Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə22/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   18   19   20   21   22   23   24   25   ...   484
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
22
65 
illiyi
Milli Qəhrəman


16
Siyasət.Hüquq.Hərbi iş
105 
illiyi
Həzi Aslanov
1910-1945    
Y
ANV
AR
Həzi Əhəd oğlu Aslanov 1910-cu il 
yanvar ayının 22-də Lənkəran şəhərində 
anadan olmuşdur. İbtidai təhsilini 1 say-
lı şəhər orta məktəbində almışdır. 
13 yaşında atasını itirən Həzi kərpic 
zavodunda fəhlə kimi işləməyə başla-
mışdır. Sonra komsomol ezamiyyəti ilə 
Zaqafqaziya hərbi hazırlıq məktəbinə 
göndərilmiş, 1929-cu ildə oranı bitirdik-
dən sonra Leninqrad süvari məktəbinə 
daxil olmuşdur. 
İki illik təhsildən sonra o, Kotovsk 
adına III Bessarabiya süvari diviziya-
sında tağım komandiri kimi fəaliyyətə 
başlamış, döyüş texnikası ilə yaxından 
maraqlanmış, həm öyrənmiş, həm də 
öyrətmişdir.
İkinci dünya müharibəsi başlananda
Həzi Ukraynada xidmət edirdi. 1941-
ci il iyun ayının 23-nə keçən gecə al-
man zirehli qoşunları ilə qeyri-bərabər 
döyüşdə, o, özünü bacarıqlı  sərkərdə 
kimi göstərmişdi. Öz döyüşçüləri ilə 
Donbass  ətrafında düşmənin  şiddətli 
hücümlarını beş ay dəf etmiş, onu ağır 
tələfata uğratmışdı. 1941-ci ilin dekabr 
ayında Moskva ətrafında vuruşmalarda 
qəhrəmanlığına görə “Qırmızı Ulduz” 
ordeninə layiq görülmüşdü. Xarkov və 
Stalinqrad  ətrafında gedən döyüşlərdə 
Həzinin başçılığı ilə 55-ci tank briqada-
sının tankçıları düşmənə  ağır zərbələr 
endirmişlər. Aslanovun tankçıları 
vuruşa-vuruşa 40 km-dən artıq yol gedib 
Stalinqrad - Salsk dəmir yolunu tutub
almanları Stalinqrad qruplaşmasının 
əsas magistralından məhrum etmişdilər. 
Tanklar düşmənin xeyli qüvvəsini və 
texnikasını sıradan çıxarmışdı.
Aslanovun döyüşçüləri Kotelnikovo 
yaxınlığında gedən döyüşlərdə böyük 
şücaət göstərmişdilər. Düşmənin 30 
əks-hücumu dəf edilmiş, bir batalyon 
piyada qoşunu, 30 tankı, 50 avtomo-
bili sıradan çıxarılmışdı. Bu döyüşdə 
göstərdiyi  şücaətə görə podpolkovnik 
H.Aslanov 1942-ci il dekabr ayının 22-
də “Sovet İttifaqı Qəhrəmanı” adına la-
yiq görülmüşdür. 
O, daim öz hərbi biliyini artırmağa 
səy göstərirdi. 1943-cü il dekabr ayı-
nın 17-dən 1944-cü il aprel ayının 6-na 
kimi o, Zirehli tank qoşunları Akademi-
yasının birillik təhsil proqramını 3 aya 
mənimsəmiş, sonra yenidən doğma 35-
ci qvardiya tank briqadasına qayıtmış-
dı.
1944-cü il mart ayının 13-də ona 
tank qoşunları general mayoru rütbəsi 
verilmişdir. 
1944-cü il iyun ayının axırlarında 
Belorusiya və I Pribaltika cəbhəsinin 
qoşunları hücuma keçmişdilər. Belo-
rusiyanın iri şəhər və  dəmiryollarını 
azad etdikdən sonra Aslanovun tankları 
Vilnüsə hücumları davam etdirmişlər. 
General mayorun briqadası iyunun 
24-dən iyulun 13-nədək düşmənə  ağır 
zərbələr endirmişdi. Bu döyüşdəki 
qələbəyə görə 35-ci qvardiya tank bri-
qadası “Qırmızı bayraq” ordeninə, ge-
neral özü isə ikinci dərəcəli “Suvorov 

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin