Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında



Yüklə 392,5 Kb.
səhifə1/52
tarix25.12.2016
ölçüsü392,5 Kb.
#2909
  1   2   3   4   5   6   7   8   9   ...   52

Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

I.   ÜMUMİ   MÜDDƏALAR

Maddə 1. Hərbi xidmətə çağırışın əsasları haqqında qanunvericiliyin məqsədi və vəzifələri

Azərbaycan Respublikasında hərbi vəzifə müəyyən edilməsinin məqsədi Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına və “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanuna uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün onları komplektləşdirməkdir.

Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında qanunvericiliyin vəzifələri hərbi vəzifənin əsaslarını, gənclərin hərbi xidmətə hazırlıq qaydalarını, hərbi xidmətə çağırışın və qəbulun şərtlərini və qaydalarını, hərbi vəzifəlilərin və çağırışçıların hərbi uçot qaydalarını, səfərbərlik üzrə çağırışın və səfərbərlikdən tərxisetmə üzrə buraxılmanın əsaslarını müəyyənləşdirmək və həmçinin Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün kadrlar hazırlamaq və Silahlı Qüvvələrin daimi döyüş və səfərbərlik hazırlığını saxlamaqdır. [1]

Maddə 2. Azərbaycan Respublikasında hərbi vəzifə [2]

Azərbaycan Respublikasının Konstitusiyasına və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına uyğun olaraq Azərbaycan Respublikasının müdafiəsi və hərbi xidmət Azərbaycan Respublikası vətəndaşının müqəddəs borcudur. [3]

Bu Qanunla müəyyən edilmiş hədlərdə və növlərdə hərbi xidmət məcburidir.

Alternativ xidmət (əmək mükəlləfiyyəti) keçmək üçün göndərilən şəxslərdən başqa Azərbaycan Respublikasının 18 yaşına çatan və səhhətinə görə hərbi xidmətə yarayan hər bir kişi vətəndaşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında 18 ay müddətində həqiqi hərbi xidmət və ya bir aydan üç ayadək müddətə toplanış hazırlığı keçməlidir. Qanunla müəyyən edilmiş hallarda öz əqidəsinə və başqa əsaslara görə həqiqi hərbi xidmətə qəbul edilə bilməyən Azərbaycan Respublikası vətəndaşları 24 ay müddətində alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməlidirlər.

Azərbaycan Respublikasının tibbi və ya başqa ixtisas təhsili olan 19 yaşından 40 yaşınadək qadın vətəndaşları özlərinin razılığı ilə hərbi uçota götürülə bilər və müqavilə əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin köməkçi və ya başqa bölmələrində xidmət edə bilər. [4]

 


Yüklə 392,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin