Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə50/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   46   47   48   49   50   51   52   53   ...   484
Ə d ə b i y y a t
Polad Bülbülolu 
Skertso //Azərbaycan 
bəstəkarlarının əsərləri 
[Notlar]: Azərbaycan 
Respublikası Mədəniyyət 
Nazirliyi Azərbaycan Mu-
siqi Mədəniyyəti Dövlət 
Muzeyi.- Bakı, 2005.- 
S.50-58. 
Azərbaycanın 
nailiyyətləri göz qaba-
ğındadır /P.Bülbüloğlu                                   
//Azərbaycan.- 2013.- 30 
iyun.- S.7.
Əsl Azərbaycan ziyalısı: 
Nəsir İmanquliyev-100 
/P.Bülbüloğlu //Bakı.-
2011.- 20-26 dekabr.- S.3. 
Hacızadə, A. Polad 
Bülbüloğlu “2011-ci ilin 
səfiridir” /A.Hacızadə                       
//Azərbaycan.- 2012.- 15 
fevral.- S.5.
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.en.wikipedia.org
www.music.day.az
www.timeturk.com
4
Bəstəkar  


39
Musiqi.Opera.Balet
85 
illiyi
Əlibaba Məmmədov  
 1930
   
 
FEVRAL
Əlibaba Balaəhməd oğlu Məmmə-
dov 1930-cu il fevral ayının 5-də Bakı-
nın Maştağa kəndində anadan olmuşdur. 
Əlibaba Məmmədov musiqi təhsilini 
1953-1958-ci illərdə Azərbaycan Döv-
lət Musiqi Məktəbində xanəndə Seyid 
Şuşinskinin sinfində almışdır.
1945-ci ildən Azərbaycan Dövlət 
Filarmoniyasının, 1978-1988-ci illərdə 
“Azkonsert” Birliyinin solisti olmuş-
dur. 
1968-ci ildə Azərbaycan Dövlət Fi-
larmoniyasının nəzdində maestro Ni-
yazinin təşəbbüsü ilə “Hümayun” xalq 
çalğı alətləri ansamblını yaratmış və bu 
günə kimi həmin ansambla rəhbərlik 
edir. Xanəndənin böyük məharətlə ifa 
etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”, 
“Dəşti” və başqa muğam-dəsgahlarının 
səsyazıları AzRT Fondunda saxlanı-
lır. Əlibaba Məmmədov 100-dən artıq 
mahnı və təsnifin müəllifidir. 
Onun Füzuli, Əliağa Vahid, Mikayıl 
Müşfiq, Süleyman Rüstəm, Bəxtiyar 
Vahabzadə kimi Azərbaycan şairlərinin 
sözlərinə yazılmış “Yaşa məhəbbətim, 
yaşa ürəyim”, “Gəl bizə, yar”, “Bir 
dənəsən” və s. mahnıları AzRT fondun-
da dövrümüzün şöhrətli müğənniləri - 
Zeynəb Xanlarova, Rübabə Muradova 
və digər tanınmış xanəndələrin lent ya-
zısında qorunub saxlanılır.
Əlibaba Məmmədov 1963-cü ildən 
Bakı Musiqi Kollecində muğamdan 
dərs deyir, gənc xanəndələr nəslinin 
yetişməsində böyük əmək sərf edir. 
Əlibaba Məmmədov həm də  dəfələrlə 
muğam müsabiqələrində münsiflər he-
yətinin üzvü olmuşdur.
2008-ci ildə Heydər  Əliyev Fon-
du Azərbaycanın Xalq artisti Əlibaba 
Məmmədovun həyat və  fəaliyyətinə 
həsr olunmuş musiqi albomu hazır-
lamışdır. Alboma Azərbaycan və in-
gilis dillərində  nəşr edilmiş kitab və 
xanəndənin ifasında xalq mahnıları, 
təsniflər və muğamlardan ibarət 4 ədəd 
CD daxildir.
Əlibaba Məmmədovun musiqi 
mədəniyyətimiz sahəsindəki xidmətləri 
dövlət tərəfindən qiymətləndirilmişdir. 
O, 1963-cü ildə  “Əməkdar artist”, 
1989-cu ildə “Xalq artisti” fəxri adı-
na layiq görülmüş, “SSRİ mədəniyyət 
əlaçısı” fəxri döş nişanı ilə təltif olun-
muşdur. 1992-ci ildə  Əliağa Vahidin 
əsərlərinə yazdığı mahnı  və  təsniflərə 
görə “Vahid” adına mükafata layiq gö-
rülmüşdür. 
Ümummilli lider Heydər  Əliyevin 
4 fevral 2000-ci il tarixli Fərmanı ilə 
Əlibaba Məmmədov 70 illik yubileyində 
“Şöhrət” ordeni ilə  təltif edilmişdir. 
Xanəndə Azərbaycan Respublikası 
Prezidentinin fərdi təqaüdçüsüdür. 
Oxuduğu hər bir muğama, xalq 
mahnısına öz möhrünü vuran Əlibaba 
Məmmədov milli musiqimizin təbli-
ğində, inkişafında, öyrədilməsində bö-
yük rol oynamışdır. 

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin