Амеа-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №1, səh. 146-147 (2014)



Yüklə 35.71 Kb.
Pdf просмотр
tarix12.12.2016
ölçüsü35.71 Kb.

АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №1, səh. 146-147  (2014)

 

146 



YUBİLEYLƏR 

 

AKADEMİK BÖYÜKKİŞİ AĞAYEV – 85 



 

2013-cü  il  sentyabr  ayının  10-da  Azərbaycan 

Respublikası  Səhiyyə  Nazirliyi  akademik  Topçu-

başov  adına  Milli  Cərrahiyyə  Mərkəzinin  direktoru, 

Azərbaycanda  cərrahiyyənin  görkəmli  nümayən-

dəsi, tibb elminin patriarxlarından biri, təvazökar və 

geniş  qəlbli  insan  Böyükkişi  Ağa  oğlu  Аğаyevin 

anadan olmasının 85 illiyi tamam olmuşdur! 

Böyükkişi  müəllim  xalqımızın  böyük  ziyalısı 

Həsən  bəy  Zərdabinin  nəslindəndir.  B.Ağayevin 

həyat yoluna ötəri bir nəzər saldıqda onun necə çə-

tin, keşməkeşli və eyni zamanda şərəfli bir yol keç-

diyini görürük. 

Böyükkişi  Ağa  oğlu  Ağayev  1944-cü  ildə  Sa-

birabad rayonunda orta məktəbi əla qiymətlərlə bitir-

dikdən  sonra  Azərbaycan  Tibb  İnstitutuna  daxil  ol-

muşdur. I kursda bütün yoldaşlarından yaşına və bo-

yuna görə balaca, lakin həkimlik taleyi böyük olacaq 

Böyükkişi həvəslə tibb elminin dərinliklərini öyrən-

məyə  başlayır.  III  kursdan  о  gecələri  cərrahi  klini-

kada keçirir; IV kursdan isə tələbə elmi cəmiyyətdə 

fəal iştirak edir, elmi mövzular üzərində  çalışır. 

İnstitutu bitirdikdən sonra Sabirabad rayonuna 

cərrah  təyin  edilir  və  dərhal  akademik  Mirqa-

sımovun  rəhbərlik  etdiyi  klinikaya  təkmilləşməyə 

göndərilir. Praktiki bacarığını artırdıqdan sonra o, 4 

il  müddətində  Sabirabad  MRX-da  cərrahi  şöbənin 

müdiri  vəzifəsində  çalışır. Qısa  bir  müddətdə  yük-

sək  nüfuz  qazansa  da,  elmlə  məşğul  olmaq  arzusu 

onu  tərk  etmir.  1954-cü  ildə  Böyükkişi  müəllim  II 

Moskva Tibb İnstitutunun cərrahiyyə üzrə aspiran-

turasına sənədlərini verir və 4 yer üçün sənəd ver-

miş 13 nəfərin arasında keçirilən imtahandan həmin 

yerlərdən birini tutmağa nail olur. 

Cüzi aspirant təqaüdünə qane olaraq özünü və 

ailəsini  böyük  maddi  sıxıntılara  salsa  da,  elm 

naminə, yüksək ixtisaslı cərrah olmaq üçün belə bir 

ağır həyat yoluna sevinə-sevinə qədəm qoyur.   

Onun  xatirələrindən  oxuyuruq:  “Mənim  yeni-

dən təhsil üçün Moskvaya getməyimə atam-anam o 

qədər  də  sevinmirdilər.  Ailə  qurmamışdım.  Yaxşı 

maaş alırdım, hörmət sahibi idim. Böyük qardaşım 

Bakıda  oxuyurdu;  kiçik  qardaşım  əsgərlikdə  idi; 

bacım  məktəbli  idi,  ailəyə  kömək  edən  təkcə  mən 

idim.  Amma  mən  qərarlı  idim.  Sentyabrın  27-də 

Bakı-Moskva qatarı ilə Moskvaya getdim. Oktyab-

rın  1-də  institutun  yataqxanasında  yer  aldım.  Zir-

zəmidə  yerləşən  bu  soyuq,  nəm  otaqda  çarpayıda 

uzanmışdım. Amma o qədər xoşbəxt idim ki, mən, 

Ağayev  Böyükkişi  Ağakişi  oğlu  Moskva  Dövlət 

Tibb  İnstitutunun  aspirantıydım.  Mən  gizli,  əlçat-

maz arzuma nail olmuşdum”. 

Böyükkişi  Ağayev  Andrey  Vladimiroviç  Qul-

yayevin klinikasında aspiranturanı bitirir. Namizəd-

lik  dissertasiyasını  müdafiə  edərək  Həştərxan  Tibb 

İnstitutuna  assistent  vəzifəsinə  təyinatını  alır.  Həş-

tərxanda  çalışdığı  qısa  müddətdə    Böyükkişi  Ağa-

yevin  müsbət  keyfiyyətləri  öz  bəhrəsini  verir:  ona 

mühazirə oxumaq həvalə edilir və partiya elitasının 

müalicə  olunduğu  4-cü  idarəyə  cərrah-məsləhətçi 

seçilir.  Cavan  bir  azərbaycanlının  qısa  müddətdə 

Rusiyada  belə  müvəffəqiyyət  qazanması  doğrudan 

da çox təqdirəlayiq bir hal idi. 

Hər  baxımdan  yaxşı  şəraitli  olmasına  baxma-

yaraq,  elmi  tədqiqatlarını  vətənində  davam  etdir-

məyi  qərara  alır  və  1960-cı  ildə  Bakıya  qayıdaraq 

Onkologiya  İnstitutunda  cərrah  işləməyə  başlayır. 

Böyükkişi  Ağayev  1966-cı  ildə  böyrəküstü  vəzi 

hormonal  funksiyasının  dinamikasının  nəticələri 

haqda  II  Moskva  Dövlət  Tibb  İnstitutunda  doktor-

luq dissertasiyasını müdafiə edir. Həmin müdafiədə 

çıxış edən cərrahiyyə kafedrasının müdiri, professor 

Yorof  demişdir:  “Doktor  Ağayevin  Moskvada  et-

diyi  namizədlik  dissertasiya  işindən  sonra  bir  dok-

torluq və 3 namizədlik işi yazıldı, indi müdafiə etdi-

yi  doktorluq  işi  isə  üç  doktorluq  və  on  namizədlik 

işi  üçün  kifayət  edər”.  O  zamankı  Səhiyyə  naziri 

Fəxri  Vəkilov  B.Ağayevi  1967-ci  ildə  təzə  yaradı-

lan elmi şöbəyə rəhbər təyin edir. Bu vəzifədə Bö-

yükkişi Ağayevin təşkilatçılıq bacarığı üzə çıxır: 2 

il 7 ay ərzində SSRİ-nin Mərkəzi Klinikalarına 180 

aspirant və 120 kliniki ordinator göndərilir. 

1968-ci  ildə  Böyükkişi  Ağayev  Tibb  İnstitu-

tunun Hospital cərrahiyyə kafedrasına professor seçi-

lir. 1970-ci ildə yeni Səhiyyə Naziri təyin olunduqda 

Böyükkişi  Ağayev  öz  xahişi  ilə  Elmi  Şöbənin  rəisi 

vəzifəsindən  azad  olunur  və  1973-cü  ildən  bu  günə 

kimi cərrahiyyə kafedrasının müdiri vəzifəsində çalı-

şır.  Qısa  müddətdə  onun  yaratdığı  məktəb  SSRİ-də 

öd yolları və pankreas cərrahiyyəsi üzrə mərkəz yer-

lərdən  birini  tutur.  Bir-birinin  ardınca  çoxsaylı  ixti-

ralar  olunur  və  səmərələşdirici  təkliflər  həyata  keçi-

rilir; doktorluq və namizədlik dissertasiyaları müda-

fiə olunur. Hər il 600-dən çox mürəkkəb əməliyyat-

lar  yerinə  yetirilir.  İlk  USM,  FQOS  Respublikada 

məhz Böyükkişi Ağayevin klinikasında aparılır.  

Böyükkişi  Ağayevin  istedadı,  bacarığı,  yorul-

maz  iş  qabiliyyəti  dahi  öndərimiz  H.Əliyevin  diq-

qətini cəlb edir: 1976-cı ildən Səhiyyə Nazirliyinin 

4 №-li İdarəsində cərrah-konsultant seçilir. 1979-cu 

ildə Böyükkişi Ağayev Əməkdar elm xadimi adına 

layiq  görülür  və  1980-ci  ildə  Azərbaycan  EA-nın 

müxbir üzvü seçilir.  


YUBILEYLƏR  

 

AKADEMİK BÖYÜKKİŞİ AĞAYEV - 85 

147 


1988-ci  ildə  ET  Qastroenterologiya  İnstitutu 

təskil  olunur  və  Böyükkişi  Ağayev  bu  instituta 

direktor təyin olunur. 

1989-cu  ildə  Böyükkişi  Ağayev  Azərbaycan 

EA-nın həqiqi üzvü seçilir. 

1990-cı  ildə  Böyükkişi  Ağayev  Azərbaycan 

Ali  Sovetinin  deputatı  seçilir.  1992-ci  ilin  oktyabr 

ayının  18-də  Ali  Sovetin  Sessiyasında  Azərbayca-

nın müstəqillik aktı qəbul edilir və orada Böyükkişi 

Ağayev  çəkinmədən,  qorxmadan  Azərbaycanın 

müstəqilliyinə  imza  atan  deputatların  cərgəsində 

yer alır. O, bu barədə həmişə deyir: “Mən fəxr edi-

rəm  ki,  ölkəmin  və  millətimin  ən  önəmli  tarixində 

məhz mənim də iştirakım və imzam olubdur”. 

1999-cu  ildə  Böyükkişi  Ağayev  fəaliyyətində 

yeni bir mərhələ başlayır – o, M.A.Topçubaşov adı-

na ET Klinik Təbabət İnstitutuna (hazırkı Azərbay-

can  Respublikası  Səhiyyə  Nəzirliyi  Milli  Cərrahiyyə 

Mərkəzidirektor təyin olunur.  

Bu  illərdə  Böyükkişi  Ağayev  öz  ana  xəttinə 

sadiq  qalmaqla  fəaliyyətini  davam  etdirir:  gənc 

alimlərin  birinci  Beynəlxalq  Konfransı,  professor 

Zərgərlinin 70 illiyinə həsr edilmiş konfrans, Avro-

Asiya  Beynəlxalq  Cərrahlar  və    qastroenteroloqlar 

konfransları keçirilir. Topçubaşovun büstü qoyulur. 

İnstitutun  elmi  və  praktiki  həyatında  böyük  dəyi-

şikliklər  baş  verir;  onlarla  cavan  kadrlar  xarici  öl-

kələrin qabaqcıl elmi Mərkəzlərinə göndərilir; yeni 

elmi şöbələr yaradılır; elmi planlar yeniləşdirilir və 

zamanın tələbinə uyğunlaşdırılır. 9 doktorluq və 20 

namizədlik  dissertasiyaları  müdafiə  olunur;  8  mo-

noqrafiya,  7  dərslik,  15  ixtira,  36  səmərələşdirici 

təklif, 18 metodik tövsiyə, 296 elmi məqalə və tezis 

(onlardan 214-ü xaricdə) çap edilir.  

Təkcə  onu  demək  kifayətdir  ki,  Avroasiya 

Beynəlxalq  Cərrahlar  və  qastroenteroloqların  7,  9, 

11-ci  konfranslarını  Böyükkişi  Ağayev  Bakıda 

keçirmiş və burada 35 xarici ölkədən olan alimlərin 

iştirakına nail olmuşdur.  

 

2005-ci ildən Böyükkişi Ağayev “Cərrahiyyə” 



jurnalını  təsis  etmiş  və  bu  jurnalın  yüksək  elmi 

səviyyədə nəşr olunmasını təmin etmişdir.  O, uzun 

illərdir  ki,  Respublika  Cərrahlar  cəmiyyətinə  sədr-

lik edir; eyni zamanda bir çox Beynəlxalq Cərrahlar 

cəmiyyətlərinin üzvüdür.  

 

Böyükkişi  Ağayev  öz  yubileyinə  də  əliboş 



gəlmədi,  təbabət  elminə  qiymətli  bir  hədiyyə  bəxş 

etdi: bu il onun nəfis çap olunan, çoxsaylı şəkil və 

sxemlərdə  illustrasiya  edilmiş,  son  ədəbiyyat  mən-

bələri  göstərilmiş,  super-qabıq  çəkilmiş  808  səhi-

fəlik  “Cərrahi  xəstəliklər”  dərsliyi  işıq  üzünü  gör-

müşdür.  Tam  məsuliyyətlə  demək  olar  ki,  belə  bir 

dərslik bu günə qədər olmayıbdır. 

 

Böyükkişi  Ağayevin  rəhbərliyi  altında  4  dok-



torluq  və  42  namizədlik  dissertasiyası  müdafiə 

olunmuşdur. 8 dərslik və monoqrafiyanın, 22 ixtira 

və  səmərələşdirici  təklifin,  289  məqalə  və  tezisin 

müəllifidir.  Onun  tələbələri  kafedra  müdirləri, 

professor, dosent vəzifələrini daşıyırlar və dünyanın 

müxtəlif ölkələrində çalışırlar. Bu gün də akademik 

Böyükkişi Ağayev öz fəaliyyətini davam etdirmək-

dədir.  


Qoy  ulu  Tanrı  ona ürəyində  planlaşdırdığı  ar-

zularına çatmaqda yardımçı olsun.  Onu bu yubileyi 

münasibəti  ilə  bütün  həmkarları,  vətənimizin  tibb 

ictimaiyyəti və onu tanıyanlar, minlərlə həyata qay-

tardığı  xəstələr  adından  təbrik  edir,  Uca Tanrımız-

dan sağlam uzun ömür diləyirik! 



 

              Hidayət İsayev 

             

 

t.e.d., professor,  akademik M.Topçubaşov 

adına Elmi-Cərrahiyyə Mərkəzinin 

direktor müavini  

 

 

Каталог: uploads -> journal
journal -> Virtuoz Cərrah, Görkəmli Dövlət Və Elm Xadimi
journal -> Akademik Cəmil Əliyev – 70 DÜnya şÖHRƏTLİ azərbaycan aliMİ
journal -> 29 aprel 2016-ci IL tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında “Azərbay- can Respublikasının Nizami Gəncəvi adına Qızıl medal”ı və amea-nın görkəmli alimlərin adlarını daşıyan mükafatların təqdimetmə mərasimi
journal -> H. F. Əliyeva 1, Ə.Ü. Abduləzimova
journal -> Azərbaycanda Xına Bitkisinin Qapalı Şəraitdə Becərilməsi Və İqtisadi Səmərəsi
journal -> Respirator Distress Sindromu Olan Vaxtından Əvvəl Doğulan Uşaqlarda Endotel Funksiyasının Qiymətləndirilməsi
journal -> AZƏrbaycan miLLİ elmlər akademiyasinin məruzəLƏRİ, 2014, LXX ciLD, №1 MƏruzəLƏR ▬◄►▬ reports ▬◄►▬ доклады 1
journal -> B Genoma Malik Thinopyrum bessarabicum Yabanı Buğda Otu Növünün Xromosomlarının İdentifikasiyası Üçün Spesifik rapd markerlərin
journal -> Erkən Postnatal Ontogenez Və Təcrübi Hipoksiya Zamanı Qanda Qlükoza Homeostazı E. C. Mehbalıyeva
journal -> Hipoksiyanın Fundamental Aspektləri və Eksperimental Tədqiq Yolları E. C. Mehbalıyeva


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə