Nax çıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə1/14
tarix02.01.2022
ölçüsü2,25 Mb.
#1783
  1   2   3   4   5   6   7   8   9   ...   14


    Naxçıvan Muxtar Respublikası Ali Məclisi

Sədrinin 2014-cü il 22 avqust tarixli “Nax-

çıvan  şəhərində  Dövlət  Bayrağı  Meydanı

və  Muzeyinin  yaradılması  haqqında”  Sə-

rəncamına əsasən, Naxçıvan şəhərində Dövlət

Bayrağı Meydanı və Muzeyi yaradılmışdır.

    Noyabrın 17-də Dövlət Bayrağı Meydanı

və  Muzeyinin  təntənəli  açılış  mərasimi

keçirilmişdir.

    Mərasimdə çıxış edən Naxçıvan Muxtar

Respublikası  Ali  Məclisinin  Sədri  Vasif

Talıbov muxtar respublikanın paytaxtı Nax-

çıvan  şəhərində  Dövlət  Bayrağı  Meydanı

və  Muzeyinin  istifadəyə  verilməsini  əla-

mətdar və tarixi hadisə kimi dəyərləndirmiş,

bu münasibətlə tədbir iştirakçılarını, ümu-

milikdə, muxtar respublika əhalisini təbrik

edərək demişdir: “Bayraq müstəqilliyin və

dövlətçiliyin atributudur. Bütün tarix boyu

xalqların və dövlətlərin simvolu olan bayraq

daim  uca  tutulub,  müqəddəs  bilinibdir.

Ümummilli liderimiz Heydər Əliyevin tə-

şəbbüsü ilə 1990-cı il noyabrın 17-də Nax-

çıvan  Muxtar  Respublikasının  ali  qanun-

verici  orqanında  Azərbaycan  Xalq  Cüm-

huriyyətinin  üçrəngli  bayrağı  Naxçıvan

Muxtar  Respublikasının  Dövlət  Bayrağı

kimi qəbul olundu. Böyük dövlət xadiminin

özünün işləyib hazırladığı və Ali Məclisdə

yekdilliklə qəbul olunan “Naxçıvan Muxtar

Respublikasının Dövlət rəmzləri haqqında”

tarixi Qərarda deyilirdi:

    “Naxçıvan  Muxtar  Respublikasının Ali

Məclisi qərara alır:

    1. İlk Azərbaycan Xalq Cümhuriyyətinin

üçrəngli  dövlət  bayrağı  Naxçıvan  Muxtar

Respublikasının  Dövlət  Bayrağı  kimi  təsis

edilsin.

    2. Naxçıvan Muxtar Respublikasının digər

Dövlət rəmzi – Dövlət Himni və gerbi haq-

qında  məsələ  öyrənilib  Naxçıvan  Muxtar

Respublikası  Ali  Məclisinin  müzakirəsinə

verilsin”.

    Bu qərar hələ Sovetlər Birliyinin mövcud

olduğu  dövrdə  qəbul  olunmuşdu.  Belə  bir

dövrdə ümummilli liderimizin siyasi iradəsi

sayəsində Naxçıvan Ali Məclisində qaldırılan

dövlət  bayrağı  xalqın  müstəqilliyi  naminə

sonsuz  fədakarlığın,  qətiyyətin  və  böyük

siyasi  iradənin  ifadəsi  idi.  Ölkə  Prezidenti

cənab İlham Əliyev Naxçıvan Muxtar Res-

publikası Ali Məclisinin 1990-cı il 17 noyabr

tarixli qərarının taleyüklü əhəmiyyətini qeyd

edərək demişdir: “Ulu öndər Heydər Əliyevin




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin