Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə30/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   26   27   28   29   30   31   32   33   ...   484
24
Alim


24
Kimya.Biologiya.Tibb
Abel Məhərrəmov  
1950 
Y
ANV
AR
Abel Məmmədəli oğlu Məhərrəmov 
1950-ci il yanvar ayının 5-də  Ağdam 
şəhərində anadan olmuşdur. 1966-cı ildə 
orta məktəbi qızıl medalla bitirdikdən 
sonra, elə həmin il Azərbaycan Dövlət 
Universitetinin  (indiki BDU) Kimya 
fakültəsinə qəbul olmuş və oranı 1971-
ci ildə əla qiymətlərlə başa vurmuşdur.
1971-ci ildən Ümumittifaq Olefinlər 
Elmi Tədqiqat  İnstitutunda operator
sonra isə mühəndis vəzifəsində çalış-
mışdır.
O, 1976-cı ildə namizədlik disserta-
siyasını, 1991-ci ildə doktorluq disser-
tasiyasını müdafiə etmiş  və professor 
adına layiq görülmüşdür.
1976-cı ildən Azərbaycan Dövlət 
Universitetində baş elmi işçi, baş 
müəllim, tədris hissəsinin müdiri, de-
kan müavini vəzifələrində çalışmışdır.
A.Məhərrəmov 1984-1993-cü illər-
də Kimya fakültəsinin dekan müavini, 
1993-1999-cu illərdə dekan, 1999-cu 
ilin yanvar ayının 11-dən isə ulu öndər 
Heydər  Əliyevin Sərəncamı ilə Bakı 
Dövlət Universitetinin rektoru təyin 
edilmişdir. Universitetinin Böyük Elmi 
Şurasının sədridir. 
1999-cu ildən Azərbaycan Elmlər 
Akademiyasının müxbir üzvü, 2008-ci 
ildə isə AMEA-nın həqiqi üzvü seçil-
mişdir.
2002-2004-cü illərdə Qara dəniz 
universitetlər  şəbəkəsinin prezidenti 
olmuşdur. 
Yeni Azərbaycan Partiyası Siyasi 
Şurasının və İdarə Heyətinin üzvüdür. 
2005-ci ildən Azərbaycan Respubli-
kası Milli Məclisinin deputatıdır. 
Milli 
Məclisin Elm və təhsil məsələləri daimi 
komitəsinin üzvüdür.
Azərbaycan-Yaponiya p
arlament-
lərarası  əlaqələr üzrə  işçi qrupunun 
rəhbəri, Azərbaycan - ABŞ, Azərbaycan 
- İspaniya, Azərbaycan - Türkmənistan 
parlamentlərarası  əlaqələr üzrə  işçi 
qruplarının üzvüdür. 
Əməkdar elm xadimi və Yusif 
Məmmədəliyev mükafatı laureatı-
dır. Rumıniya Respublikasının ali 
dərəcəli “Komandor” ordeni, İqtisadi 
Əməkdaşlıq Təşkilatının qızıl medalı 
ilə təltif edilmişdir. Rumıniya Respub-
likasının Ovidius Universitetinin və 
Türkiyənin Kırıkkale Universitetinin 
fəxri doktorudur. 
50-dək monoqrafiyanın, dərsliyin və 
dərs vəsaitinin, 700-dək elmi məqalənin 
müəllifidir. 37 ixtirası vardır. 
Kimyanın  əsas sahələrindən he-
sab edilən neft kimyası, üzvi kimya 
sahəsində geniş və dərin tədqiqatlar apa-
ran, onu yeni biliklərlə zənginləşdirən, 
elmi məktəb yaradan tanınmış alim 30-
dək kimya elmləri namizədi və doktoru 
hazırlamışdır.
Akademik Abel Məhərrəmov bir 
çox nüfuzlu kimya jurnallarının redak-
siya heyətinin üzvü kimi də  fəaliyyət 
göstərir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin