Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə26/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   22   23   24   25   26   27   28   29   ...   484
Ə d ə b i y y a t
Ağdaşdan başlanan ma-
arifçılık yolu... : Muxtar 
Əfəndizadə Azərbaycan 
istiqlalına və elminə böyük 
töhfələr vermiş şəxsiyyətdir 
/İsmayıl İsmayıl //Şərq 
2014.- 14 avqust.- S.7.
Həsənzadə, K. Muxtar 
Əfəndizadənin maarifçilik 
fəaliyyəti /K.Həsənzadə      
//Təhsil 2014.- №2.- S.76-
79.
Qədirov, M. Vətənpərvər 
maarifçi alim: Muxtar 
Əfəndizadə /M.Qədirov 
//525-ci qəzet.- 2010.- 28 
yanvar.- S.8.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.muallim.edu.az
www.tehsilproblemleri.com
www.azadliq.info
1
Maarif xadimi


19
Mədəniyyət.Maarif.Elm
105 
 illiyi
Məmmədağa Sultanov 
1910-1991 
Y
ANV
AR
Məmmədağa Sultan oğlu Sultanov 
1910-cu il yanvar ayının 5-də  Cənubi 
Azərbaycanın  Ərdəbil  şəhərində anadan 
olmuşdur. Kiçik yaşlarında ailəsi ilə birgə 
Bakıya köçmüş, ibtidai təhsilini tamamla-
dıqdan sonra fərdi təhsil almışdır.
1932-1933-cü illərdə “Hücum” jurna-
lının məsul katibi olmuşdur. 1933-1935-
ci illərdə Kürdəmir Rayon MTS siyasi 
şöbəsinin orqanı “Bolşevik” qəzetinin 
redaktoru, 1935-1936-cı illərdə Masallı 
rayon qəzetinin redaktoru, 1936-1937-
ci illərdə “Gənc işçi” qəzetinin redakto-
ru, 1937-1938-ci illərdə “Kommunist” 
qəzeti redaksiyasında elm və mədəniyyət 
şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 
1939-cu ildə Mühəndis və Təsərrüfatçıların 
ixtisasını artıran  İnstitutun Dil və 
Ədəbiyyat kafedrasının müdiri, 1939-
1941-ci illərdə ADU-nun aspirantı olmuş  
və universitetdə müəllim işləmişdir. İkin-
ci Dünya müharibəsi dövründə Zaqafqa-
ziya cəbhəsi siyasi idarəsinin tərcüməçisi 
və siyasi təlimatçısı kimi Sovet ordusu 
tərkibində 1941-1942-ci illərdə Təbrizdə, 
1942-1945-ci illərdə isə Qafqazda ol-
muşdur. M.Sultanov 1945-1950-ci illərdə 
Azərbaycan EA Nizami adına Dil və 
Ədəbiyyat İnstitutu Əlyazmalar şöbəsinin 
müdiri işləmişdir. 1948-ci ildə  filolo-
giya elmləri namizədi elmi dərəcəsinə 
yiyələnmişdir. 1950-1972-ci illərdə 
Azərbaycan EA Əlyazmalar fondunun di-
rektoru, 1972-1976-cı illərdə şöbə müdiri, 
1976-1981-ci illərdə AEA Yaxın və Orta 
Şərq Xalqları  İnstitutunun  Şərq ölkələri 
ilə ədəbi əlaqələr şöbəsinin müdiri, 1982-
ci ildə AEA Respublika Əlyazmalar İnsti-
tutunda baş elmi işçi kimi çalışmışdır.
Ədəbi fəaliyyətə 1926-cı ildə “Gənc 
işçi” qəzetində çap etdirdiyi “Sənət 
məktəbi” adlı ilk şeiri ilə başlamışdır. 
1959-cu ildən Azərbaycan Yazıçılar Bir-
liyinin üzvü olmuşdur. 
Klassik  ədəbiyyatdan etdiyi poetik 
tərcümələr onun yaradıcılığında başlı-
ca yer tutmuşdur. 1980-ci ildə “Kəlilə 
və Dimnə” kitabındakı  şeirləri, Füzuli-
nin, Nəsiminin və digər klassiklərin fars 
dilində yaz
dığı  şeirləri poetik tərcümə 
etmişdir. Həmçinin, külli miqdarda kitab-
ları bir mətnşünas kimi tərcümə və tərtib 
etmiş, elmi məqalələr yazmışdır. Rudəki, 
Cami, Əbu Əli Sina, Sədrəddin Ayni kimi 
sənətkarların yubileyində məruzələrlə çı-
xış etmişdir. O, 1954-cü ildə Daşkənddə 
ümumittifaq  Şərqşünaslar konfransında, 
1960-cı ildə isə Moskvada Beynəlxalq 
Şərqşünaslar Konqresində Azərbaycanı 
təmsil etmişdir.
Görkəmli alim fəal ictimai iş aparmış-
dır: işlədiyi elmi tədqiqat institutlarında 
yerli həmkarlar ittifaqının sədri, ilk par-
tiya təşkilatının katibi olmuşdur. 1967-ci 
ildə  “Əməkdar mədəniyyət işçisi” fəxri 
adına layiq görülmüş, müharibə və əmək 
veteranı olmuş, xidmətlərinə görə yeddi 
medalla təltif edilmişdir.
Ədəbiyyatşünas alim Məmmədağa 
Sultanov 1991-ci il yanvar ayının 19-da 
Bakıda vəfat etmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin