Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə33/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   29   30   31   32   33   34   35   36   ...   484
14
Ə d ə b i y y a t 
Abdulla İsmayıl 
oğlu Qarayev-100                  
/AMEA; tərt. ed. və 
red. V.Adıgözəlova, 
A.Qazıyev, 
G.Qurbanova.- Bakı: 
Elm, 2010.- 303 s. 
Abdulla İsmayıl oğlu 
Qarayev: biblioqra-
fiya /AMEA Mərkəzi 
Elmi Kitabxanası; tərt. 
A.Əliyeva-Kəngərli; 
red. T.Ağayev.- Bakı: 
Elm, 2009.-290 s. 
Abdulla Qarayev          
//Əli Hüseynov, Məcnun 
Babayev. Məşhur bio-
logiya alimləri.- Bakı: 
Maarif, 2002.- S.144.
Abdulla İsmayıl oğlu 
Qarayev: Azərbaycanın 
təhsil nazirləri              
//Azərbaycan müəllimi.-
2012.- 27 yanvar.- S.6.
İ n t e r n e t d ə
www.anl.az 
www.az.wikipedia.org 
www.muallim.edu.az 
www.press.bsu.edu.az 
www.science.gov.az 
105 
 illiyi
Akademik


26
Kimya.Biologiya.Tibb
Nemət Qasımov 
1940 
Y
ANV
AR
Nemət Abbasəli oğlu Qasımov 1940-
cı il yanvar ayının 27-də Naxçıvan Mux-
tar Respublikasının Babək rayonunun 
Didivar kəndində anadan olmuşdur. 
1963-cü ildə ADU-nun biologiya 
fakültəsini fərqlənmə diplomu ilə bitir-
mişdir.
N.A.Qasımov 1963-1966-cı illərdə 
ADU-nun “Bitki fiziologiyası” kafed-
rasının aspirantı olmuş, 1967-ci ildə 
namizədlik, 1975-ci ildə doktorluq dis-
sertasiyası müdafiə etmiş, 1980-ci ildə 
professor adı almışdır.
N.A.Qasımov xlor ionunun bitkiyə 
daxil olmasının kinetik qanunauyğun-
luqları  və bitkilərin duzla intoksikasi-
yasının “Enerji aclığı” konsepsiyasının 
müəllifidir və bu barədə 1975-ci ildə 
Leninqradda (indiki Sankt-Peterburqda) 
keçirilən XII Beynəlxalq Botanika 
konqresində məruzə ilə keçmiş SSRİ-ni 
təmsil etmişdir.
O, Azərbaycan EA-nın Botanika İns-
titutunda elmi işçi, BDU-nun Biologiya 
fakültəsinin dekanı (1978-1988-ci illər) 
vəzifəsində çalışmışdır. Hal-hazırda 
BDU-nun “Bitki fiziologiyası” kafedra-
sının müdiridir.
N.A.Qasımov 1991-ci ildə ABŞ-ın Şi-
mali İllinoys Universitetinə dəvət olun-
muşdur. Həmin universitetdə professor 
N.A.Qasımov 40 gün müddətində elmi-
pedaqoji ezamiyyətdə olmuş, professor-
müəllim və tələbələrlə  görüşlər keçirmiş, 
universitetin elmi seminarlarında “Duz 
tənəffüsü” mövzusunda geniş  məruzə 
ilə  çıxış etmişdir. Onun Türkiyə, Rusi-
ya, Bolqarıstan, Qazaxıstan, Ukrayna, 
Özbəkistan və  digər ölkələrdə 100-dən 
çox elmi əsəri, dərslik və monoqrafiya-
ları çap edilmişdir.
N.A.Qasımov 7 dissertasiya işinə 
elmi rəhbərlik etmiş, onlarla dissertasi-
ya işinin rəsmi opponenti olmuşdur. Ha-
zırda onun rəhbərliyi ilə bir neçə tələbə 
(bunlardan 3 nəfəri İran İslam Respub-
likasındandır) dissertasiya mövzuları 
üzərində tədqiqatlarını davam etdirirlər. 
N.A.Qasımov BDU-nun və biologi-
ya fakültəsinin Elmi Şuralarının, “Bakı 
Universitetinin Xəbərləri” elmi jurnalı-
nın redaksiya heyətinin üzvüdür.
Professor 1986-cı ildə ABŞ-ın  İlli-
noys EA-nın  həqiqi üzvü seçilmişdir. 
O,  İngiltərə-Kembric Beynəlxalq Bi-
oqrafiya Mərkəzinin Direktorunun Av-
ropa üzrə nümayəndəsi (1998), ABŞ-
ın Bioqrafiya  İnstitutunun səlahiyyətli  
nümayəndəsidir (1998).
Professor N.A.Qasımov “Qızıl hey-
kəl” (ABŞ Bioqrafiya  İnstitutu-1998), 
“Qızıl ulduz” (İngiltərə-Kembric BBM-
1998), “XX əsrin 2000 görkəmli ada-
mı” diplomu və gümüş medalı (1997), 
Kembric BBM Baş Direktorunun Av-
ropa üzrə  səlahiyyətli nümayəndəsinin 
diplomu və gümüş medalı (1998) ilə 
təltif edilmişdir.
Professor N.A.Qasımov 2000-ci ildə 
Azərbaycan Respublikasının “Əməkdar 
elm xadimi” fəxri adına layiq görülmüş-
dür.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin