Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə51/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   47   48   49   50   51   52   53   54   ...   484
Ə d ə b i y y a t
Bəstəkar xanəndə 
//M.Çəmənli Sənət 
hekayələri-Çakı, 2014.-
S.447-458.
Qəniyev, T. Əlibaba 
Məmmədovun mahnıla-
rı: dərs vəsaiti.- Bakı: 
Mütərcim, 2012.- 40 s. 
Ələkbəroğlu, H. Mu-
ğam sənətnin ustadı: 
Respublika.-2013.-28 
sentyabr. - № 213. - S.10.
Mirzəbəyli İ. Ustad 
xanəndə Əlibaba 
Məmmədov: “Əhmədxan 
müəllim tara, musiqiyə, 
muğama, bütövlükdə 
xalqa xidmət edirdi” 
/İ.Mirzəbəyli //525-ci 
qəzet.- 2012.- 21 noyabr.-
S.4.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.heydar-aliyev-
foundation.org
www.musigi-dunya.az
5
Xanəndə


40
65 
illiyi
Ağaxan Abdullayev   
1950 
FEVRAL
Ağaxan Minaxan oğlu Abdulla-
yev 1950-ci il fevral ayının 6-da Bakı 
şəhərinin Əmircan kəndində anadan ol-
muşdur.
1958-1968-ci illərdə 84 saylı orta 
məkəbdə  təhsil almış, 1969-1973-cü 
illərdə A.Zeynallı adına Orta İxtisas 
Musiqi Məktəbində təhsilini davam et-
dirmişdir.
1973-cü 
ildə  İ.Əbilov adına
  Mədə-
niyyət evində muğam ixtisası üzrə mü-
əllim vəzifəsinə dəvət olunmuşdur.
İfaçılıqla bərabər, pedaqoji fəaliy-
yətlə  məşğul olan sənətkar uzun illər 
vaxtilə  təhsil aldığı Asəf Zeynal-
lı adına musiqi məktəbində  gələcək 
xanəndələrin yetişməsində böyük əmək 
sərf etmişdir. 
Hazırda Bülbül adına musiqi məktə-
bində, gimnaziyada, eləcə də Milli Kon-
servatoriyada, Mədəniyyət və İncəsənət 
Universitetində muğamdan dərs deyir. 
Xanəndə kimi 1975-ci ildə Filarmo-
niyanın səhnəsində  fəaliyyətə başla-
mışdır. Rusiya, Qazaxıstan, Gürcüstan, 
Özbəkistan, ABŞ, Kanada, Almaniya, 
Hollandiya,  İsveç, Belçika, Avstriya, 
Fransa, Avstraliya, Hindistan, İraq, 
Tunis, Türkiyə,  İran və s. ölkələrdə 
konsert proqramları ilə  çıxışlar etmiş-
dir. Dəfələrlə muğam müsabiqələrində 
münsiflər heyətinin üzvü olmuşdur.
1992-ci ildə “Azərbaycan Respubli-
kasının  Əməkdar artisti”, 1998-ci ildə 
“Azərbaycan Respublikasının Xalq ar-
tisti” fəxri adlarına layiq görülmüşdür. 
Prezident təqaüdçüsüdür.
2000-ci ildə pedaqoji fəaliyyətinə 
görə Azərbaycan Respublikasının Təhsil 
Nazirliyi Kollegiyasının Fəxri fərmanı, 
2001-ci ildə Azərbaycan Respublika-
sı Simurq Milli mükafatı, 2002-ci ildə 
“Humay” Milli mükafatı, 2003-cü ildə 
“Yaşa Azərbaycan” mükafatı ilə  təltif 
olunmuşdur. 
2010-cu ildə Azərbaycan Respubli-
kasının Prezidenti cənab  İlham  Əliyev 
tərəfindən Azərbaycan milli musiqisinin 
inkişafındakı xidmətlərinə görə Ağaxan 
Abdullayev “Şöhrət” ordeni ilə  təltif 
edilmişdir. Azərbaycan mədəniyyətinin 
inkişafına xüsusi diqqət və qayğı 
göstərən Heydər  Əliyev Fondu Xalq 
artisti Ağaxan Abdullayevin anadan ol-
masının 60 illik yubileyi münasibətilə 
xanəndənin musiqi albomunu nəşr et-
mişdir.
Nəşrdəki üç kompakt diskdə 
cəmlənmiş musiqi nümunələri sənət 
hesabatı kimi xanəndənin yaradıcılıq 
yolunu  əks etdirir. Burada xanəndənin 
ifasında “Rast” dəsgahı, “Bayatı-kürd”, 
“Zabul segah”, “Rahab”, “Bayatı-
Qacar” muğamı, “Humayun” təsnifi və 
xalq mahnıları toplanmışdır.
Xanəndənin həyat və yaradıcılı-
ğından bəhs edən kitabda isə ömrü-
nün müxtəlif məqamlarını  əks etdirən 
şəkillər də yer almışdır.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin