Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə16/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   12   13   14   15   16   17   18   19   ...   484
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.muallim.edu.az
1
55 
illiyi
 Milli Qəhrəman


13
Milli Qəhrəmanlar
Naiq Yusifov  
1970-1992   
Y
ANV
AR
 Naiq Nəsir oğlu Yusifov 1970-ci il 
yanvar ayının 5-də Tovuz rayonunun 
Ağdam kəndində anadan olmuşdur. 
1987-ci ildə doğma kəndlərində 
orta məktəbi bitirərək, 1988-ci ildə So-
vet ordusu sıralarına hərbi xidmətə ça-
ğırılmışdır. Naiq hərbi xidmətini Gür-
cüstanın Texakaya şəhərində yerləşən 
rabitə batalyonunda başa çatdırmış 
və 1990-cı ildə  Vətənə qayıtmışdır. 
Bir müddət sonra yerli özünümüdafiə 
dəstəsinə üzv yazılmışdır. 
1992-ci il mart ayının 24-də Tovuz  
rayonunun Koxa-Nəbi kəndinə işğalçı 
erməni yaraqlılarının hücumu zamanı 
Naiq cəsur, fədakar, vətənpərvər bir 
əsgər kimi döyüş meydanında xüsusi 
qəhrəmanlıq nümayiş etdirmişdir. O, 
son dərəcə gərgin, qeyri-bərabər döyüş 
zamanı mühasirəyə düşən yoldaşlarını 
təhlükəli zonadan xilas etməyə bütün 
gücü, bacarığı ilə  səy göstərmişdir. 
Amma son anda yağı düşmənin əlinə 
keçməmək üçün əlindəki qumbaranı 
sinəsinə sıxaraq qəhrəmancasına həlak 
olmuşdur. 
Onun Vətən uğrunda göstərdiyi bu 
şücaət ölkə başçısı  tərəfindən yüksək 
qiymətləndirilmişdir. Azərbaycan Res-
publikası Prezidentinin 7 iyun 1992-ci 
il tarixli 833 nömrəli Fərmanı ilə Yusi-
fov Naiq Nəsir oğlu ölümündən sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adına layiq görülmüşdür.
Tovuz rayonunun Ağdam kəndində 
dəfn olunmuşdur. Vaxtilə təhsil aldığı 
orta məktəb də  qəhrəmanın adını da-
şıyır.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin