Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə70/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   66   67   68   69   70   71   72   73   ...   484
Ə d ə b i y y a t
Azərbaycan ədəbiyyatına 
dair tədqiqlər (IX-XX 
əsrlər) /Ə.Mirəhmədov.- 
Bakı: Maarif, 1983.- 362 
s. 
Azərbaycan Mol-
la Nəsrəddini 
/Ə.Mirəhmədov.- Bakı: 
Yazıçı, 1980.- 429 s. 
Ədəbiyyat: 10-cu 
sinif: ümumtəhsil 
məktəbləri üçün dərslik 
/Ə.Mirəhmədov, 
Z.Əsgərli; red: 
B.Ələkbərova.- Bakı: 
Maarif, 2003.-304 s.
Yazıçılar, talelər, əsərlər 
/Ə.Mirəhmədov.- Bakı: 
Azərnəşr, 1978.- 312 s. 
Əhmədov, T. Əziz 
Mirəhmədov /T.Əhmədov 
//XX əsr Azərbaycan 
yazıçıları: ensiklopedik 
məlumat kitabı.- Bakı, 
2004.- S.298.
İ n t e r n e t d ə
www. az.wikipedia.org
www.anl.az
www.muallim.edu.az
www.azyb.net
11
95 
illiyi
Ədəbiyyatşünas
Əziz Mirəhmədov   
1920-2002   


52
105 
illiyi
Ə d ə b i y y a t
Fərəcov, Ç. “Fəaliyyətini 
Vətəninə, xalqına xidmətə 
həsr etmiş böyük vətəndaş” 
/ÇFərəcov //Xalq qəzeti.- 
2010.- 25 fevral.- S.5.
İmam Mustafayev-100         
//Elm.- 2010.- 12 noyabr.- 
S.2.
Əhmədov, S. İmam Mus-
tafayev /Səbuhi Əhmədov          
//Azərbaycan tarixindən 
yüz şəxsiyyət.- Bakı, 2006.- 
S.218-220.
İmam Daşdəmir oğlu 
Mustafayev: biblioqra-
fiya /tərt. Tərlan İmam 
qızı.- Bakı: Elm, 2000.-183 
s.- (Azərbaycanın elm və 
mədəniyyət xadimləri). 
Mirzəyev, O. İmam Mustafa-
yev (siyasi portret) /Osman 
Mirzəyev //Ədəbiyyat 
qəzeti.- 2010.- 13 avqust.- 
S.1,2.
İmam Mustafayevlə Əziz 
Əliyevi birləşdirən Güney 
Azərbaycan missiyası          
//Təzadlar.- 2013.- 15 okt-
yabr.- S.7.
İ n t e r n e t d ə
www.anl.az
www.adau.edu.az
İmam Daşdəmir oğlu Mustafayev 
1910-cu il fevral ayının 25-də Qax ra-
yonunda anadan olmuşdur.
1922-1928-ci ildə Zaqatala Kənd Tə-
sərrüfatı Texnikumunda təhsil almışdır. 
O, 1929-cu ildə Bakı  şəhərində 
Azərbaycan Kənd Təsərrüfatı  İnstitu-
tuna daxil olmuş, sonra institut Gəncə 
şəhərinə köçürüldüyündən, o da buraya 
gəlmişdir. 
1934-1938-ci illər  ərzində AzKTİ 
istehsalat təcrübəsi bölməsinə rəhbərlik 
etmişdir. Zootexnika fakültəsinin deka-
nı, sonra isə Azərbaycan Kənd Təsər-
rüfatı  İnstitutunun tədris və elmi işlər 
üzrə direktor müavini kimi məsul 
vəzifələrə irəli çəkilmişdir. 
1938-ci ildə kənd təsərrüfatı elmləri 
namizədi, 1964-cü ildə isə biologiya 
elmləri doktoru adını almışdır. 
1938-1940-cı illərdə Kənd  Təsərrü-
fatı  İnstitutunda genetika, seleksiya 
və toxumçuluq kafedrasının rəhbəri, 
tədris və elmi işlər üzrə direktor müa-
vini vəzifəsini icra etmişdir.  O, ilk dəfə 
egilopsların çovdarla çarpazlaşdırılması 
nəticəsində cinslərarası fertil hibridlər, 
“Sevinc”, “Cəfəri”, “Zoğal-buğda”, 
“Arzu” və s. sortlar yetişdirmişdir.
1947-1950-ci illərdə Azərbaycan 
SSR Kənd Təsərrüfatı naziri vəzifəsində 
çalışmışdır. 
1949-cu il Azərbaycan K(b)P XVII 
qurultayının nümayəndəsi, 1950-ci 
il Azərbaycan K(b)P MK-nın üzvü, 
1950-ci il Azərbaycan SSR Elmlər 
Akademiyasının həqiqi üzvü, 1950-
1952-ci illər Azərbaycan SSR Elmlər  
Akademiyasının katibi, 1951-1952-ci 
illər “Azərbaycan SSR Elmlər Akade-
miyasının Məruzələri” jurnalının redak-
toru, Bakı şəhər Zəhmətkeş Deputatları 
Sovetinin deputatı, Azərbaycan SSR 
Xaçmaz seçki dairəsindən SSRİ Ali So-
veti III çağırış İttifaq Sovetinin deputa-
tı, 1951-ci il Azərbaycan K(b)P XVIII 
qurultayının nümayəndəsi, Azərbaycan 
K(b)P MK üzvü, 1952-ci il Azərbaycan 
K(b)P MK katibi,   1954-1959-cu illərdə 
AKP MK 1-ci katibi olmuşdur.  
İ.Mustafayev SSRİ-nin Dünya bit-
ki ehtiyatlarını öyrənən Elmi şurasının 
üzvü, Azərbaycan SSR Elmlər Akade-
miyası elmi-tarixi Şurası kənd təsərrüfatı 
bölməsinin sədri olmuşdur. 
O, göstərdiyi xidmətlərə görə 
dövlət tərəfindən 4 orden (Lenin, II 
dərəcəli Vətən Müharibəsi, Qırmı-
zı Ulduz ordenləri) və 9 medalla təltif 
edilmişdir. 1988-ci ildə respublikada 
elmin inkişafında və elmi kadrlar ha-
zırlanması sahəsindəki xidmətlərinə 
görə Azərbaycan Respublikası Ali So-
veti Rəyasət Heyətinin qərarı ilə ona 
“Azərbaycan SSR Əməkdar elm xadi-
mi” adı verilmiş, 1995-ci ildə isə ana-
dan olmasının 85 illiyi münasibətilə 
“Şöhrət” ordeni ilə təltif edilmişdir.
İmam Mustafayev 1997-ci il mart 
ayının 10-da vəfat etmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin