Nax çıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında


baycanı sevirsə, kim Azərbaycanın müstəqil



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə5/14
tarix02.01.2022
ölçüsü2,25 Mb.
#1783
1   2   3   4   5   6   7   8   9   ...   14
baycanı sevirsə, kim Azərbaycanın müstəqil

dövlət olmasını istəyirsə, kim Azərbaycanın

işğal olunmuş torpaqlarının azad olunma-

sını istəyirsə, kim Azərbaycanın ərazi bü-

tövlüyünü  istəyirsə,  o,  bu  bayraq  altında

birləşməlidir”.

    Heydər Əliyev adına Hərbi Liseyin kursantı

Sənan Quliyev Rövşən Hüseynovun “Üçrəngli

bayrağım” şerini bədii qiraət etmişdir:

    Göylərdən almısan mavi rəngini,

    Təbiət bəxş edib öz çələngini.

    Döyüşdə çalmısan zəfər cəngini,

    Qalxıb ucalmısan Vətənlə qoşa,

    Üçrəngli bayrağım, yaşa, min yaşa!

    Xalqımın sevgisi, məhəbbətisən,

    Yurdumun vüqarı, əzəmətisən,

    Sən ulu Heydərin əmanətisən –

    Qalxıb ucalmısan Vətənlə qoşa,

    Üçrəngli bayrağım, yaşa, min yaşa!

           

    Sən qan yaddaşımsan, mənim elimsən,

   Neçə yad ölkədə ötən dilimsən,

    Ən uca zirvəyə çatan əlimsən,

    Qalxıb ucalmısan Vətənlə qoşa,

    Üçrəngli bayrağım, yaşa, min yaşa!

       

    Sinəndə parlayır, ayın, ulduzun,

    Səninlə fəxr edir hər oğlun, qızın.

    Yurdunda gül açıb ən böyük arzun,

    Qalxıb ucalmısan Vətənlə qoşa,

    Üçrəngli bayrağım, yaşa, min yaşa!

     

    Heydər Əliyev adına Hərbi Liseyin kur-



santı Sənan Quliyev, Gənc Heydərçi, Nax-

çıvan şəhər 3 nömrəli tam orta məktəbin

XI sinif şagirdi Mirqabil Əkbərov, Heydər

Əliyev  adına  tam  orta  məktəbin  X  sinif

şagirdi Gülənbər İbrahimova, gənc dövlət

qulluqçusu, Naxçıvan Muxtar Respublikası

Ailə,  Qadın  və  Uşaq  Problemləri  üzrə

Dövlət  Komitəsinin  məsləhətçisi  Gülər

Əhmədova və Heydər Əliyev təqaüdçüsü,

Naxçıvan Dövlət Universitetinin “hüquq-

şünaslıq”  ixtisası  üzrə  IV  kurs  tələbəsi

Mətin Quluzadə dövlət bayrağını yüksəlt-

mək üçün qoyulmuş qurğunu işə salmışlar.

Xüsusi qurğu alqış sədaları altında dövlət

bayrağını səmaya – əbədi yüksəliş nöqtəsinə

qaldırmışdır.

    Dövlət Himni səsləndirilmişdir.

    Sonra Ali Məclisin Sədri dövlət bayrağını

qaldıran  gənclərlə  xatirə  şəkli  çəkdirmiş,

Dövlət  Bayrağı  Muzeyinin  açılışını  etmiş,

muzey binasında və bayraq meydanında ya-

radılan şəraitlə tanış olmuşdur.

    Bildirilmişdir ki, meydanın mərkəzində

inşa olunmuş bayraq dirəyinin hündürlüyü

57 metrdir. Burada dalğalanan üçrəngli bay-

rağın uzunluğu 20, eni isə 10 metrdir. Bayraq

dirəyinin pyedestalının altında unikal quruluşa

malik  Bayraq  Muzeyi  yaradılmışdır.  Sək-

kizguşəli  ulduz  formasında  inşa  olunan

muzey binası eyni quruluşa malik sütunlarla

əhatə olunmuşdur.

    Bayraq Muzeyi dövlət atributlarımızın

tarixi və onların gələcək nəsillərə çatdırıl-

ması  baxımından  müstəsna  əhəmiyyətə

malikdir.  Muzeydə  ümummilli  liderimiz

Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il

noyabrın 17-də Naxçıvan Muxtar Respub-

likasının ali qanunverici orqanında qəbul

olunan “Naxçıvan Muxtar Respublikasının

Dövlət rəmzləri haqqında” Qərarın surəti

və  həmin  tarixi  günə  aid  fotoşəkillər  nü-

mayiş olunur. Tarixən Naxçıvan ərazisində

mövcud olmuş dövlətlərin, eləcə də Nax-

çıvan xanlığının bərpa olunmuş bayraqları,

gerblər  və  inzibati  xəritələri,  Naxçıvan

xanlığının süvari dəstələrinə verilən bay-

raqlar, döyüşçü libasları, Naxçıvan Muxtar

Respublikasının  müxtəlif  illərdə  qəbul

olunmuş  konstitusiyaları,  qədim  pul  ni-

şanlarının  fotoşəkilləri  muzeyin  ekspozi-

siyasında yerləşdirilmişdir.

    Ali Məclisin Sədri Azərbaycan Respub-

likasının Dövlət Himninin mətninin və dövlət

gerbinin təsvir olunduğu xatirə hədiyyələrini

muzeyə təqdim etmişdir.

    Ərazidə  meydana  xüsusi  gözəllik  bəxş

edən terraslar yaradılmış, dekorativ ağac lar

əkilmiş,  müasir  işıqlandırma  sistemi

qurulmuşdur.


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin