Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə65/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   61   62   63   64   65   66   67   68   ...   484
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az 
www.milliqahraman.az
www.muallim.edu.az


48
45 
illiyi
Milli Qəhrəmanlar
Tahir Həsənov 
1970-1992    
Milli Qəhrəman
22
FEVRAL
Tahir Tofiq oğlu Həsənov 1970-ci 
il fevral ayının 22-də Bakı  şəhərində 
doğulmuşdur.
1987-ci ildə  Nəsimi rayonundakı 
23 saylı orta məktəbi bitirmiş, 1988-ci 
ildə isə hərbi xidmətə çağırılmışdır.
1990-cı ildə ordudan  tərxis olunmuş, 
sənədlərini Bakı Dövlət Universitetinə 
vermiş  və tarix fakültəsinə daxil ol-
muşdur. Ailənin yeganə övladı ol-
masına baxmayaraq o, universite-
tin ikinci kursundan könüllü olaraq 
vətənin müdafiəsinə qalxan igidlərin 
sırasına qoşulmuşdur. Cəsur koman-
dir Tahir Həsənov Yuxarı Qarabağda, 
Ağdərə, Başkənd, Meşəli və  Çıldı-
ran  əməliyyatlarında torpaqlarımızın 
müdafiəsində fəal iştirak etmişdir. 
1992-ci il sentyabr ayının 2-də 
Çıldıran yüksəkliyindəki uğurlu 
əməliyyatlardan qayıdarkən düşmənlə 
üz-üzə  gəlmiş  və erməni quldurlarını 
məhv edərək, özü də qəhrəmancasına 
həlak olmuşdur. 
Azərbaycan Respublikası Prezi-
dentinin 19 oktyabr 1992-ci il tarixli 
273 saylı  Fərmanı ilə  Həsənov Ta-
hir Tofiq oğluna ölümündən sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanın-
da dəfn edilmişdir. 
Təhsil aldığı 23 saylı orta məktəb 
qəhrəmanın adını daşıyır.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin