Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə57/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   53   54   55   56   57   58   59   60   ...   484
44
Milli Qəhrəmanlar
50 
illiyi
Nazim Quliyev 
1965-1992 
FEVRAL
 Nazim Qabil oğlu Quliyev 1965-ci 
il fevral ayının 7-də Beyləqan rayonu-
nun Örənqala kəndində anadan olmuş-
dur. 
1982-ci ildə  kənd orta məktəbini 
bitirdikdən sonra hərbi xidmətə çağırıl-
mışdır.
Xidmətini başa vurduqdan son-
ra 2 saylı  şərab zavoduna işə  qəbul 
olunmuşdur. 1988-ci ildə Qarabağ 
münaqişəsi başlayanda Nazim silaha 
sarılaraq özünümüdafiə  dəstələrinin 
birində döyüşə yollanmışdır.
1991-ci ilin aprel ayında Füzuli 
bölgəsində gedən döyüşdə  fəal iştirak 
etmişdir. Cuvarlı, Tuğ, Məlikcan, Arış, 
Divanlar və digər kəndlər uğrunda 
döyüşdə rəşadətlə vuruşmuşdur.
1992-ci il Köşbək kəndi uğrunda 
gedən döyüşdə qəhrəmanlıq göstərərək
bir neçə yaralı yoldaşını xilas etmişdir. 
27 yaşlı  gənc  əsgər qızğın döyüşlərin 
birində  qəhrəmancasına həlak olmuş-
dur.
Azərbaycan Respublikası Preziden-
tinin 8 oktyabr 1992-ci il tarixli 264 say-
lı Fərmanı ilə Quliyev Nazim Qabil oğ-
luna ölümündən sonra “Azərbaycanın 
Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
 Füzuli rayonu ərazisində dəfn edil-
mişdir. 
Füzuli rayonunun Yuxarı Yağləvənd 
və doğulduğu Örənqala kənd orta 
məktəbləri onun adını daşıyır.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin