Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə63/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   59   60   61   62   63   64   65   66   ...   484
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az 
www.milliqahraman.az
www.muallim.edu.az
14
Milli Qəhrəman


47
60 
illiyi
Milli Qəhrəmanlar
Faiq Rəfiyev 
1955-1992 
Milli Qəhrəman
22
FEVRAL
Faiq Qəzənfər oğlu Rəfiyev 1955-ci 
il fevral ayının 22-də Füzuli rayonunun 
Sarıcıq kəndində anadan olmuşdur. 
1972-ci ildə Qarakollu kənd orta 
məktəbini bitirmişdir.
1973-1975-ci illərdə Arxangelsk 
vilayətində  hərbi xidmətdə olmuşdur. 
Ordudan tərxis olunaraq, Plistesk ra-
yonunda milis vəzifəsində çalışmışdır.
Sankt-Peterburq şəhərində Ali Hərbi 
Milis Məktəbinin qiyabi şöbəsində 
oxumuş, 1984-cü ildə  təhsilini başa 
vuraraq leytenant rütbəsi almış, sahə 
müvəkkili vəzifəsində işə başlamışdır.
1990-cı ildə 20 Yanvar faciəsindən 
sonra vətənə qayıdaraq, Xocavənd ra-
yonunda sahə müvəkkili işləmişdir. 
Axullu, Tuğ, Qaradağlı  kəndlərinin 
düşməndən  qorunmasında qəhrəmanlıq 
göstərmişdir. 
Cəsur döyüşçü 1992-ci il yanvar 
ayının 10-da Koçbəy kəndinin erməni 
quldurlarından təmizlənməsi zamanı 
qəfil atılan güllə ilə həlak olmuşdur.
Azərbaycan Respublikası Prezi-
dentinin 2 oktyabr 1992-ci il tarixli 
264 saylı  Fərmanı ilə  Rəfiyev Faiq 
Qəzənfər oğluna ölümündən sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adı verilmişdir.
Doğulduğu Sarıcıq kəndində  dəfn 
edilmişdir.
Lökbatan qəsəbəsindəki 166 saylı 
orta məktəb qəhrəmanın adını daşıyır.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin