Teqvim-2015. pdf



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə13/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   9   10   11   12   13   14   15   16   ...   484
Ə d ə b i y y a t
Fərəcov, S. Səməndər 
sənətinin gerçəkliyi 
/S.Fərəcov //Mədəniyyət.-
2012.-30 mart.- S.14. 
Rəhimli, İ. Səməndər 
Rzayev (2.01.1945-
27.03.1986)   //Rəhimli İ. 
Azərbaycan teatr tarixi: 
dərslik.- Bakı, 2005.- 
S.194. 
Sənani, O. “Səməndər 
Rzayev dedi ki, vallah, 
mən dəli oldum”. Ofeliya 
Sənani: “Qayınatam 
Möhsün Sənani mənə 
kinoya çəkilməyə icazə 
vermədi” /Ofeliya Sənani; 
müsahibəni apardı Ayxan 
//Ekspress.-2013.-2-4 
noyabr.-S.12.
Zümrüd. Səməndər 
Rzayev - 65: 41 yaşlı 
aktyorun sənət taleyi                  
/Zümrüd //Səs.- 2010.- 31 
mart.- S.12.
İ n t e r n e t d ə
www.anl.az
adam.az
www.az.wikipedia.org
www.kino-teatr.ru
www.medeniyyet.az
 2
70 
illiyi
Aktyor


11
Teatr.Kino
Leyla Bədirbəyli 
1920-1999
Y
ANV
AR
Leyla Ağalar qızı  Bədirbəyli 1920-
ci il yanvar ayının 8-də Bakı şəhərində 
anadan olmuşdur. Bakıda 3 saylı 
Beynəlmiləl məktəb
də  təhsil almış-
dır. Təhsil aldığı illərdə bir sıra dram 
dərnəklərinin iştirakçısı olmuş,  əsasən 
Əli Bayramov adına klubda çıxış et-
mişdir.
O, 1937-1942-ci illərdə Azərbaycan 
Dövlət Filarmoniyası Mahnı  və  Rəqs 
Ansamblının solisti olmuş, 1952-ci ildə 
Azərbaycan Dövlət Tea
tr İnstitutunu bi-
tirmiş, 1942-1975-ci illərdə  Azərbaycan 
Dövlət Akademik Dram Teatrında 
fəaliyyət göstərmişdir. Bu müddət 
ərzində aktr
isa bir sıra maraqlı obraz-
lar yaratmışdır: V.Şekspirin “Otello” 
dramında Dezdemona, C.Cabbarlının 
dramlarında Sara (“Solğun çiçəklər”), 
Almaz (“Almaz”), Firəngiz (“Oq-
tay Eloğlu“), Solmaz (“Od gəlini“), 
İ.Səfərlinin “Göz həkimi”ndə Nərminə, 
S.Rəhmanın “Yalan” əsərində  Şəlalə, 
L.Tolstoyun “Canlı meyit”ində Liza, 
İ.Əfəndiyevin “Mahnı dağlarda qaldı” 
dramında Fəxrəndə və s. 
Aktrisa kino sahəsində  də özünü 
sınayaraq bir neçə  filmə  çəkilmişdir. 
1945-ci ildə “Arşın mal alan” filmi 
çəkilməyə başlayanda Leyla Bədirbəyli 
Üzeyir Hacıbəylinin dəvəti və təşəbbüsü 
ilə  filmə  çəkilmişdir. Onun “Fətəli 
xan”, “Koroğlu”, “Səbuhi”,  “Görüş”, 
“Dərviş Parisi partladır”, “Dəli Kür”, 
“Sevil” və s. filmlərdə yaratdığı maraq-
lı obrazlar həmişəlik tamaşaçıların yad-
daşına həkk olunmuşdur.
1975-ci ildə aktrisa C.Cabbarlı adı-
na “Azərbaycanfilm”in nəzdində yara-
dılan “Kino Aktyorları Teatrı”nın bədii 
rəhbəri kimi fəaliyyət göstərmişdir. 
Burada Qarsiya Lorkanın “Qanlı  toy”,    
M.Muradın “Təkan” dramları  və s. 
pyeslər tamaşaya hazırlanmışdır. 
Leyla xanım 1994-cü il mart ayının 
3-də yenidən Dram teatrına gəlmiş  və 
Vidadi Babanlının “Ana intiqamı”nda 
Qumru müəllimə rolunu oynamışdır. 
1998-ci ildən öz ərizəsi ilə təqaüdə çıx-
mış, Prezident təqaüdçüsü olmuşdur. 
L.Bədirbəyli 1946-cı ildə “Arşın mal 
alan” filmindəki Gülçöhrə roluna görə 
Stalin (sonralar Dövlət mükafatı) mü-
kafatı, 1972-ci ildə isə “Mahnı dağlarda 
qaldı” tamaşasında oynadığı  Fəxrəndə 
xanım obrazına görə Azərbayca
n Res-
publikasının Dövlət mükafatı ilə  təltif 
olunmuşdur.  İncəsənət sahəsindəki 
xidmətlərinə görə ona 1949-cu ildə 
“Azərbaycan Respublikasının Əməkdar 
artisti”, 1959-cu ildə  “Xalq artisti” fəxri 
adları verilmişdir. “Şərəf nişanı” ordeni 
və medallarla da təltif edilmişdir.
Görkəmli aktrisa Leyla Bədirbəyli 
1999-cu il noyabr ayının 23-də  vəfat 
etmiş, Bakıda Fəxri Xiyabanda dəfn 
edilmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin