Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə29/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   25   26   27   28   29   30   31   32   ...   484
5
Akademik


23
Riyaziyyat.F
izika.Astronomiya
Y
ANV
AR
Yusif Məmmədov 
1950
65 
 illiyi
Ə d ə b i y y a t 
Azərbaycan Dövlət Pe-
daqoji Universiteti-90.-
Bakı, 2012.-430 s.
Azərbaycan təhsilinin in-
kişafının Heydər Əliyev 
mərhələsi /Məmmədov Y. 
//ADPU-nun xəbərlərinin 
xüsusi buraxılışı.-2008.-
S.7-14.
Diferensial /Məmmədov 
Y.Ə., Xankişiyev Z.F.-
Bakı: Pubiishinq house 
of ASPU, 2013.-189 s.
Diferensial tənliklər: 
dərs vəsaiti 
/Y.Məmmədov.- Bakı, 
2009.- 155 s.
Karışıq problemlərin 
düzgünlüğü //Mat.
VII cümn.po duf.
ur.TMMTMK-Ustambul, 
1993.-S.18-22.
Математический 
анализ критических 
задач элоктродина-
мики: монография 
/Ю.Мамедов.-Баку: 
Элм, 2010.- 181 с.
Rüstəmov, F. İstedadlı 
alim, görkəmli elm 
və təhsil təşkilatçısı             
/F.Rüstəmov, R.Rzayev    
//Azərbaycan müəllimi.-
2010.- 22 yanvar.- S.5.
www.anl.az
www.az.wikipedia.org
Yusif  Əbülfət oğlu Məmmədov 
1950-ci il yanvar ayının 24-də  Qərbi 
Azərbaycanın Sisiyan rayonunun 
Dəstəgird qəsəbəsində anadan olmuş-
dur.
1966-cı ildə Azərbaycan Dövlət Uni-
versitetinin (indiki BDU) Mexanika-
riyaziyyat fakültəsinə daxil olmuşdur. 
1974-cü ildə namizədlik, 1990-cı ildə 
isə doktorluq dissertasiyasını müdafiə 
etmiş, 1971-1993-ci illərdə Azərbaycan 
Dövlət Universitetinin Riyazi fizika 
tənlikləri kafedrasının  əvvəlcə assis-
tenti, baş müəllimi, dosenti, professoru, 
1993-cü ildən Azərbaycan Dövlət Uni-
versitetinin Riyazi fizika tənlikləri ka-
fedrasının müdiri, 2000-2004-cü illərdə 
Bakı Dövlət Universitetinin Tətbiqi 
riyaziyyat və kibernetika fakültəsinin 
dekanı, 2004-2006-cı illərdə BDU-nun  
elmi işlər üzrə prorektoru, 2006-cı il 
aprelin 21-də Azərbaycan Respublika-
sının Prezidenti cənab  İlham  Əliyevin 
Sərəncamı ilə Azərbaycan Dövlət Peda-
qoji Universitetinin rektoru vəzifəsinə 
təyin edilmişdir. 
Professor Yusif Məmmədovun elmi 
tədqiqatlarının  əhatə dairəsi çoxşaxəli 
olub, riyaziyyatın maraqlı, mürəkkəb 
və az tədqiq olunan sahələrini  əhatə 
edir. O, diferensial tənliklər, riya-
zi  fizika tənlikləri, qarışıq və  sərhəd  
məsələlərinin həlli üçün çıxıqlar üsulu, 
riyazi fizikada asimptotik və ədədi üsul-
lar və s. fənləri tədris edir. 100-dən ar-
tıq elmi əsərin müəllifidir.  Əsərlərinin 
xeyli hissəsi xarici ölkələrin nüfuzlu 
jurnallarında çap olunmuşdur. 14 elmlər 
namizədi, 1 elmlər doktoru yetişdirmiş-
dir.
YUNESKO-nun “Elmi biliklərin və 
texnologiyaların etikası” Azərbaycan 
Komitəsinin üzvüdür. Azərbaycan Res-
publikası Prezidenti yanında Ali Attes-
tasiya Komissiyasının riyaziyyat və me-
xanika ixtisasları üzrə ekspert şurasının 
üzvüdür.
“ADPU-nun xəbərləri” elmi 
məcmuəsinin baş redaktoru, “AMEA-
nın xəbərləri”, “BDU-nun xəbərləri”, 
“Riyaziyyat və Mexanika İnstitutu-
nun  əsərləri”, “Sumqayıt Dövlət Uni-
versitetinin xəbərləri”, “Kurikulum” 
jurnallarının redaksiya heyətinin üz-
vüdür. O, hazırda ADPU-da fəaliyyət 
göstərən ümumi pedaqogika, pedaqogi-
ka və təhsilin tarixi, təlim və tərbiyənin 
nəzəriyyəsi və metodikası ixtisası üzrə 
dissertasiya şurasının sədridir. 
Görkəmli alimin elmi, pedaqoji, 
təşkilatçılıq fəaliyyəti dövlət tərəfindən 
yüksək qiymətləndirilmiş, ona 2000-ci 
ildə Azərbaycan Respublikası Preziden-
ti cənab Heydər Əliyevin Sərəncamı ilə 
“Əməkdar elm xadimi” fəxri adı veril-
mişdir. 2001-ci ildə Azərbaycan Milli 
Elmlər Akademiyasının müxbir üzvü 
seçilmişdir. 
Yusif Məmmədov 2010-cu ildə 
Azərbaycan Respublikasının Preziden-
ti cənab  İlham  Əliyevin Sərəncamı ilə 
“Şöhrət” ordeni ilə təltif edilmişdir. 

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin