Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə36/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   32   33   34   35   36   37   38   39   ...   484
Ə d ə b i y y a t
 
Axundov, T. Yeni il 
xalqımıza firavanlıq, 
xoşbəxtlik gətirsin 
/T.Axundov //Respublika.- 
2013.- 1 yanvar.- S.6.
Valehoğlu, İ.Yeni il və 
onun təzadlı tarixi : Ayrı-
ayrı xalqların bayram 
adətləri və bu adətlərdəki 
türk izləri /İ.Valehoğlu 
//Ədalət.-2010.- 10 de-
kabr.- S. 5. 
Yeni il bayramı //Əkbər 
Qocayev. Bayramlar 
və tarixi günlər.- Bakı, 
2006.- S.36. 
İ n t e r n e t d ə
www..anl.az
az.wikipedia.org
www. ebooks.preslib.az
www. qadin.net
1


29
Tarixdə bu gün
Ümumxalq Hüzn Günü
1990
Y
ANV
AR
1990-cı il yanvar ayının 20-si  Azər-
baycanın müasir tarixinə  ən faciəli  
günlərdən biri kimi daxil olmuşdur. 
Düz 25 il əvvəl doğma yurdunun, xal-
qının azadlığını,  şərəf və  ləyaqətini 
hər  şeydən uca tutan vətənpərvər 
Azərbaycan övladları  həmin müdhiş 
gecədə canlarından keçərək  şəhidlik 
zirvəsinə ucalmışlar. 
Bədnam M.Qorbaçov başda ol-
maqla, SSRİ  rəhbərliyinin Azərbay-
cana qarşı  qərəzli, ermənipərəst 
siyasətinə,  əzəli torpaqlarımıza id-
dia edən Ermənistanın təcavüzkar 
hərəkətlərinin açıq-aşkar dəstək-
lənməsinə və o zamankı respublika rəh-
bərliyinin xəyanətkar mövqeyinə eti-
raz əlaməti olaraq ayağa qalxmış geniş 
xalq kütlələrinə qarşı sovet ordusunun 
iri hərbi birləşmələrinin yeridilməsi 
Azərbaycanda, xüsusilə Bakıda misli 
görünməmiş faciəyə gətirib çıxarmış-
dı, böyük itkilərlə, günahsız insanların 
ölümü ilə  nəticələnmişdi. Nəticədə 
170 nəfər həlak olmuş, 400-ə yaxın 
insan yaralanmışdı. Bunların içində 
asudə insanlar: gənclər, uşaqlar, qoca-
lar və qadınlar da var idi, hətta hərbi 
qulluqçular da.
 Buna baxmayaraq, Azərbaycanın 
o vaxtkı  səriştəsiz, kölə psixologiya-
lı  rəhbərlərinin  əksinə olaraq, həmin 
vaxt Moskvada yaşayan xalqımızın 
dahi oğlu Heydər  Əliyev həyatını 
təhlükədə qoyaraq, faciənin ertəsi 
günü Azərbaycanın daimi nüma-
yəndəliyinə  gələrək, Qanlı Yanvar 
qırğınını törədənləri pisləyən kəskin 
bəyanatla çıxış etmişdi, xalqımızın ba-
şına gətirilən müsibəti dünyaya çatdır-
mışdı. Bununla da ulu öndərimiz cəsa-
rətini, mərdliyini, xalqının sədaqətli 
oğlu olduğunu bir daha sübut etmişdi.
Xalqımızın   ümummilli lide-
ri Heydər  Əliyevin Azərbaycan 
rəhbərliyinə yenidən qayıdışın-
dan sonra, 1994-cü ildə 20 Yanvar 
hadisələrinə siyasi-hüquqi qiymət ve-
rilmiş  və cinayəti törədənlərin adları 
ictimaiyyətə çatdırılmışdı. 20 Yanvar 
- Ümumxalq Hüzn Günü elan edilmiş-
di. 
Bakının  ən yüksək nöqtələrindən 
birində hər bir azərbaycanlı üçün mü-
qəddəs and yerinə çevrilmiş bir yer 
var. Bu, 20 Yanvar qurbanlarının və 
Ermənistanın hərbi təcavüzünə qarşı 
döyüşlərdə həlak olanların dəfn edildi-
yi Şəhidlər Xiyabanıdır. 
Hər il yanvar ayının 20-də 
minlərlə insan Vətənin azadlığı  və 
suverenliyi uğrunda canlarından keç-
miş Azərbaycan oğul və  qızlarının 
əziz xatirəsini ehtiramla yad etmək 
üçün buranı ziyarət edirlər. Nəsillər 
dəyişəcək, lakin Vətən oğullarının 
xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.  

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin