Kurs: II fənn: Pedaqogika -2 Mövzu


P.1.Qiymətləndirmənin istiqamətləri



Yüklə 494 Kb.
səhifə42/46
tarix16.12.2022
ölçüsü494 Kb.
#75471
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   46
Kurs II f nn Pedaqogika -2 M vzu

P.1.Qiymətləndirmənin istiqamətləri. Qiymətləndirmənin istiqamətləri ayrı-ayrı forma, məzmun və məqsədə malik qiymətləndirmələri nəzərdə tutur. Azərbaycanda qiymətləndirmə 3 istiqamət üzrə aparılır.
1.Beynəlxalq qiymətləndirmə
2.Milli qiymətləndirmə
3.Məktəbdaxili qiymətləndirmə
Milli qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət etmək üçün müəyyən tədris dövrünün sonunda mütəmadi olaraq həyata keçirilir və şagird nailiyyətlərinin qiymət­lən­dirilməsini təmin edir. Seçim əsasında, 4-cü və 9-cu sinif şagirdləri arasında test, sorğu vərəqələri və digər tapşırıqlar vasitəsilə 4-5 ildən bir aparılır və əldə olunan nəticələr kurikulumun, təlim-tədris prosesinin kefiyyətinin yüksəlməsinə xidmət edir və ümumilikdə təsilin keyfiyyətinə nəzarət məqsədilə həyata keçirilir.
Milli qiymətləndirmənin məqsədləri. Milli qiymətləndirmə şagirdlərin zəif və güclü tərəflərini üzə çıxarmaq, ümumi mənimsəmə səviyyəsini və onun dinamikasını müəyyənləşdirmək, şagirdlər təlim nəticələrinə təsir edən amilləri təsvir etmək, nəticə­lər arasındakı fərqli müqayisə etmək, şagirdlərin, ailələrinin, təhsil müəssisə­lərinin xüsusiyyətlərini öyrənmək, təhsil siyasətini müəyyənləşdirmək, təhsilin vəziyyəti haq­qın­da müvafiq məlumat toplamaq, problemləri təmin etmək, ölkədə təhsilin məzmu­nuna dair əsas məsələlər ictimaiyyət tərəfindən müzakirəsini təşkil etmək məqsədi ilə aparılır.
Milli qiymətləndirmə: bütün pillələr və səviyyələr üzrə təlim nəticələrinin səviyyəsini müəyyən etmək məqsədi ilə aparılır, milli qurumlar tərəfindən keçirilir.
Beynəlxalq qiymətləndirmə. Azərbaycan artıq bir neçə ildir ki, Təhsil İslahatları proqramı çərçivəsində Beynəlxalq qiymətləndirmə üzrə bir sıra proqramlarda iştirak edir və PISA – 2006 proqramına qoşulmuşdur.
Beynəlxalq qiymətləndirmənin əsas məqsədləri. Beynəlxalq qiymətləndirmə ölkədə təhsilin vəziyyəti haqqında məlumatın toplanılması, əldə olunan nəticələrin digər ölkə nəticələri ilə müqayisəsi, təhsildə aktual probremlərin üzə çıxarılması, benəlxalq səviyyəli müqayisələrin təşkili, şagirdlərin nəticələrinə təsir edən amillərin müəyyən­ləş­diril­məsi, şagirdlər, valideynlər və eləcə də təlim prosesinin xüsusiyyətləri haqqında məlumatların əldə edilməsi, təhsilin məzmununun təkmilləşdirilməsi, tədris proqramla­rı­nın hazırlanmasında təlim nəticələrinin təyin edilməsi, tətqiqatların təşkili, təlim diferen­siallaşmanın aparılması, təlim məqsədlərinin təlim nəticələri ilə müqayi­səsi, qiymətləndirmə vasitələrinin hazırlanması, təhsilin məzmununun ictimaiy­yət tərəfindən müzakirə edilməsi məqsədi daşıyır.

Yüklə 494 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin