Elnarə MÜZƏFFƏr qizi muradova



Yüklə 183.53 Kb.
PDF просмотр
tarix13.04.2017
ölçüsü183.53 Kb.

 

AZƏRBAYCAN  MİLLİ  ELMLƏR  AKADEMİYASI  

ZOOLOGİYA  İNSTİTUTU 

 

 

 

Əlyazması hüququnda 

 

 

 

 

ELNARƏ MÜZƏFFƏR QIZI MURADOVA 

 

 

 

ŞƏKİ - ZAQATALA BÖLGƏSİNDƏ ÇƏYİRDƏKLİ  

MEYVƏ AĞACLARININ BAŞLICA ZƏRƏRVERİCİLƏRİ,  

ONLARIN PARAZİT VƏ YIRTICILARI 

 

2413.01- Entomologiya 



 

 

 



 

 

Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 



təqdim edilmiş dissertasiyanın 

 

A V T O R E F E R A T I 



 

 

 

 

 

 

 

Bakı – 2015  



 

Dissertasiya  işi  Azərbaycan  MEA  Zoologiya  İnstitutu Entomologiya 



şöbəsinin  “Faydalı  cücülərin  introduksiyası  və  bioloji  mübarizənin  elmi 

əsasları” laboratoriyasında yerinə yetirilmişdir. 

 

 

Elmi rəhbər:                       Biologiya üzrə elmlər doktoru, 



                                             Z.M. Məmmədov 

 

Rəsmi opponentlər:           Biologiya üzrə elmlər doktoru 

                                             X.Ə. Əliyev 

                                             Biologiya üzrə fəlsəfə doktoru 



                                             V.Ə. Qədimov 

 

 

 

Aparıcı təşkilat:     Bakı Dövlət Universitetinin “Onurğasızlar  

                                  Zoologiyası” kafedrası 

 

 



 Müdafiə “24”  “aprel” 2015-ci  il saat 14

00

 Azərbaycan Milli Elmlər 



Akademiyası Zoologiya İnstitutu nəzdində D.01.071 Dissertasiya Şurasının 

iclasında keçiriləcəkdir. 

 

Ünvan: Az1073, Bakı,1128-ci keçid, 504-cü məhəllə 



 

Dissertasiya  ilə  AMEA  Zoologiya  İnstitutunun  kitabxanasında  tanış 

olmaq olar. 

 

Avtoreferat “18”  mart 2015-ci il tarixdə göndərilmişdir. 



 

 

 



 

 

 D.01.071 Dissertasiya Şurasının  



 Elmi katibi, biologiya üzrə  

 fəlsəfə doktoru                                                         E.İ.Əhmədov 

 


 



GİRİŞ 



 

Mövzunun  aktuallığı.  Respublikamızda  2003-2015-ci  illər  üzrə  ərzaq 

təhlükəsizliyinin  təmin  edilməsi  və  əhalinin  ərzaqla  təminatına  dair  qarşıya 

qoyulan  məsələlərdən  biri  də,  kənd  təsərrüfatında  keyfiyyətli  və  davamlı 

meyvə  sortlarının  yaradılmnası  ilə  əlaqədar  məhsuldarlığın  artırılmasından 

ibarətdir. 

Azərbaycanda  və  o  cümlədən  Şəki-Zaqatala  bölgəsində  qiymətli 

çəyirdəkli  meyvə  ağacları  becərilir.  Onlardan  yüksək  məhsul  götürmək 

məqsədilə,  geniş  tədbirlər  planı  hazırlanıb  həyata  keçirilir.  Bu  tədbirlər 

kompleksində  çəyirdəkli  meyvə  ağaclarına  zərərverən  həşəratların  aşkar 

edilməsi  və  onlara  qarşı  vaxtlı-vaxtında  səmərəli  mübarizə  tədbirlərinin 

aparılması günün ən vacib məsələlərindən biridir.  

Son ədəbiyyat məlumatlarına əsasən, Şəki-Zaqatala ərazisinin meyvə 

bağlarında  zərərvericilər  məhsulun  70-80%-ni,  bəzən  də  hamısını  məhv 

edirlər.  Müasir  dövrün  əsas  tədbirləri  kimi,  ətraf  mühitün  çirklənməsinə, 

insan və  heyvan  orqanizmlərində toplanaraq müəyyən fəsadlar törədə bilə-

cək  kimyəvi  insektisidlərdən  düzgün  və  səmərəli  istifadə  etməklə  yanaşı, 

ekoloji  cəhətdən  təmiz  məhsul  yetişdirmək  kimi  məsələlərə  daha  böyük 

üstünlük  verilməlidir.  

Şəki-Zaqatala  bölgəsində  çəyirdəkli  meyvə  ağaclarının  zərərverici-

lərinin  növ  tərkibinin,  bioekoloji  xüsusiyyətlərinin  və  təsərrüfat  əhəmiy-

yətinin  öyrənilməsilə  yanaşı,  zərərvericələrə  qarşı  bioloji  mübarizə  tədbir-

lərinin elmi əsaslarının işlənib hazırlanması  üçün onların entomofaqlarının 

aşkar edilməsi dissertasiya işinin əsas mahiyyətini təşkil etmişdir.  

Tədqiqatın  məqsəd  və  vəzifələri.  Tədqiqatın  əsas  məqsədi  Şəki-

Zaqatala bölgəsində çəyirdəkli  meyvə bitkiləri zərərvericilərinin növ tərki-

bi,  onların  zərərvermə  dərəcəsi,  bioekoloji  xüsusiyyətlərinin  öyrənilməsi;   

Zərərvericilərin  sayının  biotənzim-lənməsində  faydalı  sayılan  parazit  və 

yırtıcıların  növ  tərkibinin  və  bioekoloji  xüsusyyətlərinin,  sahibi  yoluxdur-

ma  dərəcəsinin  və  onların  təsərrüfat  əhəmiyyətinin  qiymətləndirilməsi; 

Meyvə zərərvericilərinə və onların entomofaqlarının həyat fəaliyyətinə təsir 

edən  ekoloji  amillərin  öyrənilməsi;  Təsərrüfat  əhəmiyyətli  parazit  və  yırtı-

cılardan zərərvericilərə qarşı bioloji və inteqrir mübarizədə istifadə edilmə-

sinin mümkünlüyünün araşdırılması; 



Elmi  yeniliklər.  İlk  dəfə  olaraq  Şəki-Zaqatala  bölgəsinin  çəyirdəkli 

meyvə bağlarında yayılmış zərərvericilərin və onların entomofaqlarının növ 



 

tərkibi ətraflı tədqiq edilmişdir. Çəyirdəkli  meyvə bağlarında 4 dəstəyə, 19 



fəsiləyə  mənsub olan 42 növ zərərverici aşkar edilmişdir. Onlardan 4 növü 

Azərbaycan faunası və 15 növü isə Şəki-Zaqatala ərazisi üçün ilk dəfə qeyd 

olunmuşdur.  Dominantlıq  edən  22  növ  zərərvericinin  bioekoloji  xüsusiy-

yətləri,  fenologiyası  və  uçuş  dinamikası,  bölgə  üzrə  yayılması,  çəyirdəkli 

meyvə  ağaclarının  onlarla  yoluxma  dərəcəsi  və  13  növünün  isə  parazit  və 

yırtıcıları  haqqında  məlumatlar  qeyd  edilmişdir.  İlk  dəfə  olaraq  5  dəstəyə, 

10 fəsiləyə mənsub 37 növ entomofaq aşkar edilmişdir ki, onlardan 2 növü 

Azərbaycan,  6  növü  isə  Şəki-Zaqatala  bölgəsi  üçün  yenidir.  Entomofaq-

lardan  14  növün  perspektivli  olduğu  nəzərə  alınaraq,  onların  bioekoloji 

xüsusiyyətləri geniş öyrənilməklə, zərərvericilərin sayının tənzimlənməsin-

də onların rolu qiymətləndirilmişdir. İlk dəfə olaraq Şəki-Zaqatala şəraitin-

də  çəyirdəkli  meyvə  zərərvericilərinin  və  onların  entomofaqlarının  həyat 

fəaliyyətinə (parazit-sahib münasibətlərinə) təsir edən ekoloji amillərin rolu 

araşdırılmışdır.  



Müdafiəyə çıxarılan əsas müddəalar: 

1. Şəki-Zaqatala  bölgəsində  çəyirdəkli  meyvə  ağaclarına  zərərverən 

başlıca  həşəratların  tərkibi  42  növdən,  onların  parazit  və  yırtıcılarının 

tərkibi isə 37 növdən ibarət olmuşdur. 

2. Zərərverici həşəratlardan 13 növünün  təqvim fenologiyası və uçuş 

dinamikasına  əsasən  onlara  qarşı  mübarizə  tədbirlərinin  aparılması  vaxtı 

təyin edilmişdir. 

3. Parazit  və  yırtıcılardan  14  növünün  bioekolloji  xüsusiyyətləri,  fe-

nologiyası  və  uçuş  dinamikası,  onların  sahibin  tənzimlənməsində  rolu, 

parazit-sahib  münasibətlərinə  ekoloji  amillərin  təsiri  və  s.  geniş  öyrənil-

məklə,  onlardan  zərərvericilərə  qarşı  bioloji  mübarizədə  istifadə  edilməsi-

nin mümkünlüyü məqsədəuyğun hesab edilmişdir. 

 

İşin praktiki əhəmiyyəti. Qeyd edilən parazit və yırtıcılardan 14 nö-

vünün  (Bracon  hebetor  Say,  Apanteles  solitarius  Ratz.,  Makrocentrus 



ancylivorus  Roh.,  Nythobia  armillata  Grav.,  Scambus  calobata  Grav., 

Ageniaspis  fuscicollis  Dalm.,  Paralitomastix  varicornis  Nees.,  Perisierola 

qallicola  Kieff.,  Adalia  bipunctata  L.,  Chilocorus  bipustulatus  L.,  Caloso-

ma sycophanta L., Dermestes lardarius L., Chrysopa carnea Steph., Synto-

mis  phegea  L.)  laboratoriya  şəraitində  çoxaldılması  və  meyvə  bağlarına 

buraxılmasının  nəzəri  əsasları  işlənilib  tətbiq  üçün  AKT  Nazirliyinin  Bitki 

Mühafizə  Mərkəzinə  təqdim  edilməsi  planlaşdırılmışdır.  Alınan  nəticələr 


 

ərzaq təhlükəsizliyinin təmin edilməsinə və  bölgə entomofaunası haqqında 



elmi təsəvvürlərin zənginləşməsinə xidmət edir.  

İşin  aprobasiyası  və  dərc  olunması.  Dissertasiyanın  əsas  müddəa-

ları  Zoologiya  İnstitutunun  əsərlərində  (2012,  2014),  AMEA-nın  “Xəbər-

lər” jurnalında (2012), ADAU-nin  elmi əsərlərində (Gəncə, 2012), ADPU-

nin  “Xəbərlər”  jurnalında  (2013),  RF-nın  “Юг  России”  jurnalında  (2012), 

BDU-nin  90  və  biologiya  fakultəsinin  85  illik  yubileyinə  həsr  olunmuş 

konfransın  materiallarında  (2014),  Ukraynanın  Zaporozje  Milli  Universi-

tetinin Xəbərlər jurnalında (2015) və Gürcüstan Kənd Təsərrüfatı Akademi-

yasının  “Xəbərlər”  jurnalında  (2015)  müzakirə  edilərək  çap  olunmuşdur. 

Ümumiyyətlə, dissertasiyanın məzmununu özündə əks etdirən 9 məqalə çap 

olunub. 



İşin  həcmi.  Dissertasiya  işi  129  səhifə  həcmində  olub,  giriş,  7  fəsil, 

nəticələr, əməli təkliflər, 142 adda ədəbiyyat (o cümlədən 13 xarici) siyahı-

sından, mətnə daxil olan 16 cədvəl və 12 şəkildən ibarətdir.  

 

I FƏSİL. ŞƏKİ-ZAQATALA BÖLGƏSİNİN FİZİKİ-COĞRAFİ 



XÜSUSİYYƏTLƏRİ 

Bu fəsildə bölgənin coğrafi mövqeyi, oroqrafik xüsusiyyətləri, relye-

fi,  iqlim  şəraiti,  torpaq  və  bitki  örtüyü  və  meyvəçiliyin  vəziyyəti  haqqında 

geniş məlumat verilmişdir. 

 

II  FƏSİL.  ÇƏYİRDƏKLİ  MEYVƏ  AĞACLARININ  ZƏRƏR-

VERİCİLƏRİ  VƏ  ONLARIN  ENTOMOFAQLARININ  (PARAZİT 

VƏ YIRTICILARININ) ÖYRƏNİLMƏ DƏRƏCƏSİ 

Azərbaycanda  meyvə  bitkilərinin  zərərvericiləri  haqda  ilk  məlumatlar 

keçən  əsrin  20-ci  illərində  dərc  edilmiş  əsərlərdə  öz  əksini  tapmışdır.  Bir  sıra 

müəlliflərin  işlərində  qismən  də  olsa  meyvə  zərərvericilərinə  qarşı  tətbiq  olu-

nan kimyəvi preparatların təsirinin nəticələri göstərilmişdir (S.V.Əliyev, 1956; 

A.Ə.Abdinbəyova,  1975;  Z.M.Məmmədov,  N.B.Mirzəyeva,  1998).  Lakin  bu 

mənbələrdə həmin zərərvericilərin həyat tərzi və entomofaqları  haqqında çox 

az məlumat verilir. 

Azərbaycanda  kənd  təsərrüfatı  bitkilərinə  zərər  verən  həşəratlar,  on-

ların bioekologiyası, yayılması və qismən də təbii düşmənləri haqqında mə-

lumatlara  N.H.Səmədovun  (1963),  S.V.Əliyevin  (1965),  B.İ.Ağayevin 

(2004),  R.M.Əfəndinin  (1971),  A.Ə.Abdinbəyovanın  (1995),  R.Ə.Beh-

budovun  (1965),  A.A.Əliyevin  (1975),  Ş.Y.Abdullayevanın  (1985), 


 

G.Ə.Quliyevin (1959), H.H.Qurbanovun (1968),  B.Ə. Əhmədovun (2005), 



A.R.Əliyevanın (2006, 2011), E.A.Hüseynovanın (2003), İ.Q.Kərimovanın 

(2003),  H.F.Quliyevanın  (2008),  A.M.Mehdiyevin  (2005),  Ş.M.Məhər-

rəmovanın  (2006),  S.R.Məmmədovanın,  B.B.Xəlilovun  (1985),  S.R.Məm-

mədovanın  (2005),  T.H.Məmmədovanın  (2006),  N.B.Mirzəyevanın  (2003, 

2005,  2006),  Z.M.Məmmədovun  (1969,  2004,  2008,  2009,  2013,  2014), 

L.M.Rzayevanın (2002), İ.A.Nuriyevanın (2008), S.Ə.Hacıyevanın (2005), 

A.Q.Qasımovun  (2009),  L.A.Şirinovanın  (2012),  E.F.Səfərovanın  (2013), 

İ.E.Mustafayevanın  (2014)  və  başqalarının  əsərlərində  rast  gəlinir.  Ento-

mofaqlar isə zərərvericilərin sayının tənzimlənməsində böyük rol  oynadıq-

larına  baxmayaraq,  onlar  Şəki-Zaqatala  bölgəsinin  bağ  aqresenozlarında 

çox zəif öyrənilmişdir. 

  

III FƏSİL. MATERİAL VƏ TƏDQİQAT METODLARI 

Materialların  toplanılması  və  işlənilməsi  2001-2013-cü  illərdə  Bala-

kən,  Zaqatala,  Şəki,  Qax,  Oğuz,  Qəbələ  və  İsmayıllı  rayonlarında  çöl  və 

laboratoriya  şəraitində  həyata  keçirilmişdir.  Stasionar  məntəqələr  kimi 

Zaqatala, Şəki, İsmayıllı, Qəbələ rayonları seçilmişdir.  

Zərərvericilərin  və  entomofaqların  növ  tərkibini  və  onların  Şəki-

Zaqatala  bölgəsinin  bütün  ərazi  boyunca  yayılmasının  qanunauyğunluq-

larını  aydınlaşdırmaq  məqsədilə,  bölgə  rayonlarının  hər  bir  kənd  və  qəsə-

bələrinə  ekspedisiyalar  edilmiş,  material  toplanmış  və  müşahidələr  aparıl-

mışdır.  Tədqiqat  işləri  7  rayonun  38  yaşayış  məntəqəsini  və  375  bağ 

sahəsini  (həyətyanı  sahələr  də  daxil  olmaqla)  əhatə  etmişdir.  Daha  ətraflı 

tədqiqat işləri isə 3 məntəqədə (Zaqatala, Şəki, Qəbələ) aparılmışdır.  

Materialların  toplanmasında  entomoloji  üsullardan,  zərərverici  və 

entomofaqların  təyin  edilməsində  metodik  vəsaitlərdən,  xüsusi  təyinedici 

mənbələrdən istifadə edilmişdir (N.F.Meyer, 1933-1936; V.İ.Tobias, 1976; 

A.Ə.Abdinbəyova, 1995). 

Işin  gedişi  zamanı  30  minə  yaxın  müxtəlif  nümunə  toplanmış  və 

işlənmişdir. 

Zərərvericilərin  və  parazitlərin  növ  tərkibini,  morfoloji  əlamətlərini 

müəyyən etmək üçün MBS-1, MBS-9 və Olimps mikroskop-lupadan, “Bio-

lam”  mikroskopundan,  “Canon”  digital  fotoaparatından,  həşəratların  bəs-

lənməsi üçün “İSO-9001” markalı termostatdan, termometrdən, psixrometr-

dən, hiqroqrafdan və lüksometrdən istifadə edilmişdir.  

 


 



IV FƏSİL.  ŞƏKİ-ZAQATALA BÖLGƏSİNDƏ ÇƏYİRDƏKLİ 



MEYVƏ AĞACLARINA ZƏRƏRVERƏN HƏŞƏRATLARIN NÖV 

TƏRKİBİ, BİTKİLƏRİN ONLARLA YOLUXMA DƏRƏCƏSİ 

Aparılmış  çoxillik  entomoloji  tədqiqatlar  nəticəsində  Şəki-Zaqatala 

bölgəsində 4 dəstəyə, 19 fəsiləyə mənsub olan 42 növ  başlıca çəyirdəkli me-

yvə zərərvericisi aşkar edilmişdir ki, onlardan dominant sayılan 22 növünün 

bioekoloji  xüsusiyyətləri, təsərrüfat  əhəmiyyəti,  7  növün  fenologiyası,  6  nö-

vün  uçuş  dinamikası  və  13  növünün  isə  parazit  və  yırtıcıları  öyrənilmişdir. 

Zərərvericilərdən  4  növü  Azərbaycan  faunası  və  15  növü  isə  Şəki-Zaqatala 

bölgəsi üçün ilk dəfə qeyd edilmişdir. 

 

     Dəstə: Homoptera  



     FəsiləAphididae  

1. Hyalopterus pruni Geoffr.

+

 

2. Eriosoma lanigerum Hausm. 

3. Myzodes persicae Sulz. 

+

 

4. Brachycaudus  divaricatae Sh.  



DəstəCoccoidae  

FəsiləDiaspididae  

5. İcerya purchasi Mask

6. Parlatoria oleae Colvee**  

7. Pseudococcus comstoki Kuw

8. Diaspidiotus perniciosus C.** 

9. Sphaerlecanum prunastri F**



+

 

10.Parthenlecanium persicae F.



+ 

11.Lepidosaphes malicola Bo.** 

    DəstəColeoptera  

     Fəsilə: Scarabaeidae  

12.Epicometis hirta Poda. 

+ 

13.Cetonia aurata L. 

    FəsiləBuprestidae  

14. Capnodis tenebrionis L..

+

  

15. C. cariosa Pall.  

     FəsiləCerambycidae  

16.Tetrops praeusta L.** 

+ 

     Fəsilə: Chrysomelidae  



17. Smaraqdina cyanea F.

+

  

18.S. limbata Stev



19.Luperus  xanthoroda Schr.**  

     FəsiləCurculionidae  

20.Rhynchites aurantus Scop.**

+ 

21.Phyllobius oblangus L.*  

     Fəsilə: İpidae  



22.Scolytus amygdali Guer.** 

23.S. ragulosus Ratz.  

24.S. fasciatus Ratz.*

+ 

     DəstəLepidoptera  

     Fəsilə: Tortricidae   



25.Laspeyresiya funerbana Tr.

+

  

26.Grapholitha molesta Busc.**

+

  

27.Spilonota ocellana F.

+

  

28. Archipis rosana L.  



     FəsiləYponomeutidae  

29.Yponomeuta padellus L.

+

  

     Fəsilə: Plutellidae  



30.Cerostoma persicella Schiff. * 

     Fəsilə: Gelechidae  



31.Anarsia lineatella Zll

+ 

32. Recurvaria nanella Den.

+

  

     FəsiləColeophoridae  



33.Coleophora hemerobeiella S.

     Fəsilə: Geometridae   



34.Operophtera brumata L. ** 

 



35.Angerona prunaria L. ** 

     Fəsilə: Lasiocampidae  

36.Malacosoma neustria L.  

37. Lymantria dispar L.

+

 

     Fəsilə: Orgyidae  



38.Euproctis chryssorrhoea L.

+

  

39.Orgyia antigua L.



+

  

     Fəsilə: Cossidae  



40.Zuezera ryrina L.** 

     FəsiləArctidae  

41.Hyphantria cunea Drury.**

+ 

     FəsiləPieridae  

42.Aporia crataegi L. 

+ 

 

Qeyd: * - Azərbaycan faunası üçün ilk dəfə qeyd edilir, ** - Şəki –Zaqatala 



bölgəsi üçün ilk dəfə qeyd edilir,  +- Dominant növlər 

 

V FƏSİL. BAŞLICA ZƏRƏRVERİCİLƏRİN BİOEKOLOJİ 



XÜSUSİYYƏTLƏRİ VƏ TƏSƏRRÜFAT ƏHƏMİYYƏTİ 

Şəki-Zaqatala bölgəsində çəyirdəkli meyvə ağaclarına zərərverən hə-

şəratları 3 qrupa ayırmaq olar: tumurcuq və yarpaqlarla qidalananlar, çiçək 

və meyvələrlə qidalananlar, gövdə və kök sistemi ilə qidalananlar. Aparılan 

tədqiqatlar nəticəsində bağlarda qeyd olunan 42 növ zərərvericidən 22 növü 

dominant  növlərdir  ki,  onların  bioekoloji  xüsusiyyətləri,  bölgə  üzrə  yayıl-

ması, təsərrüfat əhəmiyyəti və 13 növünün isə təbii düşmənləri geniş öyrə-

nilmişdir. Qeyd olunan dominant növlərdən bəziləri yarpaq və tumurcuqlar-

dan  başqa,  meyvə  və  çiçəklərə  də  ciddi  zərər  verərək  məhsuldarlığın  xeyli 

aşağı  düşməsinə  səbəb  olurlar.  Onlardan  7  növünün  fenologiyası,  6  növü-

nün isə uçuş  dinamikası, zərərvermə  dərəcəsi  və təbii düşmənləri daha ge-

niş  öyrənilməklə,  onlara  qarşı  mübarizənin  elmi  əsasları  işlənib  hazırlan-

mışdır. 

 

VI FƏSIL. BAŞLICA ZƏRƏRVERİCİLƏRİN ENTOMOFAQLARI, 



TƏSƏRRÜFAT ƏHƏMİYYƏTLİ NÖVLƏRİN BİOEKOLOJİ 

XÜSUSİYYƏTLƏRİ VƏ ZƏRƏRVERİCİLƏRİN 

BİOTƏNZİMLƏNMƏSİNDƏ ONLARIN  ROLU 

Son  illərdə  kənd  təsərrüfatı  bitkilərinin  müxtəlif  zərərvericilərinə 

qarşı inteqrir və bioloji mübarizə üsullarından geniş istifadə edilməsi aktual 

məsələlərdən  birinə  çevrilmişdir.  Bu  baxımdan  çəyirdəkli  meyvə  ağacla-

rının  zərərvericilərinə  qarşı  bioloji  mübarizə  üsullarının  işlənib  hazırlan-

masında  zərərvericilərin  təbii  düşmənlərinin,  o  cümlədən  parazit  və  yırtı-

cılarının aşkar edilməsinin və öyrənilməsinin böyük əhəmiyyəti vardır. 

6.1. Entomofaqların (parazit və yırtıcıların) növ tərkibi 

Şəki-Zaqatala bölgəsinin çəyirdəkli  meyvə bağlarında aparılmış çox-

illik  elmi-tədqiqat  işləri  nəticəsində  13  növ  zərərverici  həşəratın  sayının 


 

biotənzimlənməsində  5  dəstəyə  10  fəsiləyə  mənsub,  aşağıda  adları  çəkilən 



37 növ entomofaq aşkar olunmuşdur. Onlardan 2 növü Azərbaycan faunası, 

6 növü isə bölgə üçün ilk dəfə qeyd olunur. 



 

Parazitlər: 

Dəstə: Hymenoptera                                                

Fəsilə: Braconidae 

1.Bracon hebetor Say

+ 

2.Microdus dimidiatus Nees. 

3.Macroc. ancylivorus Roh.

+** 

4.Ascogaster quadridentata Wes. 

5.Apanteles solitarius Nees

+ 

6.Orgilius laevigator Nees 

7.Meteorus versicolor Wesm. 

Fəsilə: Ichneumonidae 

8.Theronia atalantae Poda

9.Nythobia armillata Grav.

+ 

10.Pimpla turionella L

11.İtoplectis europeator F

12.Pristomerus vulnerator Grav

13.Scambus calobata Grav

Fəsilə: Chalcidoidae 

14.Brachymeria intermedia Nees

15.Tetrastichus evonymellae Bch. 

16.Ageniaspis fuscicollis Dalm.

+ 

17.Paralitomastix variecornis N.

+ 

18.Trichogramma cacoeciae Ma

19.Aphytis proclia Walk

20.Prospaltella parnicoris H.** 

Fəsilə: Bethylidae  

21.Perisierola qalicolla Kieff.

+ 

Dəstə: Diptera 

Fəsilə: Tachinidae 

22.Nemorilla floralis Fall.** 

23.Sarcophaga mamillata Pand.

Yırtıcılar: 

Dəstə: Coleoptera 

Fəsilə: Coccinellidae 

24.Chilocorus bipustulatus L..

+ 

25.Adalia bipunctata L.

+ 

26.A.decimpunctata L.** 

27.Coccinella septempunctata L

28.Holysia sedecimpunctata L

29.Adonia variegata Goeze.** 

30.Harmonia quadripunctata L

Fəsilə: Carabidae 

31.Calosoma sycophanta L.

+ 

Fəsilə: Dermestidae 

32.Dermestes lardarius L.**

+ 

33.D. undulatus Brahm.* 

Dəstə: Neuroptera 

Fəsilə:  Chrysopidae 

34.Chrysopa carnea Steph.

+ 

35.Ch.septempunctata L. 

36.Ch.perla L. 

Dəstə: Lepidoptera 

Fəsilə: Syntomidae 

37. Syntomis phegea L. 

 

 Qeyd:  * - Azərbaycan faunası , ** - Şəki –Zaqatala bölgəsi üçün ilk dəfə 



qeyd edilir,  +- Təsərrüfat əhəmiyyətli növlər 

 

6.2.  Başlıca  entomofaqların  (parazit  və  yırtıcıların)  bioekoloji 



xüsusiyyətləri və zərərvericilərin biotənzimlənməsində onların rolu

2001-2013-cü  illərdə  Şəki-Zaqatala  ərazisinin  bağ  aqro-senozlarında 

ağacların başlıca zərərvericilərinin  entomofaqlarının öyrənilməsi  nəticəsin-


 

10 


də  onlardan  bir  neçəsinin  (14  növündən)  zərərvericilərə  qarşı  bioloji  mü-

barizədə  istifadə  edilməsi  məqsədəuyğun  hesab  edilmişdir.  Bu  növlərdən 

bir neçəsinin haqqında məlumat verməyi lazım bilirik.  

 

6.2. 1. Bracon hebetor Say.   

Çəyirdəkli  meyvə  zərərvericilərindən  meyvə  güvəsinin,  zolaqlı  meyvə 

güvəsinin, yarpaq  güvəsinin,  qızılgül  yarpaqbükəninin, gavalı  və şərq  meyvə-

yeyəninin tırtıllarında parazitlik edir. Bağ sahələrində geniş yayılmaqla böyük 

təsərrüfat əhəmiyyətinə malikdir. Aparılan hesablamalara görə zərərvericilərin 

tırtıllarının 15-20% -i Bracon hebetor paraziti ilə yoluxmuş olur.  

Aşkar edilmişdir ki, Bracon hebetor imaqo  mərhələsində  yaşlı ağac-

ların (palıd, vələs, ərik və s.) çürümüş gövdəsi, burulub qurumuş yarpaqları 

(gilas,  şaftalı və ərik) və quru meyvələri (ərik, gavalı  və s.) içərisində qış-

layır.  Yazda,  18-20

o

C    temperaturda, aprel  ayının  axırlarından  may  ayının 



ikinci  ongünlüyünədək  qış  yerlərindən  çıxırlar.  Bu  vaxt  yarpaq  güvəsinin  

2-ci  və  3-cü  yaş  tırtıllarını,  sonra  iyul  ayında  isə  meyvə  güvəsinin,  gavalı 

meyvəyeyəninin və şərq meyvəyeyəninin tırtılllarını yoluxdururlar. Hər bir 

dişi  fərd  sahibin  bədəni  üzərinə  6-8  və  bəzən  10-12  yumurta  qoyur.  3-4 

gündən  sonra  yumurtalardan  sürfələr  çıxmağa  başlayır.  Sürfələr  tırtılların 

daxili  möhtəviyyatını  (hemolimfasını)  sormaqla  qidalanırlar.  Onlar  4  yaş 

dövrü  keçirməklə  6-8  gün  müddətində  ipək  baramacıq  içərisində  puplaşır-

lar.  8-12  gündən  sonra  pupdan  parazitlər  çıxmağa  başlayır.  Beləliklə 



bracon  hebetorun  inkişaf  dövrü  havanın  orta  günlük  temperaturu  26-28

o



olduqda  16-18  gün,  30-32

o

C  –də  isə  13-14  gün  çəkir.  İldə  5-6  nəsil  verir. 



Təbiətdə apreldən oktyabr ayınadək fəaliyyət göstərir. 

Ümumiyyətlə,  bölgə  üzrə  meyvə  güvəsi  11,1-13,7%,  zolaqlı  meyvə 

güvəsi  20-30%,  gavalı    meyvəyeyəni  və  şərq  meyvəyeyəninin  tırtıllarının 

hər biri ayrı-ayrılıqda 12-13% Bracon hebetorla yoluxurlar. 

Onun  laboratoriya  şəraitində  çoxaldılıb  zərərvericilərə  qarşı  bioloji 

mübarizə  məqsədilə  bağ  və  meşə  sahələrinə  buraxılması  vacib  məsələlər-

dən biridir. 

 

6.2.2. Apanteles solitarius Ratz. 

Zolaqlı  meyvə güvəsinin, tumurcuq fırfırasının, qızılgül yarpaqbükə-

ninin və yemişan kəpənəyinin tırtıllarını yoluxdurur. Yaşadığı müddətdə isə 

2000-ə qədər yumurta qoya bilir. Yumurtalar tırtılın bədən daxilinə tək-tək 

qoyulur. Tırtıl 4-cü və 5-ci yaşa çatdıqda parazit sürfəsinin də inkişafı başa 



 

11 


çatır.  İnkişafını  başa  vurmuş  sürfələr  sahibin  dəri  örtüyünü  deşərək  onun 

bədən  səthinə  çıxır  və  burada  barama  sarıyırlar.  Apanteles  həm  pup  halın-

da,  həm  də  axırıncı  yaş  sürfə  mərhələsində  qışlayır.  Birinci  nəslin  yaşlı 

fərdləri  (imaqo)  aprelin  II  ongünlüyündə  və  mayın  əvvəlində  uçurlar.  II 

nəslin uçuşu isə iyunun əvvəlində başlayır. Müşahidələr göstərir ki, I nəslin 

yaşlı fərdləri adətən, yemişan kəpənəyinin tırtıllarını 60-80% yoluxdururlar. 

Apantelesin  sonrakı  nəsilləri  zolaqlı  meyvə  güvəsini  10-12%,  tumurcuq 

fırfırasını 8-10% və qızılgül yarpaqbükənini 6-8% yoluxdurur. 

 

6. 2.3.  Macrocentrus ancylivorus Roh. 

Azərbaycanda aparılan çoxillik tədqiqatlara əsasən müəyyən edilmiş-

dir  ki,  Şərq  meyvəyeyəninin  biotənzimlənməsində  Zarqanadlılar  (Hyme-

noptera) dəstəsinə mənsub 22 növ parazit fəaliyyət göstərir. Adları çəkilən 

parazitlər  içərisində  Macrocentrus  ancylivorus  Roh.  Şərq  meyvəyeyəninin 

sayının tənzimlənməsində mühüm rol oynayır. 

Parazitin yetkin fərdləri Şəki-Zaqatala bölgəsinin Qəbələ, Şəki və Zaqa-

tala  rayonlarında  şaftalı  və  heyvanın  ciddi  zərərvercisi  olan  şərq  meyvəyeyə-

ninin  tırtıl  mərhələsindən  alınmışdır.  Qəbələ  rayonunun  Vəndam  kəndində 

aparılan  hesablamalara  əsasən,  yaz  fəslində  makrosentrus  parazitinin  birinci 

nəsli sahibin 2 və 3-cü yaş tırtıl mərhələsini 45-50%, yay fəslində isə 60-70% 

yoluxdurur.  Makrosentrus  cinsinə  mənsub  olan  növlər  bilavasitə  böcəklərin, 

kəpənəklərin və milçəklərin paraziti hesab edilirlər. 

 

6.2.4.  Ageniaspis fuscicollis Dalm. 

Çəyirdəkli  meyvə  bitkilərinə  ciddi  zərərverən  meyvə  güvəsinin 

(Yponomeuta  padellus L.) entomofaqları içərisində ageniaspis paraziti yük-

sək dərəcədə təsərrüfat əhəmiyyətinə malikdir. Beləki, ərik və alça yarpaq-

ları  üzərindən  götürülmüş  hər  100  tırtıldan  25-35-i  ageniaspis  paraziti  ilə 

yoluxmuş olur. Bəzən bu rəqəm 40-50 ədədə çatır. Meyvə güvəsinin sayını 

50-60% aşağı salır. 

Ageniaspis  təbiətdə  iyun  ayının  əvvəllərindən  iyul  ayının  əvvəllə-

rinədək  görünməyə  başlayır.  Parazitlərin  kütləvi  uçuşu  meyvə  güvəsinin 

yumurta  qoyma  vaxtına  təsadüf  edir.  Uçuşun  2-3-cü  günü  cütləşirlər.  Cüt-

ləşdikdən  iki  gün  sonra  yumurta  qoymağa  başlayırlar.  Parazit  yumurtasını 

zərərvericinin  qalxancıq  altında  olan  yumurtalarının  daxilinə  qoyur.  İyul 

ayının  axırı  avqust  ayının  əvvəllərində  güvə  yumurtalarından  tırtıllar  çıx-

mağa  başlayır.  Avqust  ayının  ortalarından  sentyabr  ayının  ortalarınadək 


 

12 


parazitlə yoluxmuş  kiçik  yaşlı tırtıllar qışlamağa gedirlər. Qışlama müddə-

tində parazitin yumurtası da tırtılın bədən daxilində qışlayır. Yazda tırtıllar 

(tək-tək)  qışlama  yerlərindən  çıxıb  ərik  yarpaqları  ilə  qidalanırlar.  Qidala-

nan  tırtılların  bədən  daxilində  olan  parazit  yumurtası  bölünmə  yolu  ilə 

çoxalaraq  60-80  rüşeyim  əmələ  gətirir  və  bu  rüşeyimlər  tədricən  inkişaf 

edib sürfələrə çevrilirlər. Sürfələr 3 yaş dövrü keçirirlər. May ayının birinci 

yarısında  havanın  orta  temperaturu  20-22

o

  C  olduqda  tırtıl  bədəninin  da-



xilində olan parazit sürfələri bir-biri ilə zəncirvari şəkildə birləşərək inkişaf 

edirlər.  Sürfələr  3-cü  yaşa  qədər  tırtıl  bədənində  inkişaf  edərək,  ayrı-

ayrılıqda  puplaşmağa  başlayırlar.  Güvə  tırtılları  başdan  axıra  kimi  parazit 

pupları ilə örtülmüş olur. Parazitin embrional inkişafı 265 gün, o cümlədən, 

sürfə  mərhələsi  18-20  gün,  pup  mərhələsi  16-19  gün  çəkir.  Pup  mərhələsi 

qurtardıqdan  sonra  parazitlər  təbiətə  uçmağa  başlayrlar.  Onlar  nektarlı 

bitkilərdən şüyüd, yonca və s. bitkilərlə qidalanırlar. İldə bir nəsil verir.  

 

6.2.5. Paralitomastix varicornis Nees. 

Parazitin  dişi  fərdləri  çox  böyük  həvəslə  zolaqlı  meyvə  güvəsinin 

(Anarsia  lineatella)  yumurtalarını  40-45%  yoluxdururlar.  Onun  məxsusi 

parazitidirlər. Azərbaycanda ilk dəfə zolaqlı meyvə güvəsinin paraziti kimi 

meyvə  bağlarında  Z.M.Məmmədov  tərəfindən  qeydə  alınmışdır.  Parazit 

sürfə  mərhələsində  zolaqlı  meyvə  güvəsinin  ikinci  nəslinin  ikinci  yaş  tırtı-

lının  bədən  daxilində  qışlayır.  Yazda aprel  ayının  sonunda  tırtıllar  qışlama 

yerindən  çıxır  və  inkişaf  etməyə  başlayırlar.  Yoluxmuş  tırtılların  inkişafı 

may  ayının  birinci  ongünlüyünədək  davam  edir.  May  ayının  20-dən  sonra 

yoluxmuş  tırtıllardan  parazitlər  çıxmağa  başlayır.  Bu  müddət  (mayın  axırı 

iyulun  əvvəli)  zolaqlı  meyvə  güvəsinin  yumurta  qoyma  vaxtına  təsadüf 

edir. Belə ki, sahib tərəfindən qoyulmuş yumurtalar parazit tərəfindən yolu-

xur. Tırtılın axırıncı yaşa yaxın dövründə isə tırtıl bədəni daxilində parazit-

lər  artıq  puplaşmağa  başlayırlar.  3-5  gündən  sonra,  yəni  axırıncı  yaş  tırtıl-

ların bədən daxilində puplar görünməyə başlayırlar. Bir tırtıl bədənində 40-

dan  100-ə  qədər  pupun  olduğu  müşahidə  edilmişdir. Tırtıl  üzərindəki  pup-

lardan  parazitlərin  uçuşu  iyul  ayının  axırlarınadək  davam  edir.  Bu  müd-

dətdə  bağlarda  zolaqlı  meyvə  güvəsinin  ikinci  nəslinin  yumurta  qoyma 

dövrü başlayır ki, qoyulmuş yumurtalar parazit tərəfindən yoluxur.  

Parazitin  inkişafı  yumurtadan  yaşlı  fərdə  kimi  35-40  gün  (qışlama 

müddəti  nəzərə  alınmadan)  çəkir.  Bölgədə  parazit  də  sahibi  kimi  iki  nəsil 

verir.  Parazitin  sahibi  yoluxdurma  dərəcəsini  öyrənərkıən  aydın  olmuşdur 



 

13 


ki, ərik ağacının  yarpaqları üzərindən birinci  dəfə götürülmüş 145 tırtıldan 

60  ədədi  (41,5%),  ikinci  dəfə  götürülmüş  150  tırtıldan  64  ədədi  (42,4%) 

parazitlə yoluxmuşdur.  

 

6.2.6. Calosoma sycophanta L. 

Böcək bir çox kənd təsərrüfatı bitkilərinə və meyvə ağaclarına zərər-

verən  həşəratların  yumurta,  kiçik  yaşlı  sürfə  və  tırtılları  ilə  qidalanaraq, 

onların  sayının  tənzimlənməsində  böyük  rol  oynayır.  İmaqo  mərhələsində 

torpaqda  qışlayır.  May  ayının  axırları  qışlama  yerlərindən  çıxan  böcəklər, 

iyunun  əvvəlində  bir  neçə  gün  mayalandıqdan  sonra  yumurta  qoymağa 

başlayırlar.  Yumurtalar  tək-tək  və  ya  2-5  ədəd  bir  yerdə  torpağın  2-5  sm 

dərinliyinə  qoyulur.  Yumurtanın  inkişafı  temperaturdan  (22-28

o

C)  asılı 



olaraq  4-12  gün  çəkir.  Bir  dişi  fərd  orta  hesabla  100-110  yumurta  qoya 

bilir.  Sürfələr  iki  dəfə  qabıq  dəyişir. Temperaturdan  (22-28

o

C)  və  qidalan-



madan asılı  olaraq, axırıncı  yaşda torpağa keçir və  orada 8-10 gün ərzində 

puplaşır. Beləliklə, sürfə mərhələsi 24-28 gün çəkir. Sürfə mərhələsi

 

inkişaf 


müddətində tək ipəksarıyanın 40-50 kiçik yaşlı tırtılını məhv edir.  

Puplaşma  torpağın  15-20  sm  dərinliyimdə  və  bəzən  ağac  qabığının 

dərin  qatlarında gedir. Yaşlı fərdlərin pupdan çıxması  yay aylarına təsadüf 

etməsinə  baxmayaraq,  onlar  torpaqdan  çıxmır,  elə  orada  da  qışlayırlar. 

Kolozoma  böcəyi  ildə  bir  nəsil  verir.  Yaşlı  böcəklərin  hər  biri  bir  gün 

ərzində  300-325  tırtıl  və  pup  ilə  qidalanırlar.  Kolozoma  böcəyi  bir  çox 

zərərverici  ilə  qidalanır,  onların  içərisində  ən  çox  üstünlük  verdiyi  tək 

ipəksarıyandır. 



 

6.2.7. Chilocorus bipustulatus L. 

Şaftalı və gavalı çanaqlı yastıcalarının parazit və yırtıcıları içərisində 

xilokorus  böcəyinin  sahibin  sayının  tənzimlənməsində  daha  perspektivli 

olduğu  aşkar  edilmişdir.  Böcəklər  nimfa  mərhələsində  ağacların  qabığı 

altında  qışlayırlar.  Gündəlik  orta  temperatur  12-16

o

C,  rütubət  isə  60% 



olduqda  aprel  ayının  12-15-i  qışlamadan  çıxırlar.  Bir neçə  gün  aprelin  15-

20-dək  qidalandıqdan  sonra  cütləşməyə  başlayırlar.  Cütləşmədən  1-2  gün 

sonra  isə  yumurta  qoyurlar.  Yumurtalarını  yastıcaların  məskunlaşdığı  yer-

lərə,  ağacların  nazik  budaqlarına  və  budaqların  üzərində  olan  yarpaqların 

alt  qatına  qoyurlar.  Yumurtanın  inkişaf  mərhələsi  12-15  gün,  sürfə  mərhə-

ləsi  24-26  gün,  pup  mərhələsi  6-8  gün  və  imaqo  mərhələsi  isə  35-40  gün 

çəkir. Bir nəslin inkişafı 40-45 gün çəkir. İldə iki nəsil verir. 


 

14 


Təbii şəraitdə  böcəyin kiçik yaşlı sürfələri 4-12, iri yaşlı sürfələri isə 

18-20  yastıca  yeyir.  İmaqo  mərhələsi  bir  gün  ərzində  25-30  yastıca  ilə 

qidalanır. Təsərrüfat əhəmiyyətinə malikdir.   

 

6.2.8.  Chrysopa carnea Steph. 

Adi qızılgöz zərərvericilərin say dinamikasını tənzimləyən ən faydalı 

və  effektli  yırtıcıdır.  Yumurtalarını  ağac  yarpaqlarının  alt  və  üst  hissəsinə, 

çiçək  yanlığına,  gövdə  və  ya  budaqların  üzərinə  qoyur.  Yumurtaların  hər 

birinin 3-4 mm uzunluğunda saplağı olur və bu saplaq substrata yapışdırılır. 

Yumurtalar  əksərən  mənənə  topalarına  yaxın  qoyulur  ki,  onlardan  çıxan 

sürfələr  mənənələrlə  qidalana  bilsinlər.  Müşahidələr  göstərmişdir  ki,  kiçik 

yaşlı  sürfələr  ən  çox  zərərvericilərin  yumurtası  və  kiçik  yaşlı  mənənələrlə, 

iri  yaşlı  sürfələr  isə  müxtəlif  böyüklükdə  olan  kiçik  yaşlı  tırtılar  və  iri 

mənənələrlə  qidalanırlar.  Sürfələr  3-4  həftə  qidalandıqdan  sonra  axırıncı 

yaşda  pup    halına  keçirlər.  Puplara  ağ  ipək  kürə  şəklində,  ağacların  qabığı 

altında rast gəlmək olur. Yaşlı fərdlər pupdan çıxdıqdan sonra mayalanırlar 

və bir neçə gün sonra (2-3 gün) isə yumurta qoymağa başlayırlar. Adi qızıl-

göz 350-650 ədəd yumurta qoymaq qabiliyyətinə malikdir. Onlar, ağacların 

qabığı  altında  tək-tək  və  ya  topa  halında,  (hər  topada  2-3-dən  50-60-dək) 

qışlayırlar. Yazda aprelin axırı və may ayının əvvəllərində qışlama yerlərin-

dən  çıxan  yaşlı  fərdlər,  çiçəklərin  şirə  və  tozcuqları,  mənənələrin  ifraz 

etdiyi şirin maye ilə qidalanırlar. Aparılan hesablamalara əsasən qızılgözün 

bir  ədəd  sürfəsi  bir  gün  ərzində  25-30  ədəd,  bütün  həyatı  ərzində  isə  400-

850 ədəd mənən ilə qidalanır. Onun iri yaşlı sürfəsi bir gün ərzində  yarpaq 

güvəsinin  10-12  yumurtasını,  5-8  meyvə  güvəsi  və  2-3  yarpaq  güvəsinin 

kiçik  yaşlı  tırtıllarını  məhv  edir.  Xüsusilə  ərik,  şaftalı  və  gavalı  mənənəsi-

nin  üzərində  daha  çox  yırtıcılıq  fəaliyyəti  göstərirlər.  Onlar  iki  dəfə  qabıq 

dəyişirlər. Birinci qabıqdəyişmə 3 gün, ikinci qabıqdəyişmə isə 7 gün çəkir. 

İl ərzində 5-6 nəsil verir. 

 

VII FƏSİL. MEYVƏ BAĞLARINDA PARAZİT-SAHİB 



MÜNASİBƏTLƏRİNƏ TƏSİR EDƏN EKOLOJİ AMİLLƏR 

Tədqiqatlar  nəticəsində

 

müəyyən  edilmişdir  ki,  abiotik  amillərdən 



havanın  temperaturu  və  rütubətliliyi,  güclü  küləklər,  daşqınlar  və  yağıntı-

ların  miqdarı  həşəratlara  mənfi  və  ya  müsbət  təsir  edir.  Yüksək  tempera-

turlarda onların embrional və postembrional inkişafı, cinsi məhsuldarlığının 

yaranma  tezliyi  bir  qayda  olaraq  sürətlənir.  Belə  hallarda  inkişaf  müddəti 

qısalır  və  onların  nəsil  vermə  qabiliyyəti  yüksəlir.  Aşağı  temperatur  isə 


 

15 


əksinə  onların  nəsilvermə  qabiliyyətini  aşağı  salır,  bəzi  hallarda  45-50% 

məhv  olmasına  səbəb  olur.  Müəyyən  edilmişdir  ki,  havanın  temperaturu 

42

o

C-dən  yuxarı və nisbi rutubət 35%-dən aşağı olduqda faydalı həşəratla-



rın sayı bir qədər azalır. Onların sahibləri isə belə şəraitə dözərək öz zərər-

vericilik  fəaliyyətlərini gücləndirirlər. Yay mövsümündə (iyun-avqust) orta 

günlük  temperatur  26-28

o

C,  rütubətlilik  isə  56-60%  olduqda  xüsusilə 



nektarlı  bitkilər  olan  sahələrdə  entomofaqların  fəaliyyəti  yüksək  olur.  Bio-

tik  amillərin  nəticəsində  aydın  olmuşdur  ki,  birinci  dərəcəli  entomofaqlar  

tez-tez  ikinci  dərəcəli  parazitlərin  (Hemitelis,  Mesochorus,  Tetrastichus  və 

b.)  və  ya  yırtıcı  həşəratların  qurbanına  çevrilirlər  ki,  bu  da  birinci  dərəcəli 

entomofaqların effektivliyini  müəyyən dərəcədə aşağı salır. Aşkar edilmiş-

dir  ki,  birinci  dərəcəli  parazitlərin  ikincili  parazitlərlə  yoluxması,  bir  çox 

hallarda  birincili  (və  ya  ilkin)  parazitin  həyat  tərzindən  asılıdır.  Aşkar 

olunmuşdur  ki,  zərərverici  və  entomofaqların  hamısı  bu  və  ya  digər  dərə-

cədə  müxtəlif  çiçəkli  bitkilərin  nektarı  ilə  əlavə  olaraq  qidalanırlar.  Ento-

mofaqlar  çiçəkli  bitkilərin  nektarı  ilə  qidalandıqda,  onların  ömrü,  yumurta 

qoyma  və  nəsilvermə  qabiliyyəti  yüksəlir.  Nektarlı  bitkilərin  olmaması  

faydalı həşəratların fəaliyyətinə mənfi təsir göstərir. 

Aşkar  edilmişdir  ki,  zərərvericilərə  qarşı  inteqrir  mübarizədə  aqro-

texniki tədbirlərin rolu əhəmiyyətli dərəcədə böyükdür. Bu tədbirlər zərərli 

həşəratların  kütləvi  çoxalmasının  qarşısını  alır  və  faydalı  növlərin,  o  cüm-

lədən entomofaqların sayının çoxalması üçün zəmin yaradır.  

Bununla  yanaşı  bağ  sahələrində  kimyəvi  dərmanlanmanın  düzgün  və 

səmərəli  aparılması  sayəsində  zərərli  həşəratların  ziyanvericiliyi  azalır, 

entomofaqların sahibi yoluxdurma fəaliyyəti isə artır. Digər tərəfdən əksinə 

sahələrdə  ardı-arası  kəsilmədən,  səmərəsiz  kimyəvi  dərmanlama  apardıq-

dan  sonra  entomofaqlar  95-100%  məhv  olur.  Kimyəvi  dərmanlama  aparıl-

mayan sahələrdə isə zərərvericilərin  entomofaq kompleksi ilə yoluxma 50-

60%-ə çatır.   

 

 



 

 

 



 

 

 

 

16 


NƏTİCƏLƏR 

1.  Tədqiqatlar nəticəsində Şəki-Zaqatla bölgəsində çəyirdəkli meyvə ağac-

larına  başlıca  zərərverən  4  dəstəyə  19  fəsiləyə  mənsub,  42  növ  həşərat 

aşkar edilmişdir. Bunların içərisində daha ciddi zərərverən 22 dominant 

növün  bioekoloji  xüsusiyyətləri,  landşaftlar  üzrə  yayılmaları,  təsərrüfat 

əhəmiyyəti  və  13  növünün  isə  parazit  və  yırtıcıları  öyrənilmişdir. 

Zərərvericilərdən  4  növü  Azərbaycan  faunası  və  15  növü  isə  Şəki-

Zaqatala bölgəsi üçün ilk dəfə qeyd edilmişdir.  

2.  İlk  dəfə  olaraq  Şəki-Zaqatala  bölgəsində  7  növ  zərərvericinin  fenologi-

yası, 6 növün  uçuş dinamikası öyrənilmişdir ki, bu təqvim fenologiyası-

na  və  uçuş  dinamikasına  əsasən  qeyd  olunan  zərərvericilərə  qarşı 

mübarizə tədbirlərinin aparılması vaxtı təyin edilmişdir.  

3.  İlk  dəfə  olaraq  Şəki-Zaqatala  bölgəsində  13  növ  ciddi  zərərvericinin 

sayının  biotənzimlənməsində,  5  dəstəyə,  10  fəsiləyə  mənsub  37  növ 

entomofaqın  (23  növ  parazit,  14  növ  yırtıcı)  fəaliyyət  göstərdiyi  aşkar 

edilmişdir.  Onlardan  2  növü  Azərbaycan  faunası,  6  növü  isə  Şəki-

Zaqatala bölgəsi üçün ilk dəfə qeyd edilir.. 

4.  İlk  dəfə  olaraq  Şəki-Zaqatala  şəraitində  təsərrüfat  əhəmiyyətli  sayılan  

14 növ parazit və yırtıcının bioekoloji xüsusiyyətləri, fenologiyası, uçuş 

dinamikası,  zərərvericilərin  biotənzim-ıənməsində  rolu  və  parazit-sahib 

münasibətləri geniş öyrənilmiş, onlardan zərərvericilərə qarşı inteqrir və 

bioloji  mübarizədə  istifadə  edilməsinin  mümkünlüyü  məqsədəuyğun 

hesab edilmişdir.  

5.  Aşkar  olunmuşdur  ki,  mənfi  20-22

o

C  temperaturda  bir  sıra  zərərvericilər, 



yumurta, tırtıl  və pup  mərhələsində  qışlama  dövründə 45-55%  məhv  olur-

larsa,  onların  entomofaqları  (parazit  və  yırtıcıları)  80-90%  məhv  olurlar. 

Temperatur 40-42

o

C, rütubət isə 35-40% olduqda bir sıra zərərvericilərin və 



entomofaqların  inkişaf  mərhələləri  dayanır  və  əksər  hallarda  onlar  məhv 

olurlar. Gündəlik orta temperatur 28-30

o

C, nisbi rütubət isə 55-60% olduq-



da əksinə sahələrdə  entomofaqlar üçün  yaxşı şərait  yaranır  və  onlar zərər-

vericilərin artıb- çoxalmasının qarşısını alırlar.  

6.  Aşkar edilmişdir ki, entomofaqların artıb-çoxalması və zərərvericilərin bio-

tənzimlənməsindəki  fəaliyyətlərində,  əlavə  qidalanmaya  ehtiyac  var.  Belə 

ki, onlar şəkərli maddələrlə, bitki şirələri və quru meyvələrin lətli hissəsi ilə 

qidalandırıldıqda, onlarda yaşama müddəti uzanır, yumurta qoyma qabiliy-

yəti  yüksəlir.  Bu  məqsədlə  də,  sahələrə  entomofaqların  cəlb  edilməsində 

nektarlı bitkilərin əkilməsinin rolu qiymətləndirilmişdir.  



 

17 


ƏMƏLİ  TƏKLİFLƏR 

Aşağıdakı  tövsiyyələrin  həyata  keçirilməsi  AKT  Nazirliyinin  Bitki 

mühafizəsi mərkəzinə təklif edilmişdir.  

1.  Şəki-Zaqatala  bölgəsində  çəyirdəkli  meyvə  ağaclarına  zərərverən  42 

növ  həşəratdan  13  növünün  fenologiyası  və  uçuş  dinamikası  öyrənil-

mişdir  ki,  bu  təqvim  fenologiyasına  və  uçuş  dinamikasına  əsasən  qeyd 

olunan zərərvericilərə  qarşı mübarizə tədbirlərinin  həmin  vaxtda aparıl-

ması məqsədəuyğun hesab edilmişdir. 

2.  Şəki-Zaqatala  bölgəsində  çəyirdəkli  meyvə  ağaclarının  zərərvericilərin-

dən 37 növ  entomofaqı aşkar edilmişdir ki, onlardan 14 növünün zərər-

vericilərinin sayının biotənzim-lənməsində perspektivli olduğunu nəzərə 

alıb, onlardan zərərvericilərə qarşı inteqrir və bioloji mübarizədə istifadə 

edilməsinin mümkünlüyü məqsədəuyğun hesab edilmişdir. 

 

Dissertasiya mövzusuna aid çap olunmuş əsərlər 

1.  Muradova E.M. İsmayıllı və Qəbələ rayonlarında gavalı cinsindən olan 

meyvə ağaclarının başlıca zərərvericiləri // AMEA Zoologiya institutu-

nun əsərləri, cild 30, №1, 2012, Bakı, “Elm”. s. 172-176 

2.  Məmmədov Z.M., Muradova E.M. Şəki-Zaqatala bölgəsində çəyirdəkli 

meyvə ağaclarına zərərverən başlıca kəpənəklər (Lepidoptera) və onla-

rın  təbii  düşmənləri  //AMEA  “Xəbərlər”  (Biologiya  və  tibb  elmləri 

seriyası) cild 67, №1, Bakı, “Elm”, 2012. s. 89-94 

3.  Məmmədov Z.M., Muradova E.M. Şəki-Zaqatala bölgəsində çəyirdəkli 

meyvə  ağaclarına  zərərverən  başlıca  həşəratlar  və  onların  entomofaq-

ları  //  Azərbaycan  Dövlət  Aqrar  Universitetinin  elmi  əsərləri.  Gəncə. 

№3, 2012. s.30-34 

4.  Мамедов  З.М.,  Мурадова  Э.М.  Паразиты  и  хищники  основных 

вредителей  косточковых  плодовых  культур  в  Шеки-Закатальской 

зоне  Азербайджана.  //  Юг  России  (Экология,  развитие).  №4,  Ма-

хачкала, 2012. с.39-42 

5.  Muradova  E.M. Şəki-Zaqatala  bölgəsində  çəyirdəkli  meyvə  ağaclarına 

zərərverən  böcəklər  (Coleoptera). //  Azərbaycan  Dövlət  Pedoqoji  Uni-

versitetinin xəbərləri (təbiət elmləri seriyası). №1, Bakı,  2013, s. 49-52  

6.  Məmmədov Z.M., Atayeva R.S., Muradova E.M. Şəki-Zaqatala bölgə-

sində  meyvə  və  meşə  ağaclarına  zərərverən  qabıqyeyən  böcəklər 

(Coleoptera,  Ipidae)  //  AMEA  Zoologiya  institutunun  əsərləri,  cild  32, 

№2,  Bakı, 2014. s. 134-139 



 

18 


7.  Muradova  E.M.  Şəki-Zaqatala  bölgəsində  meyvə  güvəsi  (Yponomeuta 

padellus  L.)  və  gavalı  meyvəyeyəninin  (Laspeyresia  funebrana  Tr.)  bio-

ekoloji  xüsusiyyətləri  və  təbii  düşmənləri.  //  BDU-nun  Biol.  Fakult.  80 

illik  yubil.  həsr  olunmuş  “Eksperimental  biologiyanın  inkişaf  perspektiv-

ləri” mövzusunda Respub. Elmi Konfrans. mat. Bakı, 2014, s. 78-81 

8.  Мурадова  Э.М.  О  биологии  и  энтомофагах  горностаевых  молей 

Шеки-Закатальской  зоне  Азербайджана.  //  Вiсник  Запорiзького 

Нацiонального Унiверсiтету, Бiологiчнi науки, №1, Запорiжжя 2015  

9.  Мурадова  Э.М.  Значение  комплексов  паразитов  в  регулировании 

численности  вредителей  косточковых  плодовых  деревьев  в  усло-

виях Шеки-Закатальской зоны Азербайджана // Сообщения Акаде-

мии  сельскохозяйственных  наук  Грузии,  №  34,  Тбилиси,  2015,       

с. 102-104 

 

 



 

 

 

 

19 


Э.М. Мурадова 

 

ОСНОВНЫЕ ВРЕДИТЕЛИ КОСТОЧКОВЫХ ПЛОДОВЫХ 

ДЕРЕВЬЕВ,  ИХ ПАРАЗИТЫ И ХИЩНИКИ   

ШЕКИ-ЗАГАТАЛЬСКОЙ ЗОНЫ 

 

Р Е З Ю М Е  

 

В результате исследований (2001-2013 г.г.) в условиях  Шеки-Зака-

тальской  зоны  Азербайджана  в  полном  объеме  рассмотрены  взаимоот-

ношения  хозяина  и  паразита-хищника  у  насекомых  на  примере  вреди-

телей косточковых плодовых культур садов и их энтомофагов. Выявлен 

видовой состав вредителей (42 видов) повреждающих косточковые пло-

довые  культуры,  из  которых  4  вида  отмечаются  впервые  для  фауны 

Азербайджана и 15 видов для фауны Шеки-Закатальской зоны. Изучены  

биоэкологические    особенности  и  хозяйственное  значение  22  доминант-

ных видов (Hyalopterus pruni Geoffr., Myzodes persicae Sulz., Sphaeroleca-



nium  prunastri  F.,  Parthenolecanium  persicae  F.,  Epicometis  hirta  Poda

Capnodis tenebrionis L., Tetrops praeusta L.,  Smaraqdina cyanea  F.,  Rhyno-

chites  auratus  Scop.,  Scolytus  fasciatus  Rtt.,  Laspeyresia  funebrana  Tr., 

Grapholitha  molesta  Busk.,  Spilonota  ocellana  F.,  Archipis  rosana  L., 

Yponomeuta  padellus  L.,  Anarsia  lineatella  Zll.,  Recurvaria  nanella  Den.ef. 

Schiff.,  Lymantria  dispar  L.,  Euproctis  chrysorrhoea  L.,  Orgyia  antigua  L., 

Hyphantria cunea Drury., Aporia crataegi Hb.)

 

 вредителей. 

Из выявленных  37  видов энтомофагов 2 видов отмечаются впервые  

для  фауны  Азербайджана  и  6  вида  для  фауны  Шеки-Закатальской  зоны. 

Установлены  14  перспективных  видов  (Bracon  hebetor  Say,  Apanteles 

solitarius  Ratz.,Makrocentrus ancylivorus  Roh.,  Nythobia  armillata  Grav., 

Scambus  calobata  Grav.,  Ageniaspis  fuscicollis  Dalm.,  Paralitomastix 

varicornis  Nees.,  Perisierola  qallicola  Kieff.,  Adalia  bipunctata  L., 

Chilocorus  bipustulatus  L.,  Calosoma  sycophanta L., Dermestes  lardarius 

L.,  Chrysopa  carnea  Steph.,  Syntomis  phegea  L.)  энтомофагов,  которые 

играют  значительную  роль  в  регуляции  численности  хозяев.  Изучены  их 

биоэкологические особенности и хозяйственное значение. 

Выявлено  влияние  экологических  факторов,  на  жизнедеятель-

ность  вредителей  и  их  энтомофагов.  Разработаны  и  представлены 

практические  рекомендации  в  борьбе  с  важнейшими  вредителями 

косточковых культур.  


 

20 


E.M. Muradova

 

 



PESTS OF STONE FRUIT TREES AND THEIR PARASITS AND 

PREDATORS SHEKI- ZAKATALA REGION OF AZERBAIJAN 

 

SUMMARY  



 

In our investigation conducted in Sheki- Zakatala region of Azerbaijan 

in years 2001 – 2013 the host – parasite predator relationships were studied 

in insect pests of hone orchards and their entomophages. The species diver-

sity of hone orchard pests (42 species) was revealed, of which 4 species  are 

reported for the first to the fauna of  Azerbaijan, and 15 species are new to 

the  fauna  of  Sheki-  Zakatala  region.  The  bioecological  peculiarities  and 

economical  importance  of  22  dominant  pest  species  (Hyalopterus  pruni 



Geoffr.,  Myzodes  persicae  Sulz.,  Sphaerolecanium  prunastri  F.,  Partheno-

lecanium  persicae  F.,  Epicometis  hirta  Poda,  Capnodis  tenebrionis  L., 

Tetrops  praeusta  L.,  Smaraqdina  cyanea  F.,  Rhynochites  auratus  Scop., 

Scolytus  fasciatus  Rtt.,  Laspeyresia  funebrana  Tr.,  Grapholitha  molesta 

Busk., Spilonota ocellana F., Archipis rosana L., Yponomeuta padellus L., 

Anarsia  lineatella  Zll.,  Recurvaria  nanella  Den.ef.  Schiff.,  Lymantria  dis-

par  L.,  Euproctis  chrysorrhoea  L.,  Orgyia  antigua  L.,  Hyphantria  cunea 

Drury., Aporia crataegi Hb.)

 

was studied. The fauna of parasits and preda-

tors of orchards (37 species). Among entomophages 2 species are recorded  

for the first time to the fauna of Azerbaijanis and, 6 species are new to the 

fauna of Sheki- Zakatala region. 14 species (Bracon hebetor Say, Apanteles 

solitarius  Ratz.,Makrocentrus ancylivorus  Roh.,  Nythobia  armillata  Grav., 

Scambus  calobata  Grav.,  Ageniaspis  fuscicollis  Dalm.,  Paralitomastix 

varicornis  Nees.,  Perisierola  qallicola  Kieff.,  Adalia  bipunctata  L.,  Chilo-

corus  bipustulatus  L.,  Calosoma  sycophanta  L.,  Dermestes  lardarius  L., 

Chrysopa  carnea  Steph.,  Syntomis  phegea  L.)  of  entomophages  are  recor-

ded  as  the  most  important  agents  which  play  significant  role  in  reduction 

the  populations  of  their  hosts. Their  bioecological  peculiarities  and  econo-

mical significance are studied. The practical recommendations to the strug-

gle  with  most  important  pests  of  hone  orchards  are  presented  and  worked 

out. 


 

 

21 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Сифариш № 9. Тиражы 100 нцсхя 

Азярбайъан МЕА Эеолоэийа və Geofizika 

Институту 

«Нафта-Пресс» няшриййаты,  

Бакы, Щ.Ъавид пр. 119,  Тел.: 539-39-72 

 

 


 

22 


 

23 


НАЦИОНАЛНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА 

ИНСТИТУТ ЗООЛОГИИ 

 

 

 



На правах рукописи 

 

 



 

ЭЛЬНАРА МУЗАФФАР КЫЗЫ МУРАДОВА 

 

 



 

ОСНОВНЫЕ ВРЕДИТЕЛИ КОСТОЧКОВЫХ  

ПЛОДОВЫХ ДЕРЕВЬЕВ,  ИХ ПАРАЗИТЫ И  

ХИЩНИКИ В ШЕКИ-ЗАКАТАЛСКОЙ ЗОНЕ 

 

 



2413.01 – Энтомология 

 

 



 

 

А В Т О Р Е Ф Е Р А Т 

 

 

дисссертации на соискание ученой степени  



доктора философии по биологии 

 

 



 

 

 



 

 

Баку – 2015 

 

 




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə