Teqvim-2015. pdf


Yazıçı Ə d ə b i y y a t



Yüklə 21,42 Mb.
Pdf görüntüsü
səhifə10/484
tarix25.12.2016
ölçüsü21,42 Mb.
#3302
1   ...   6   7   8   9   10   11   12   13   ...   484
8
Milli ədəbiyyat
65  
illiyi
Zəlimxan Yaqub 
1950 
Y
ANV
AR
Zəlimxan Yusif oğlu Yaqubov 
(Zəlimxan Yaqub) 1950-ci il yanvar ayı-
nın 21-də Gürcüstanda, Bolnisi rayonu-
nun Bolus-Kəpənəkçi kəndində anadan 
olmuşdur. 1967-ci ildə  həmin kənddə 
orta təhsilini müvəffəqiyyətlə başa vur-
muşdur. 
1968-1973-cü illərdə Azərbaycan 
Dövlət Universitetinin (indiki BDU) 
Kitabxanaçılıq fakültəsində  təhsil al-
mışdır. 
Əmək fəaliyyətinə 1967-
ci ildə fəhlə 
kimi başlamış, 1973-1984-cü illərdə 
“Azərkitab” 
Kitab-Ticarət Birliyində 
müxtəlif vəzifələrdə çalışmış
dır. 1984-
cü ildə “Yazıçı” nəşriyyatının müdiri 
vəzifəsində işləmişdir.
Ədəbi fəaliyyətə 1966-cı ildə “Qələbə 
bayrağı” rayon qəzetində dərc etdirdiyi 
“Şota Rustaveliyə” adlı şeirlə başlamış-
dır. 
1983-cü ildən Azərbaycan Yazıçılar 
Birliyinin üzvüdür.
1987-ci ildə  Ağdam Dövlət D
ram 
Teatrında “Aşıq Ələsgər” adlı mənzum 
pyesi müvəffəqiyyətlə tamaşaya qoyul-
muşdur.
Görkəmli  şair 1992-1995-ci illərdə 
sərbəst bədii yaradıcılıqla məşğul ol-
muşdur. “Könlümün səsi”, “Yolum 
eldən başlanıb”, “Od aldığım ocaqlar”, 
“Biz bir eşqin butasıyıq”, “Ziyarətin 
qəbul olsun”, “Şair harayı”, “Bir əlim 
torpaqda, bir əlim haqda”, “Bu yaşıl 
ağacın altı bizimdir”, “Zəlimxan Yaqub” 
(foto-albom), gürcü dilində “Söz camı”, 
fransız dilində  “Şairin taleyi” kitabları 
böyük tirajla nəşr edilmişdir.
 Zəlimxan Yaqub ictimai fəaliyyətlə 
də  məşğul olmuş, 1995-2005-ci illərdə 
Azərbaycan Respublikasının Milli Məc-
lisinin deputatı seçilmişdir.
1994-cü ildən Azərbaycan Respubli-
kası Prezidenti yanında Əfv Komissiya-
sının üzvüdür.
Dövlət nümayəndə heyətinin tər-
kibində ABŞ-da, Almaniyada, Çin Xalq 
Respublikasında, Səudiyyə  Ərəbista-
nında, İraqda, Türkiyədə, Qırğızıstanda 
rəsmi səfərlərdə olmuşdur.
2008-ci il avqust ayının 29-da 
Azərbaycan aşıqlarının V qurultayında 
Azərbaycan Aşıqlar Birliyinin sədri se-
çilmişdir.
2000-ci ildə Azərbaycanın “Şöhrət” 
və Gürcüstanın “Şərəf” ordenləri ilə təltif 
olunmuş, 2005-ci ildə “Azərbaycanın 
Xalq şairi” fəxri adına layiq görülmüş-
dür. Hacı Zeynalabdin Tağıyev adına və 
Məmməd Araz adına mükafatlarla təltif 
edilmişdir. 2009-cu il iyun ayının 6-da 
Türk Dünyası Araşdırmaları Uluslarara-
sı Elmlər Akademiyasının “Türk dünya-
sına hizmət” mükafatına layiq görülərək 
həmin akademiyanın fəxri doktoru se-
çilmişdir.
2012-ci il oktyabr ayının 5-də Ame-
rika Birləşmiş  Ştatlarında fəaliyyət 
göstərən Azərbaycan Nyu-York Asso-
siasiyası Xalq şairini Fəxri diplom və 
medalla təltif etmişdir.

Yüklə 21,42 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin