Nax çıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında


rəhbərliyi altında Naxçıvan Ali Sovetinin



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə2/14
tarix02.01.2022
ölçüsü2,25 Mb.
#1783
1   2   3   4   5   6   7   8   9   ...   14
rəhbərliyi altında Naxçıvan Ali Sovetinin

sessiyasında Azərbaycan Xalq Cümhuriy-

yətinin bayrağı Naxçıvanda dövlət bayra -

ğı  kimi  təsdiq  edildi...  Bizim  müstəqilli yə

gedən  yolumuz  o  gündən  başlamışdır.

Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı 

və Muzeyi yaradılmışdır

    Naxçıvan Azərbaycanın dövlətçilik tarixinə mühüm töh-

fələr vermişdir. Burada böyük dövlətçilik ənənələrinin əsası

qoyulmuş, X əsrdə “Naxçıvan şahlığı”, XII əsrdə Azərbaycan

Atabəylər dövləti yaranmış, XVIII - XIX əsrlərdə “Naxçıvan

xanlığı”,  XX  əsrin  əvvəlində  Araz-Türk  Respublikası

fəaliyyət  göstərmişdir. Azərbaycanın  bu  tarixi  ərazisində

formalaşan  ən  qiymətli  sərvətlərdən  biri  də  Naxçıvanın

muxtariyyətidir. Naxçıvan Muxtar Respublikasının yarandığı

dövrdən  ötən  90  il  ərzində  dövlətçilik  ənənələri  daha  da

möhkəmlənmiş,  muxtar  respublika  özünün  atributlarına

malik olmuşdur. 

    Naxçıvan  Muxtar  Respublikasının  1924-cü  ildə  qəbul

edilmiş  Əsasnaməsində,  eləcə  də  1926-cı,  1937-ci  və

1978-ci  illərdə  qəbul  edilmiş  konstitusiyalarında  dövlət

bayrağı haqqında müddəalar öz əksini tapmışdır. Naxçıvan

Muxtar Respublikasının 1998-ci il Konstitusiyasında isə Nax-

çıvan muxtar dövlətinin rəmzlərinin Azərbaycan Respublikasının

Dövlət Bayrağı, gerbi və Dövlət Himni olduğu təsbit edilmişdir.  

    Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il

9  noyabr  tarixli  qərarı  ilə  qəbul  edilmiş  üçrəngli  dövlət

bayrağı  ikinci  dəfə  1990-cı  il  noyabrın  17-də  Naxçıvan

Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli

lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Res-

publikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir. Azər-

baycan dövlətçiliyinin bərpası istiqamətində taleyüklü mə-

sələlərin  müzakirə  edildiyi  həmin  sessiyada  “Naxçıvan

Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi

qərar qəbul olunmuşdur. 

    Azərbaycanın tərkib hissəsi kimi Naxçıvan Muxtar Res-

publikasının Dövlət Bayrağının rəsmi olaraq 1990-cı il no-

yabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində

qəbul  olunmasını  və  bu  günün  dövlətçilik  tariximizdəki

əhəmiyyətini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası

Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndinə

əsasən qərara alıram:

    1. Hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respub-

likasının Dövlət Bayrağı günü kimi qeyd edilsin.

    2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

           




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin