Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə47/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   43   44   45   46   47   48   49   50   ...   484
37
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
105 
illiyi
Rüstəm Mustafayev     
1910-1940 
FEVRAL
Rüstəm Məmmədhənifə oğlu Mus-
tafayev 1910-cu il fevral ayının 25-də 
Bakıda doğulmuşdur. 1926-cı ildə 
Bakı Ali Rəssamlıq Məktəbini bitir-
mişdir. 
1928-ci ildə Moskvada müəyyən 
təcrübə keçdikdən sonra Bakıya qa-
yıtmış, bir müddət Bakı Azad Tənqid-
Təbliğ Teatrında (sonrakı adı Türk 
İşçi Kəndli Teatrı) tamaşalara səhnə 
tərtibatı vermişdir. O, sadəcə illüst-
rasiya çəkməklə kifayətlənməmiş, 
bütün səhnələrin qurulmasında fəal 
iştirak etməklə rejissor və müəlliflərə 
kömək etmişdir.
Repressiyanın hökm sürdü-
yü ağır illərdə Rüstəm Mustafayev 
Azərbaycan Dövlət Dram Teatrın-
da baş  rəssam işləmişdir. Mirzə 
Cəlilin, Cəfər Cabbarlının, Hüseyn 
Cavidin,  Əbdürrəhim bəy Haqver-
diyevin  əsərlərinə verdiyi tərtibatlar 
Azərbaycan teatr-dekorasiya sənətinin 
orijinal, qiymətli nümunələri sayıl-
mışdır. Rüstəmin tamaşalara verdiyi 
tərtibat o qədər diqqət çəkir ki, onu 
Azərbaycan Opera və Balet Teatrın-
da da işləməyə  dəvət edirlər. “Şah 
İsmayıl”, “Leyli və  Məcnun”, “Aşıq 
Qərib”, “Koroğlu” kimi operalara 
verdiyi tərtibat böyük bəstəkarımız 
Üzeyir Hacıbəyli tərəfindən yüksək 
qiymətləndirilmişdir. 
Rüstəm Mustafayevin yaradıcılığı 
çoxşaxəli idi. O, bir tərəfdən teatr ta-
maşalarına bədii tərtibat vermiş, digər 
tərəfdən də miniatür sənətimizi, mil-
li memarlığımızı  dərindən öyrənərək 
müxtəlif sərgilərin tərtibatı ilə məşğul 
olmuş, elmi tədqiqatlar aparmış, qrafi-
ka sahəsində bir sıra müvəffəqiyyətlər 
qazanmışdır. O, neçə-neçə plakat və 
kitabların da bədii tərtibatı üzərində 
işləmişdir. Səməd Vurğun, Süley-
man Rüstəm, Rəsul Rza və başqa 
şairlərin o dövrdə  çıxan kitablarının 
bədii tərtibatı Rüstəmin ilk qrafika 
işlərindən sayılırdı. 
Moskvada keçirilən müxtəlif sərgi-
lərdə Azərbaycana məxsus bölümün 
tərtibatçısı da məhz Rüstəm Musta-
fayev olmuşdur. Onun son işlərindən 
biri 1940-cı ildə Nizami muzeyinin 
qurulması ilə bağlı idi. O, bu muzeyin 
bədii tərtibatının müəlliflərindən biri 
olmuşdur. 
1937-ci ildən ömrünün sonu-
na qədər Azərbaycan abidələrini 
mühafizə edən Mərkəzi Dövlət  
İdarəsinin direktoru vəzifəsində ça-
lışmışdır.  Nizami dövrü abidələrinin 
və  Şəki Xan sarayının elmi bərpası 
sahəsində mühüm xidmətləri olmuş-
dur. 
O, müxtəlif mükafatlara, fəxri 
fərmanlara, eləcə  də  “Şərəf nişanı” 
ordeninə layiq görülmüşdür. 
Rüstəm Mustafayev 1940-cı 
ildə Bakı  şəhərində  vəfat etmişdir. 
Ölümündən üç il sonra Azərbaycan 
Dövlət  İncəsənət Muzeyinə bu unu-
dulmaz rəssamın adı verilmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin