə, fikir söyləməsinə nail olmalıdır.
II mərhələ: Tədqiqatın aparılması
Suallar və fərziyyələr dəqiqləşdirildikdən sonra tədqiqatın aparılmasına başlanılır. Tədqiqat müxtəlif iş formalarında aparıla bilər: fərdi, cütlərlə, qrup və kollektiv şəklində (yəni bütün siniflə). Lakin ənənəvi təlimdən fərqli olaraq fərdi və kollektiv iş formaları daha fəal şəkildə təşkil olunur və bununla yanaşı qrup və cütlərlə iş formasına da üstünlük verilir. Problemin həlli üçün irəli sürülən fərziyyələri təsdiq və ya təkzib edən, tədqiqat sualına cavab verən faktları tapmaq zərurəti yaranır. Bunun üçün problemin həllinə aparan, özündə yeni suallar, məlumatlar daşıyan çalışmalardan istifadə olunur. Çalışmalar yeni faktların öyrənilməsi, sualların cavablandırılması, problemin həlli, yeni biliklərin kəşfi üçün imkan yaradır.
P.3.Fəal dərsin mərhələləri: III, IV, V mərhələ
III mərhələ: Məlumat mübadiləsi
Bu mərhələdə şagirdlər əldə etdikləri məlumatların mübadiləsini aparırlar və yeni bir tələbat yaranır: natamam və qarışıq bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən nəticəyə gəlmək və tədqiqat sualına cavab tapmaq.

Yüklə 494 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin