Kurs: II fənn: Pedaqogika -2 Mövzu



Yüklə 494 Kb.
səhifə38/46
tarix16.12.2022
ölçüsü494 Kb.
#75471
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   46
Kurs II f nn Pedaqogika -2 M vzu

IV mərhələ: Məlumatın müzakirəsi və təhlili
Bu fəal təlim əsasında təşkil olunan dərsin ən mürəkkəb mərhələsidir, çünki bilik, bacarıq, eləcə də təfəkkürün müxtəlif (məntiqi, tənqidi və yaradıcı) növləri səfərbər olur. Bu mərhələdə müəllim fasilitasiya funksiyasını yerinə yetirir, yəni əldə olunmuş məlumatların, faktların müzakirəsini, təşkilini yönəldici suallar vasitəsilə istiqamətlən­dirin, əldə olunmuş məlumatlar arasında əlaqələr, “körpülər yaranır”, sistemləşdirmə aparılır. Eyni zamanda artıq tədqiqat sualının cavabı aydınlaşdırılır. Məlumat müxtəlif formalarda təqdim oluna bilər: mətn, sxem, qrafik, cədvəl, təsnifat və s.
P.4 V mərhələ: Nəticə, ümumiləşdirmə
Müəllim məlumatın ümumiləşdirilməsi və sistemləşdirilməsi məqsədilə suallar verilir. Bu zaman şagird əldə olunan bilikləri, gəldiyi nəticəni tədqiqat sualı, irəli sürülmüş fərziyyələr ilə tutuşdurur. Bu vacib məqamlardan biridir, çünki yeni biliyin kəşfi artıq başa çatır və şagirdlər məhz bu bilikləri özləri kəşf etdiyi üçün fərəh və məmnuniyyət hissi yaşayırlar.
Fəal dərsin mərhələləri: VI və VII mərhələ
VI mərhələ: Yaradıcı tətbiqetmə
Biliklərin nə dərəcə mənimsənilməsi məhz yaradıcı tətbiqetmə zamanı özünü göstərir. Eyni zamanda yaradıcı tətbiqetmə bilikləri möhkəmləndirir, onun təcrübədə tətbiqi bacarığını şagirdlərdə formalaşdırır. Bunun üçün müəllim şagirdlərə müxtəlif tapşırıqlar verməli və onlarda müstəqil və yaradıcı tətbiqetmə bacarıqlarının formalaşmasına və inkişafına xüsusi diqqət yetirməlidir. Çünki yalnız bu yolla əldə olunan biliklər şagirdlərin ömür boyu mükəmməl nailiyyətinə çevrilir. Bu mərhələ yalnız dərsə ayrılmış vaxtla məhdudlaşmır, onun həyata keçməsi sonrakı dərslərdə və ya evdə də mümkündür.
VII mərhələ: Qiymətləndirmə və refleksiya
Qiymətləndirmə müəyyən prosesin təkmilləşdirilməsinə xidmət edən prosesdir, eyni zamanda təlim nailiyyətlərinin əsas ölçü vasitəsidir. Təlim prosesində şagirdlərin yüksək nailiyyət əldə etməsi üçün müasir qymətləndirmə prosesin bütün iştirakçılarına aydın şəkildə aparılmalı, şəffaf olmalıdır. Qiymətləndirmə prosesində şagird deyil, məhz onun işi qiymətləndirilməli, işin müsbət tərəfləri vurğulanmalıdır. Müəllimin əsas vəzifəsi müvəffəqiyyətin əldə olunmasına kömək edən amilləri və mane olan səbəbləri üzə çıxarmaqdır. Müasir təhsildə şagird nailiyyətlərinin qiymətləndirilmə və refleksiyası məhz bu məqsədə xidmət edir. Qiymətləndirmə və refleksiya dərsin bütün mərhələlərində həyata keçirilə bilər. Bu təlim prosesinin səmərəsini artırmağa və daha uğurlu həyata keçməsinə xidmət edir və müxtəlif mərhələlərdə qazanılmış bilik və bacarıqların qarşılıqlı qiymətləndirilməsinə, yaradıcılıq imkanlarının üzə çıxmasına şərait yaradır. Fəal təlim zamanı qiymətləndirmə müəllim qiymətləndirməsi deyil, özünüqiymətləndirmə və özünənəzarət xarakterli olmalıdır. Şagirdlərin fəaliyyəti həm keyfiyyət, həm də kəmiyyət baxımından qiyməyləndirilməlidir.
Qiymətləndirmə sinifdə müıyyən edilmiş meyarlar əsasında aparılır. Meyarlar qiymətləndirmənin şəffaflığını və obyektikliyini təmin edir.
Refleksiya - artıq başa çatmış prosesin şüurda inikasıdır. O, təlim prosesinin bütün mərhələlərinin təhlilinə şərait yaradır. Bu məqsədlə qazanılmış bilikləri, aparılmış araşdırmaları dərindən başa düşməyə imkan yaradılır. Bunun üçün müəllim bir neçə sualla müraciət edir və nəticədə şagird dərs müdətində tədqiqat fəaliyyətinin əsas mərhələlərini beynində bir daha canlandıraraq dərs etmiş olur.

Yüklə 494 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin