Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə24/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   20   21   22   23   24   25   26   27   ...   484
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az 
www.az.wikipedia.org
www.warheroes.ru 
ordeni”nə layiq görülmüşdü.
1944-cü il avqust ayının 1-də Aslanovun bri-
qadası başqa ordu hissələri ilə birlikdə Yelqava 
şəhərini düşməndən təmizləmişlər. O, Volqadan 
başlamış Baltikədək bütün döyüşlərdə özünü baca-
rıqlı sərkərdə, fitri istedad sahibi kimi göstərmişdir. 
Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 
dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür al-
mışdır. İki dəfə “Qırmızı Ulduz”, üç dəfə “Qırmızı 
Bayraq”, “Aleksandr Nevski”, İkinci dərəcəli “Su-
vorov Ordeni”, I dərəcəli “Vətən Müharibəsi Or-
deni” və saysız medallarla təltif edilmişdir.
Stalinqraddan Baltik sahillərinədək döyüş yolu 
keçən Həzi Aslanov 1945-ci il 24 yanvar tarixində 
Latviyanın Liepay rayonunda alman faşistləri 
ilə döyüşdə  qəhrəmancasına həlak olmuşdur. 
Ölümündən 47 il sonra ona ikinci “Sovet İttifaqı 
Qəhrəmanı” adı verilmişdir.
Həzi Aslanovun məzarı Bakıda Şəhidlər Xiya-
banındadır. Burada qəhrəmanın abidəsi ucaldıl-
mışdır. 1969-cu ildə  Həzinin vətəni Lənkəranda 
onun ev-muzeyi açılmış, 1983-cü il may ayının 
8-də Lənkəran şəhərinin mərkəzində onun boyük 
heykəli ucaldılmışdır. Bakıdakı küçələrdən və 
metrostansiyalardan biri Həzi Aslanovun adını da-
şıyır. 
Haqqında “General Həzi Aslanov” (1945), 
“General Aslanov” (1970), “Estafet” (1982), “Sizi 
dünyalar qədər sevirdim” (1985), “Dəmir atlı 
cəngavər” (2003) adlı filmlər çəkilmişdir.



Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin