Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında



Yüklə 392,5 Kb.
səhifə4/52
tarix25.12.2016
ölçüsü392,5 Kb.
#2909
1   2   3   4   5   6   7   8   9   ...   52
VII.   YEKUN   MÜDDƏALARI

Maddə 27. Müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırmağa görə vətəndaşların məsuliyyəti [79]

Azərbaycan Respublikasının vətəndaşları həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırmağa görə qüvvədə olan qanunvericiliyə müvafiq surətdə məsuliyyətdaşıyırlar. [80]

Maddə 28. Həqiqi hərbi xidmətə çağırılmaq və ya qəbul olunmaqla əlaqədar vətəndaşların maddi təminatı

Həqiqi hərbi xidmətə çağırılmış və ya bağlaşma əsasında hərbi xidmətə qəbul olunmuş vətəndaşlara iş (təhsil) yerində orta əmək haqqının ən azı iki misli məbləğində müavinət ödənilir. [81]

Vətəndaşlar hərbi uçotla, çağırış məntəqələrinə təhkim edilməklə, həqiqi hərbi xidmətə çağırılmaq və ya qəbul olunmaqla əlaqədar vəzifələrini yerinə yetirmək üçün lazım olan vaxtda daimi iş yerində orta əmək haqqı saxlanılmaqla işdən (təhsildən) azad edilirlər. Həqiqi hərbi xidmətə çağırılanadək (daxil olanadək) onlara illik məzuniyyət əmək qanunvericiliyində müəyyən edilmiş qaydada verilir.

Hərbi təhsil müəssisələrinə qəbul imtahanlarını vermək üçün vətəndaşlara qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənişsiz məzuniyyətlər verilir. [82]

Həqiqi hərbi xidmətə çağırılmış və ya qəbul olunmuş vətəndaşların xidmət yerinə aparılması və yolda yeməklə təmin edilməsi, vətəndaşların hərbi təhsilmüəssisələrində qəbul imtahanları yerinə aparılıb-gətirilməsi dövlət hesabına həyata keçirilir. [83]    

Maddə 29. Hərbi vəzifələrin yerinə yetirilməsi ilə bağlı tədbirlərin maliyyə və maddi təminatı

Hərbi vəzifənin yerinə yetirilməsi ilə bağlı tədbirlərin maliyyə və maddi təminatı Azərbaycan Respublikasının dövlət büdcəsindən, yerli hakimiyyət orqanlarının büdcələrindən təxsisat hesabına, habelə nazirliklərin, dövlət komitələrinin, baş idarələrin, müəssisələrin, idarələrin və təşkilatların vəsaiti hesabına, bu Qanunla, Azərbaycan Respublikasının digər qanunvericilik aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş qaydada həyata keçirilir. [84]

Azərbaycan Respublikasının Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanları bu Qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası hərbi Komissarlığının sifarişi ilə vətəndaşların tibbi müayinəsinin keçirilməsi, hərbi hissələrə çağırılanların göndərilməsi üçün hərbi qulluqçuları çağırış (toplanış) məntəqələri ilə təmin etməli, ictimai qaydanı qorumalı, lazımi sayda mütəxəssis həkimlər və orta tibb heyəti, dava-dərman, alətlər, tibb və təsərrüfat əmlakı, avtomobil nəqliyyatı ayırmalıdırlar.

Çağırış komissiyalarının üzvləri, hərbi komissarlıqlar yanında həkim komissiyalarının üzvləri, çağırış məntəqələrində və toplanış məntəqələrində iş üçün ayrılmış həkimlər və orta tibb heyəti, texniki işçilər və xidmət heyəti vətəndaşların təhkim edilməsi, hərbi xidmətə və ya toplanışlara çağırılması, vətəndaşların tibbi müayinəsi və yenidən müayinəsi, habelə toplanış məntəqələrinə çağırılanların göndərilməsi zamanı bu vəzifələri yerinə yetirərkən onların əsas iş yerində orta əmək haqqı saxlanılır.

Əgər göstərilən şəxslərin öz vəzifələrini yerinə yetirməsi daimi yaşayış yerindən getməsi ilə bağlıdırsa, onda hərbi komissarlıqlar onların daimi yaşayış yerindən iş yerinə gedib-gəlmək və mənzil sahəsi kirayələmək xərclərini ödəyir və xidmət ezamiyyətləri üçün müəyyən edilmiş normalar üzrə gündəlik xərclik verirlər.

 


Yüklə 392,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin