Nax çıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə4/14
tarix02.01.2022
ölçüsü2,25 Mb.
#1783
1   2   3   4   5   6   7   8   9   ...   14
Rəsmi xronika

Ardı 2-ci səhifədə


2

Məhz  Xalq  Cümhuriyyətinin  bayrağının

dövlət bayrağı kimi qəbul olunması Azər-

baycanı müstəqilliyə daha da yaxınlaşdırmış

və ölkəmizdə gedən proseslərə güclü təkan

vermişdir”.

    Ali  Məclisin  Sədri  diqqətə  çatdırmışdır

ki,  Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi

olan Naxçıvan Muxtar Respublikasında döv-

lət atributlarına hörmət və ehtiram yüksək

səviyyədədir.  Onun  bir  kökü  də  tarixdən

qaynaqlanır.  Naxçıvanın  qədim  tarixi  var.

Burada möhtəşəm mədəniyyət nümunələri

və  beş  min  illik  tarixə  malik  şəhər  mədə-

niyyəti  formalaşmışdır.  Bu  ərazidə  təkcə

zəngin mədəni dəyərlərin yox, eyni zamanda

böyük dövlətçilik ənənələrinin də əsası qo-

yulmuş, onuncu əsrdə “Naxçıvan şahlığı”,

on  ikinci  əsrdə  isə  Azərbaycan  Atabəylər

dövləti  yaranmışdır.  Onsəkkizinci  əsrdə

Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan

biri olan Naxçıvan xanlığı inzibati idarəçiliyin

formalaşmasına öz töhfəsini vermişdir. İyir-

minci  əsrin  əvvəllərində  1  milyondan  çox

əhaliyə malik olan Araz-Türk Respublikası

Naxçıvanın  müdafiə  qabiliyyətinin  möh-

kəmlənməsində və tarixi ərazisinin qorun-

masında mühüm xidmətlər göstərmişdir.

    Ali Məclisin Sədri demişdir: “Naxçıvanın

ən qiymətli sərvətlərindən biri də Naxçıvanın

muxtariyyətidir. Azərbaycanın bu tarixi əra-

zisində yaranmış qədim dövlətlər kimi, Nax-

çıvan Muxtar Respublikası da özünün döv-

lətçilik  atributlarına  malik  olmuşdur.

1924-cü ildə qəbul edilmiş “Naxçıvan Sosialist

Sovet Respublikası haqqında Əsasnamə”də,

Naxçıvan  Muxtar  Respublikasının  1926-cı,

1937-ci  və  1978-ci  il  konstitusiyalarında

muxtariyyətin gerbi və dövlət bayrağı haqqında

müddəalar öz əksini tapmış, onların təsvirləri

verilmişdir. İlk dəfə olaraq 1998-ci il Kons-

titusiyasında Naxçıvan Muxtar Respublikasının

Dövlət  Bayrağı  və  gerbi  ilə  yanaşı,  Dövlət

Himni də təsbit edilmişdir. Dövlətçilik tari-

ximizdə mühüm yer tutan dövlət rəmzləri və

bayraqlar bir tərəfdən nadir döv-

lətçilik irsinin varisləri kimi bizdə

iftixar hissi doğurursa, digər tə-

rəfdən Naxçıvanda mövcud olmuş

qədim dövlətlərin tarixini öyrən-

məyə də geniş imkanlar yaradır.

Naxçıvan  şəhərində  yaradılan

Dövlət Bayrağı Meydanı və Mu-

zeyi  bu  baxımdan  mühüm  əhə-

miyyətə malik olacaqdır”.

    Ali Məclisin Sədri demişdir:

“Dövlət  Bayrağı  Meydanı  və

Muzeyini  ziyarət  edən  hər  bir

insan, hər bir gənc dövlət rəmz -

lərinin tariximizdəki yeri barədə

məlumatlandırılmalı, dövlət at-

ributlarının  mahiyyəti  və  əhə-

miyyəti  geniş  təbliğ  olunmalı,

ümummilli  liderimiz  Heydər

Əliyevin  səyi  ilə  üçrəngli  bay-

rağımızın ilk dəfə dövlət bayrağı

kimi qaldırıldığı gün – noyabrın

17-si  hər  il  Naxçıvan  Muxtar

Respublikasında əlamətdar tarixi

gün kimi qeyd edilməlidir”.

    Ali  Məclisin  Sədri  bir  daha  tədbir  işti-

rakçılarını Dövlət Bayrağı Meydanı və Mu-

zeyinin açılışı münasibətilə təbrik etmiş, çı-

xışını  ulu  öndər  Heydər  Əliyevin  müdrik

kəlamları  ilə  tamamlamışdır: “Kim  Azər-




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin