Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə18/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   14   15   16   17   18   19   20   21   ...   484
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az 
www.milliqahraman.az
www.muallim.edu.az
5
45 
illiyi
Milli Qəhrəman


14
Milli Qəhrəmanlar
Şamoy Çobanov 
1965-1990
Y
ANV
AR
Şamoy Məhyəddin oğlu Çobanov 
1965-ci il yanvar ayının 19-da Qazax 
rayonunun Ağköynək kəndində anadan 
olmuşdur. 1982-ci ildə 1 saylı Qazax 
şəhər orta məktəbini bitirdikdən son-
ra avtonəqliyyat müəssisəsində  əmək 
fəaliyyətinə başlamışdır.
Şamoy Çobanov 1983-cü ildə Sovet 
Ordusu sıralarına hərbi xidmətə çağırıl-
mış və 1985-ci ildə ordudan tərxis olu-
naraq doğma yurdu Qazax şəhərinə qa-
yıtmışdır.  Əvvəllər işlədiyi müəssisədə 
çilingər kimi fəaliyyətini davam etdir-
mişdir. 1989-cu ildə Qazax Rayon Polis 
Şöbəsinə işə qəbul  olunmuşdur.
Erməni yaraqlılarının  Xeyrimli, Yu-
xarı  Əskipara, Bağanis Ayrım kəndlərinə 
hücumları ara vermirdi. Şamoy bu 
kəndlərdə əhalinin təhlükəsizliyini təmin 
etmək məqsədilə öz polis yoldaşları ilə 
birgə postlar qurmuşdu. Cəsur polis iş-
çisi tez-tez erməni yaraqlıları ilə üzbəüz 
gəlirdi. O, erməni quldurlarına öz çirkin 
əməllərini həyata keçirməyə imkan ver-
mirdi.
1990-cı il avqustun 19-unda Yuxarı 
Əskipara kəndinə gedən avtobus kəndin 
yaxınlığındakı “Qanlı  dərə” deyilən 
yerdə erməni silahlıları  tərəfindən 
gözlənilmədən hücuma məruz qalır. Av-
tobusu müşayiət edən Şamoy cəld yerə 
atılır və qanlı döyüş başlayır. Düşmən 
geri oturdulsa da, sərnişinlərdən yarala-
nanlar və ölənlər var idi. Həmin döyüşdə 
kənd camaatının böyük hörmətini qa-
zanmış  vətənpərvər polis əməkdaşı  Şa-
moy Çobanov da həlak olur.
Azərbaycan Respublikası Prezidenti-
nin 8 oktyabr 1992-ci il tarixli 264 saylı 
Fərmanı ilə Çobanov Şamoy Məhyəddin 
oğluna ölümündən sonra “Azərbaycanın 
Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Doğulduğu Ağköynək kəndində dəfn 
edilmişdir. Ağköynək kənd məktəbi 
qəhrəmanın adını daşıyır.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin