Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə32/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   28   29   30   31   32   33   34   35   ...   484
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.science.gov.az
65 
 illiyi
Akademik


25
Kimya.Biologiya.Tibb
Abdulla  Qarayev   
1910-1968 
Y
ANV
AR
Abdulla İsmayıl oğlu Qarayev 1910-
cu il yanvar ayının 14-də Bakıda anadan 
olmuşdur. 
1927-ci ildə Bakı Xalq Maarifi 
Şöbəsinin pedaqoji texnikumunu, 1930-
cu ildə Azərbaycan Dövlət Universiteti-
nin (indiki BDU) Pedaqoji fakültəsinin 
təbiət bölməsini bitirmişdir. 1932-1936-
cı illərdə Azərbaycan Dövlət Tibb İnsti-
tutunda təhsil almışdır.
O, 1937-ci ildə iki mövzu üzrə: bi-
rinci dissertasiya işinə görə tibb elmləri 
namizədi, ikinci dissertasiyaya görə 
isə biologiya elmləri namizədi alimlik 
dərəcəsi almışdır. 1937-1938-ci illərdə 
Azərbaycan Dövlət Pedaqoji İnstitutun-
da Təbiət fakültəsinin dekanı vəzifəsində 
çalışmışdır. 1940-cı ildə doktorluq işini 
müdafiə etmişdir.  
1941-1942-ci illərdə ADU-nun bi-
ologiya fakültəsinin dekanı olmuşdur. 
Fiziologiya sahəsində ilk azərbaycanlı 
professor olan Abdulla Qarayev 1942-
ci ildə müsabiqə yolu ilə Azərbaycan 
Dövlət Tibb İnstitutunun Normal fi-
ziologiya kafedrasında, Azərbaycan 
Dövlət Universitetində isə İnsan və hey-
van  fiziologiyası kafedrasında müdir 
vəzifəsində çalışmışdır. 1942-1944-cü 
illərdə Azərbaycan Dövlət Universite-
tinin elmi hissə üzrə prorektoru, 1944-
cü ilin sentyabrından 1950-ci ilin okt-
yabrına qədər isə rektoru vəzifələrində 
işləmişdir. 
1952-ci ilin mayından 1956-cı ilin 
iyuluna qədər AEA Biologiya və  kənd 
təsərrüfatı elmləri  şöbəsinin akademik-
katibi vəzifəsində çalışmışdır. 1965-ci 
ildə Ali Attestasiya Komissiyası Abdulla 
Qarayevə insan və heyvan fiziologiyası 
(indeks 102) üzrə namizədlik və doktor-
luq dissertasiyalarını müdafiəyə  qəbul 
etmək ixtiyarı vermişdir. 
1953-cü ildə onun səyi nəticəsində 
Azərbaycan EA-nın Zoologiya İnstitutu-
nun nəzdində Fiziologiya şöbəsi, 3 ildən 
sonra müstəqil Fiziologiya bölməsi ya-
radılmış və rəhbərlik Abdulla Qarayevə 
həvalə olunmuşdur. 
O, Azərbaycan Ali və Orta İxtisas 
Təhsili Komitəsinin sədri olmuş, 1961-
1963-cü illərdə komitə  sədri kimi ali 
məktəblərin maddi-texniki bazasının 
möhkəmləndirilməsi, yeni fakültə və ix-
tisasların açılmasına xüsusi diqqət yetir-
mişdir.
1968-ci il fevral ayının 2-də Azər-
baycan SSR Elmlər Akademiyasının 
Fiziologiya İnstitutu yaradılmış və aka-
demik Abdulla Qarayev institutun direk-
toru təyin olunmuşdur. 
Hazırda bu institut, eləcə də N.Nəri-
manov adına Azərbaycan Dövlət Tibb 
İnstitutunun Normal fiziologiya kafed-
rası  və Bakı  şəhərində bir küçə onun 
adını daşıyır. 
A.Qarayev 7 monoqrafiya və 300-dən 
artıq məqalənin müəllifidir.
1943-cü ildə fiziologiya elminin inki-
şafındakı xidmətlərinə görə  “Əməkdar 
elm xadimi” fəxri adına layiq görülmüş, 
1949-cu ildə AEA-nın həqiqi üzvü seçil-
miş, Lenin ordeni, 3 dəfə “Qırmızı Əmək 
Bayrağı” ordeni, “Qırmızı Ulduz” orde-
ni və medallarla təltif edilmişdir.
Abdulla Qarayev 1968-ci ildə  vəfat 
etmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin