Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə49/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   45   46   47   48   49   50   51   52   ...   484
İ n t e r n e t d ə
www..anl.az
www.az.wikipedia.org
www.nationalmuseum.az
25
       Rəssam


38
Musiqi.Opera.Balet
70  
illiyi
Polad Bülbüloğlu  
1945 
FEVRAL
Polad Murtuza oğlu Məmmədov 
(Bülbüloğlu) 1945-ci il fevral ayı-
nın 4-də Bakıda anadan olmuşdur. 
Məşhur müğənni Bülbülün (Murtuza 
Məmmədov) ailəsində doğulan Pola-
dın uşaqlıq dövrü Bakı ilə yanaşı, həm 
də “Qafqazın konservatoriyası” - Şuşa-
da keçmişdir.  İlk dəfə böyük səhnəyə 
1960-cı ildə - 15 yaşında çıxmış, atasını 
müşayiət etmişdir. 1962-ci ildə 17 yaşlı 
Polad ilk mahnılarını bəstələmişdir.
1963-cü ildə Ü.Hacıbəyov adına 
Azərbaycan Dövlət Konservatoriyasına 
daxil olmuş, 1968-ci ildə Qara Qaraye-
vin sinfini bitirmişdir.
1965-ci ildən həm bəstəkar, həm də 
müğənni kimi dünyada Azərbaycan mu-
siqi mədəniyyətini təbliğ etmiş, keçmiş 
Sovet ittifaqında populyar olan müxtəlif 
estrada kollektivlərinə  rəhbərlik etmiş-
dir. 20-dən çox kinofilmə və bir sıra te-
atr tamaşalarına musiqi yazmışdır.
1969-cu ildə SSRİ  Bəstəkarlar  İtti-
faqına və Kinematoqrafçılar  İttifaqı-
na üzv seçilmişdir. 1987-ci ildə Bakı 
şəhər Sovetinin deputatı seçilmişdir. 
Azərbaycan Komsomolu mükafatı lau-
reatı olmuşdur.
1973-cü ildə  “Əməkdar incəsənət 
xadimi”, 1982-ci ildə “Azərbaycan SSR 
Xalq artisti” fəxri adlarına layiq görül-
müşdür. 1987-ci ildən M.Maqomayev 
adına Azərbaycan Dövlət Filarmo-
niyasının bədii rəhbəri və direkotoru 
işləmişdir. 1989-cu ildən Azərbaycan 
Respublikasının mədəniyyət naziri 
işləmişdir. 
1995-2006-cı illərdə Azərbaycan 
Respublikası Milli Məclisinin deputatı 
olmuşdur.
1994, 1997 və 2000-ci illərdə 
“TÜRKSOY” Beynəlxalq təşkilatının 
baş direktoru vəzifəsinə seçilmişdir.
1991-ci ildə Azərbaycan Respub-
likası Milli Yaradıcılıq Akademiyası-
nın sənətşünaslıq doktoru, 1995-ci ildə 
Ə.Hüseynzadə adına Azərbaycan Dövlət 
Mədəniyyət və İncəsənət Universitetinin 
fəxri professoru, 1999-cu ildə “Avropa - 
Asiya” Beynəlxaq Humanitar Akademi-
yasının həqiqi üzvüdür.
2000-ci ildən musiqi sənəti ixtisası 
üzrə professordur.
2000-ci ilin fevral ayında Moskva 
şəhərindəki “Ulduzlar” meydanında Po-
lad Bülbüloğlunun  şərəfinə yeni ulduz 
həkk olunmuşdur. O, bu şərəfə layiq 
görülən ilk Azərbaycan bəstəkarıdır.
2006-cı ildən Azərbaycan Respub-
likasının Rusiya Federasiyasındakı 
fövqəladə  və  səlahiyyətli səfiri kimi 
fəaliyyət göstərir. O, Rusiyanın Regi-
onlararası İctimai fondu tərəfindən Ru-
siya və Azərbaycan xalqları arasında 
sülhün, anlaşmanın qorunmasında və 
dostluq  tellərinin möhkəmlənməsindəki 
xidmətlərinə görə “Müqəddəs knyaz 
Nevski” mükafatına layiq görülmüşdür.
2010-cu ildə Çingiz Mustafayev Fon-
du və ANS Şirkətlər Qrupu tərəfindən 
təsis edilən “İlin adamı” mükafatına la-
yiq görülmüşdür. 

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin