Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə67/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   63   64   65   66   67   68   69   70   ...   484
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az 
www.milliqahraman.az


49
Siyasət.Hüquq.Hərbi iş
FEVRAL
Artur Tahir oğlu Rasi-zadə 1935-
ci il fevral ayının 26-da Gəncə 
şəhərində anadan olmuşdur. 
1952-ci ildə  Lənkəran  şəhər 
4 saylı orta məktəbdə  təhsilini  
müvəffəqiyyətlə başa vurmuşdur.
1957-ci ildə Azərbaycan Sənaye 
İnstitutunu bitirdikdən sonra əmək 
fəaliyyətinə Azərbaycan Neft Ma-
şınqayırması ETİ “AzİNMAŞ”-da 
mühəndis vəzifəsində başlamış, son-
radan böyük mühəndis, layihənin baş 
mühəndisi,  şöbə müdiri, elmi işlər 
üzrə direktor müavini vəzifələrində 
işləmişdir.
1973-1975-ci illərdə “Azneftsəna-
yemaş” birliyində baş mühəndis, 
1975-1977-ci illərdə  “İttifaqneft-
maş” ЕİB rəisinin birinci müavini - 
baş mühəndis, 1977-1978-ci illərdə 
“AzİNMAŞ” Neft maşınqayırması 
ETİ-nin direktoru olmuşdur.
1978-1981-ci illərdə Azərbaycan 
SSR Dövlət Plan Komitəsi sədrinin 
müavini, 1981-1986-cı illərdə Azər-
baycan KP MK-da maşınqayırma 
şöbəsinin müdiri, 1986-1992-ci 
illərdə Azərbaycan Respublikası 
Nazirlər Soveti Sədrinin birinci mü-
avini vəzifələrində çalışmışdır. 
1992-1994-cü illərdə  İqtisadi  İs-
lahatlar Fondunun məsləhətçisi, 
1994-cü ildə “DEKA-B” şirkətində 
məsləhətçi, 1994-1996-cı illərdə İq-
tisadi İslahatlar Fondunda məsləhətçi 
vəzifəsində işləmişdir.
1996-cı ildə Azərbaycan Respubli-
kası Prezidentinin iqtisadi məsələlər 
üzrə köməkçisi təyin edilmişdir.
1996-cı ilin may ayından 
Azərbaycan Respublikası Baş nazi-
rinin birinci müavini, 1996-2003-cü 
illərdə Baş nazir, 2003-cü ilin avqust 
- noyabr aylarında Baş nazirin birin-
ci müavini vəzifələrində çalışmışdır.
2003-cü ilin noyabr ayından 
yenidən Azərbaycan Respublikası-
nın Baş naziridir.
SSRİ ordenləri (“Şərəf nişanı” or-
deni) və medallarla təltif edilmişdir. 
1971-ci ildən SSRİ Dövlət mükafatı 
laureatıdır.
Azərbaycan Respublikasının 
sosial-iqtisadi inkişafına verdiyi bö-
yük töhfələrə görə görkəmli ictimai-
siyasi xadim  Artur Tahir oğlu  Rasi-
zadə 2006-cı ildə “İstiqlal”,  2010-cu 
ildə “Şərəf” ordenləri ilə təltif edil-
mişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin