İSTİqlal fəDAİLƏRİ – azərbaycan xalq cümhuriYYƏTİNİn daxiLİ İŞLƏr naziRLƏRİ



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə25/36
tarix05.03.2017
ölçüsü3,76 Mb.
#10119
1   ...   21   22   23   24   25   26   27   28   ...   36

ƏMİR bəy NƏRİMANBƏYOV 

 

Əmir  bəy  Nəriman  bəy  oğlu  Nərimanbəyov  (Nərimanbəyli) 



1871-ci  ildə  ġuĢa  Ģəhərində  əsilzadə  ailədə  anadan  olmuĢdu.  Orta 

təhsilini bitirdikdən sonra Ukraynada Xarkov Universitetinin hüquq 

fakultəsinə  daxil  olaraq  oranı  müvəffəqiyyətlə  bitirmiĢ  və  hüquq-

Ģünas  ixtisasına  yiyələnmiĢdi.  Universiteti  bitrirdikdən  sonra  bir 

müddət Ukraynada dərs vermiĢdi..., sonra bir sıra dövlət idarələrin-

də məmur iĢləmiĢdi. Azərbaycan Cümhuriyyəti dönəmində əvvəlcə 

Naxçıvanın  general-qubernatoru  və  Bakı  Ģəhərinin  qubernatoru 

olmuĢ, milli istiqlalımızın qorunması üçün əlindən gələni etmiĢdi... 

Azərbaycan Cümhuriyyəti daxili iĢlər nazirinin əvəzi, general-

mayor  M.S.  Ağabəyzadənin  2  sentyabr  1919-cu  il  tarixli  əmri  ilə 

Əmir  bəy  Nərimanbəyov  1-ci  dərəcə  üzrə  aylıq  məvacibi  3.600 

manat olmaqla Bakının qubernatoru, Əmir xan Xoyski (1881-1954) 

isə  (2-ci  dərəcə  üzrə  2.700  manat  aylıq  əmək  haqqı  ilə)  böyük  kö-

məkçisi  (birinci  müavini)  vəzifəsinə  təyin  edilmiĢdi.  Ə.  Nəriman-

bəyov  Bakının  qubernatoru  vəzifəsinə  RəĢid  bəy  Axundzadənin 

istefasından sonra gəlmiĢdi. O, bu vəzifədə 1920-ci ilin aprelinədək 

xidmət  göstərmiĢdi.  Əmir  bəy  Bakının  qubernatoru  vəzifəsində 

çalıĢarkən gənc azərbaycanlı kadrları vəzifəyə təyin etməyə və irəli 

çəkməyə  çalıĢırdı.  Məsələn,  onun  9  noyabr  1919-cu  il  tarixli  713 

saylı əmriylə Ġdarədə qulluğa qəbul edilmiĢ gənc tələbə - mütəxəssis 

Ələkbər  MəĢədi  Qəhrəman  oğlu  Əliyev  Qubernator  Ġdarəsinin 


 

343 


Ümumi ġöbəsində daha mühüm vəzifə sayılan ekzekutor vəzifəsinə 

(bu vəzifə hələ çar Rusiyası dövründən idarə və müəssisələrdə təsər-

rüfat  hissəsinə  baxan  məmur  idi)  təyin  edilmiĢdi.  Ələkbər  Əliyevə 

verilmiĢ və qubernator Əmir bəy Nərimanbəyov tərəfindən imzalan-

mıĢ  20  noyabr  1919-cu  il  tarixli  16317  nömrəli  xidməti  vəsiqədə 

təsdiqlənmiĢdi:  ”Bunu  təqdim  edən  Əliyev  Ələkbər  mənim  Ġdarə-

min təsərrüfat hissəsinin müdiridir”.  

Ə. Əliyev 1920-ci il yanvarın 18-də Əmir bəy Nərimanbəyo-

vun 23 saylı əmri ilə Bakı Qubernator Ġdarəsinin Təsərrüfat Hissə-

sinin  müdiri  vəzifəsindən  azad  olunmuĢdu.  Bu,  Azərbaycan  höku-

mətinin  qərarı  ilə  gənc  məmur  Ələkbər  Əliyevin  bir  sıra  baĢqa 

istedadlı  və  perspektivli  gənclərlərlə  birlikdə  xaricə  oxumağa  gön-

dərilməsiylə əlaqədar idi (1920-ci ildə Almaniyaya oxumağa göndə-

rilmiĢ Ələkbər Əliyev sonralar kənd təsərrüfatı sahəsində görkəmli 

mütəxəssis,  professor  və  kafedra  müdiri  olmuĢ,  1977-ci  il  fevralın 

17-də Bakıda 79 yaĢında vəfat etmiĢdi). 

Əmir bəyin HəĢim bəy (1859) və Teymur bəy (1865) adlı iki 

qardaĢı vardı. Əmir bəy Rəhim bəy Behbudovun qızı Nəstərən bə-

yimlə ailə qurmuĢdu. Bu evlilikdən Fərman bəy (1898, ġuĢa - 1970, 

Mingəçevir).Yaqub bəy  (1900),  Arif bəy (1918-1992),  Asif bəy və 

Ġbrahim  bəy  adlı  oğulları  dünyaya  gəlmiĢdi.  Azərbaycanın  böyük 

rəssamları Vidadi Nərimanbəyov (1927, Paris, Fransa - 2001, Bakı) 

və  Toğrul  Nərimanbəyov  (1930,  Bakı)  Əmir  bəy  Nərimanbəyovun 

nəvələri, Fərman bəyin oğullarıdır. 

Əmir bəy Nərimanbəyovun sovet dönəmində əsilzadə nəslinə 

mənsubluğuna və Azərbaycan Cümhuriyyətinə xidmətinə görə rep-

ressiyaya məruz qaldığı barədə məlumatlar vardır... Əmir bəyin nə-

vəsi, xalq rəssamı Toğul Nərimanbəyov söyləmiĢdir ki, Azərbaycan 

Xalq  Cümhuriyyəti  dövründə  Bakının  qubernatoru  olmuĢ  babası 

Əmir bəy Xarkov Universitetinin hüquq fakultəsini bitirmiĢ, Niko-

lay  vaxtı  Ukraynada  dərs  vermiĢdi.  O,  siyasi  mühacir  həyatı  yaĢa-

mıĢdı... 1937-ci ildə isə babam ev dustağı olmuĢdu... Toğrul bəy bil-

dirmiĢdir ki, anası fransız qızıdır. Atası Fərman bəy Fransanın Tu-

luza Ģəhərində elektrik mühəndisliyi ixtisası üzrə təhsil olanda orada 

əslən  Fransanın  cənubu  Qaskoniyadan  olan  Ġrma  adlı  qızla  evlən-

miĢdi. Atası  fransız dilini mükəmməl bilirmiĢ...Özündən 4 yaĢ bö-



 

344 


yük qardaĢı Vidadi Nərimanbəyov Parisdə anadan olmuĢdu. Ailələri  

repressiya  məruz qalıb. Vaxtı ilə, Azərbaycan Cümhuriyyəti dönə-

mində Dövlət Müdafiə Komitəsinin katibi iĢləmiĢ atası  Fərmanı  31 

dekabr 1937-ci  ildə  həbs etmiĢdilər.  Həmin vaxt Fərman Nəriman-

bəyov Bakı Sovetinin enerketika bolməsində iĢləyirmiĢ. Onu ziyan-

karlıqda  günahlandırırdılar.  SSRĠ  XDĠK  yanında  Xüsusi  MüĢavi-

rənin 23 avqust 1938-ci  il tarixli qərarı ilə Fərman Nərimanbəyova 

5 il iĢ kəsmiĢ və təxminən iki həftədən sonra, 11 sentyabrda Kolı-

maya  həbs  düĢərgəsinə  göndərmiĢdilər.  Arvadı  Ġrmanı,  oğlanları 

Vidadi və Toğrulu Özbəkistana, Səmərqənd Ģəhərinə sürgün etmiĢ-

dilər. BeĢ ili baĢa vurub Bakıya qayıdanda Fərman bəyə Bakıda ya-

Ģamağa  icazə  verməmiĢdilər  və  o,  Mingəçevir  Ģəhərinə    getmiĢ, 

orada    SES-də  iĢə  düzəlmiĢ  və  ömrünün  axırınadək  orada  yaĢamıĢ 

və 1970-ci ildə 72 yaĢında  vəfat  etmiĢdi. 

Əmir bəy Nərimanbəyovun oğlu Arif Nərimanbəyov 13 aprel 

1918-ci ildə Bakıda anadan olmuĢdu. O, gələcəyin məĢhur aktyoru, 

kinorejissoru,  operatoru  və  ssenaristi  olmuĢ,  bir-birinin  ardınca 

gözəl  bədii  filmlər  çəkmiĢdi.  Arif  Nərimanbəyov  1992-ci  il  mayın 

16-da 74 yaĢında Bakıda vəfat etmiĢdir. 

Arif Nərimanbəyovun böyük əmisi Nəriman bəy Nərimanbəy-

li də babası  Əmir bəy  kimi otuzuncu illərin qurbanı olub. Nəriman 

Nərimanbəyli  milli-istiqlal  hərəkatımızın  fəal  iĢtirakçılarından  və 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  görkəmli  ictimai-siyasi  və  döv-

lət  xadimlərindən  biri  idi.  Nəriman  bəy  HəĢim  bəy  oğlu  1989-cu 

ildə ġuĢada anadan olmuĢdu. Orta təhsilini Ġrəvan gimnaziyasıda al-

mıĢdı.  Sonra  Moskva  Universittinin  fizika-riyaziyyat  fakultəsində 

oxumuĢ, daha sonra Xarkov Universitetinin hüquq fakultəsinə dəyi-

Ģilərək oranı bitirmiĢdi. Ali təhsilini baĢa bvurub bir müddət vəkillik 

etmiĢ,  müəllimlklə  məĢğul  olmuĢdu.  1917-ci  ildə  “Müsavat”  par-

tiyasına daxil olmuĢdu. 1918-ci ildə Zaqafqaziya Seyminin  Müsəl-

man fraksiyasının və Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü 

seçilmiĢ, Cümhuriyyətin 4-cü hökumət  kabinetində  dövlət  nəzarət  

naziri  (müfəttiĢi) olmuĢdu. 

Nəriman  bəy  sovet  dönəmində  müxtəlif  idarələrdə  hüquq 

məsləhətçisi  iĢəmiĢdi.Cümhuriyyət  Parlamentinin  və  hökumət  ka-

binetinin  üzvü olduğuna görə təqiblərə və həbslərə məruz qalmıĢdı. 



 

345 


1937-ci  ilin  sonunda    həbs  olunaraq  uzaq  Solovki  düĢərgəsinə 

göndərilmiĢdi.Nəriman  bəy  Nərimanbəyli  1938-ci  ilin  əvvəllərində  

48  yaĢında  ikən  güllələnmiĢdir... 

 

 



 

İBRAHİM ağa VƏKİLOV 

(1853 – 1934) 

 

Ġbrahim  ağa  PaĢa  ağa  oğlu 



Vəkilov  (“Kosaoğlu  Ġbrahim  Vəkil-

zadə Qazaği”) 1853-cü il mayın 7-də 

Yelizavetpol (Gəncə) quberniyasının 

Qazax  qəzasının  Qırax  Salahlı  kən-

dində anadan olmuĢdu.PeĢəkar hərb-

çi  kadr  idi  və  orduda  ilk  hərbi  to-

poqrafiya  üzrə  mütəxəssis  sayılırdı. 

Albay  (polkovnik)  rütbəsi  vardı. 

Azərbaycan  Cümhuriyyətinin  ikinci 

daxili  iĢlər  naziri  Behbud  xan  Ca-

vanĢir  peĢəkar  kadrlardan  biri  kimi 

onu  DĠN  sistemində  iĢləməyə  cəlb 

etmiĢdi. B. CavanĢirin 1918-ci il 23 iyun tarixli əmi ilə Ġbrahim ağa 

Vəkilov  Gəncənin  qubernatoru  vəzifəsinə    təyin    edilmiĢdi.  Ġ.Və-

kilov Gəncənin ilk qubernatoru olmuĢdu... 

Gəncə qubernatoru kimi Daxili ĠĢlər Nazirliyinə, Ģəxsən nazir 

B. CavanĢirə görülən iĢlər barədə vaxtaĢırı raportlar göndərən Ġbra-

him ağa Vəkilov bu vəzifəyə təyin  edildikdən  sonra  milli  höku-

mətimiz  əleyhinə  olan  qüvvələrə  qarĢı  qətiyyətli  fəaliyəti  və 

gördüyü  təsirli  tədbirlərlə  ad  çıxarmıĢdı.  Ġ.Vəkilov  Goranboyda  və 

onun ayrı-ayrı kəndlərində sığınacaq tapmıĢ daĢnk tör-töküntülərinə 

divan tutub onları tərksilah etmiĢdi... 

1919-cu  il  martın  14-də    Azərbaycan  hökumətinin  248  nöm-

rəli sərəncamı ilə Ġbrahim ağa Vəkilov tutduğu   vəzifəsindən  azad 

edilərək    Milli    Ordumuzun  BaĢ  Qərargahında  BaĢ  Ġdarənin  Hərbi 

Topoqrafiya ġöbəsinin rəisi təyin olunmuĢdu. 1919-cu il martın 30-



 

346 


da Azərbaycan Cümhuriyyəti hökumətinin qərarı ilə nümunəvi xid-

mətinə  görə  Ġbrahim  ağa  Vəkilova  general-mayor,  onun  köməkçisi 

(müavini) Hüseynqulu  xan  Xoyskiyə isə polkovnik  rütbəsi  veril-

miĢdi. Qeyd  etmək lazımdır ki, Ġbrahim ağa Vəkilovdan sonra Gən-

cənin  qubernatoru  vəzifəsinə  1919-cu  il  mayın  6-da  məĢhur  Rəfi-

bəylilər  nəslindən  olan,  görkəmli  milli  istiqlal  fədaisi,  bunadək  F. 

Xoyskinin  baĢçılıq  etdiyi  2-ci  hökumət  kabinetində  səhiyyə  və 

sosial  təminat  naziri  vəzifəsini  tutmuĢ  Xudadat  bəy  Rəfibəyli  

(1877-1920)  təyin  edilmiĢdi. 

General  Ġbrahim  ağa  Vəkilov  11-ci  ordunun  1920-ci  il  27 

aprel iĢğalınadək öz vəzifəsində xidmət göstərmiĢdi. O, Milli Ordu-

muzun  BaĢ  Qərargah  Ġdarəsinin  1919-cu  ilin  dekabrında  ilk  hərbi 

Bayrağımızın təsdiq edilməsi qərarından sonra həmin Bayrağın  ya-

radıcısı  olmuĢdu...General-mayor  Ġbrahim  ağa  Vəkilov  1934-cü  il 

iyunun  26-da Bakıda 81 yaĢında vəfat etmiĢdi...O,Yelena Yefimov-

na  ilə  ailə  qurmuĢdu.  Qalib  bəy,  Faris  bəy  və  Reyhan  xanım  adlı  

övladları  vardı... 

 

 



MƏHƏMMƏD bəy ŞAHMALIYEV 

(1870 – 1924) 

 

Azərbaycan istiqlal hərəkatının xə Xalq Cümhuriyyətinin gör-



kəmli fədailərindən biri Məhəmməd bəy ġahmalıyev olmuĢdur. Mə-

həmməd  bəy  Nəsrullah  bəy  (1809)  oğlu  ġahmalıyev  1870-ci  ildə 

Yelizavetpol  (Gəncə)  qəzasının  Samux  kəndində  əsilzadə  ailədə 

anadan olmuĢdu. Ġxtisasca hüquqĢünas olan Məhəmməd bəy 72 min 

desyatin torpaqları olan Samux  bəylərinin  görkəmli  nümayəndələ-

rindən  biri  idi. 

Burada    Məhəmməd  bəyi  yetirmiĢ  Samuxun  tarixi  barədə 

bəhs etmək də yerinə düĢər. Ġyirminci əsrin əvvəllərində Samux Ģə-

hərinin  mövcud  olmasını  Samux  meĢələrində  onun  indi  də  qal-

maqda  olan  xarabalıqları  sübut  edir...Samux  Ģəhərinin  ərazisi  Kür 

çayının  hər  iki  sahilində  Qazannı  dağlarının  ətəklərini,Qanlı  Qobu 

ilə  Qabırrı  çayı  arasında  olan  ərazini  əhatə  edirdi.  Tədqiqatçıların 

bir  qisminin  fikrincə,  ”Samux”  alban  sözü  olub,  ”meĢəlik”,  ”ov 


 

347 


yeri” deməkdir. Digər qisim tədiqatçıların qənaətincə, ”Samux” üç 

çayın  (Kür,  Qabırrı  və  Alazan)  birləĢdiyi  yerdir.  BaĢqaları  hesab 

edir ki, ”Samux”  sözü  fars  dilində  

“üç çay qolu”  deməkdir... 

Samux rayonu 1931-ci il noya-

brın  24-də  təĢkil  olunmuĢdu.  Azər-

baycan  SSR Ali Soveti Rəyasət He-

yətinin 24 yanvar 1939-cu il tarixli 4 

nömrəli  qərarına  əsasən  Səfərəliyev 

rayonu  (inqilabçı  Xanlar  Səfərəliye-

vin soyadını daĢıyırdı) Kirovabad (o 

vaxt  Gəncə  belə  adlanırdı) Ģəhərinin 

ərazisinə  daxil  olan  inzibati  ərazi 

vahidi idi. 1940-cı il yanvarın 16-da 

bu  rayon  Kirovabad  Ģəhərinin  tərki-

bindən  çıxarılıb  respublikanın  kənd 

rayonları sırasına daxil edildi. 1948-ci ildən baĢlayaraq Mingəçevir 

SES-in tikintisi ilə əlaqədar olaraq  Samuxun ərazisinin çöx hissəsi 

su altında qalmıĢdı...1954-cü il yanvarın 28-də Azərbaycan SSR Ali 

Sovetinin qərarı ilə Samux rayonu ləğv edilərək, ərazisi Səfərəliyev 

rayonu  ilə  birləĢdirilmiĢdi.  1959-cu  il  dekabrın  4-də  Səfərəliyev 

rayonu  da  müstəqil  rayon  kimi  ləğv  edilərək  Gəncə  Ģəhərinə 

birləĢdirilmiĢdi. 1963-cü il yanvarın  4-də keçmiĢ Səfərəliyev rayo-

nunun ərazisi Xanlar  rayonuna  daxil  edilmiĢdi. 

...Xanlar rayonu 1954-cü il yanvarın 28-də Səfərəliyev rayonu 

ilə  birləĢdirilmiĢdi.  Səfərəliyev  rayonu  1938-ci  ilədək  görkəmli 

dövlət  xadimi və yazıçı N. Nərimanovun Ģərəfinə Nərimanov rayo-

nu adlanırdı. Nərimanov adının verilməsinə qədər isə, 1819-cu il ap-

relin  22-dən  rayon  Yelenenedorf  (almanca  Helelenedorf)  adlan-

mıĢdı. Belə ki, hələ 19-cu əsrdə, 1819-cu il aprelin 22-də Azərbay-

cana  gəlmiĢ  ən  böyük  icma  olan  alman  koloniyaçıları  Yelenendorf 

adı  ilə  həmin  yaĢayıĢ  məntəqəsini  salmıĢdılar...1869-cu  il  aprelin 

22-də  koloniya  özünün  50  illiyini  təntənəli  syrətdə  qüeyd 

etmiĢdi...1896-cı ildən etibarən də Yelenendorfda və onun ətrafında 

ermənilər görünməyə və orada məskunlaĢmağa baĢlamıĢdılar... 


 

348 


Beləliklə, 1938-ci ildə Samux ərazsinin daxil olduğu Səfərəli-

yev rayonu Xanlar rayonu adlanmıĢdı. Bu, Cəbrayıl qəzasının Qar-

ğabazar  kəndindən  (indi  Füzuli  rayonundadır)  məĢhur  inqilabçı 

Xanlar Səfərəliyevin (1885-1907) Ģərəfinə edilmiĢdi. Xanlara Qov-

larsarı və Qaraarx da demiĢlər... Samux öz tarixi adını 90-cı illərin 

əvvəllərində bərpa etmiĢdir. Belə ki, Azərbaycan  Respublikası  Ali 

Soveti  Milli  ġurasının 1992-ci il 18 fevral tarixli  72  saylı qərarı 

ilə Səfərəliyev qəsəbəsinin adı dəyiĢdiilib Nəbiağalı qəsəbəsi adlan-

dırılmıĢdır.  Azərbaycan  Respublikasının  13  iyun  2008-ci  il  tarixli 

Qanununa  əsasən  Nəbiağalı  qəsəbəsi  və  Kolayır  kəndi  birləĢdirilə-

rək  Samux qəsəbəsi adlandırılmıĢ, Samux qəsəbəsinə Ģəhər statusu 

verilmiĢ  və müstəqil  Samux rayonu  yaradılmıĢdır. 

...Ġndi  Məhəmməd  bəy  ġahmalıyev  haqqında  söhbəti  davam 

etdirək.  Yeddi    yaĢınadık    bir  kəlmə  rusca  belə  bilməyən  Məhəm-

məd bəy ilk təhsilini Tiflisdə almıĢ, 1891-ci ildə Odessadakı “Novo-

rossiysk”  Universitetinin  hüquq  fakultəsinə  daxil  olmuĢdu.  Burada 

N.  Nərimanov,  N. Yusifbəyli,  X.  Sultanov və baĢqaları ilə birlikdə 

yaxından  tanıĢ  olub  fəaliyyət  göstərirdi...  O,  Universitetdə  yaradıl-

mıĢ “Azərbaycan Həmyerlilər TəĢkilatı”nın  rəhbərlərindən biri idi. 

M.  ġahmalıyev  1896-cı  ildə  Universiteti  bitirib  dövlət  qulluğunda  

məmur  kimi  çalıĢmağa  baĢlamıĢdı. 

Rusiya imperatorunun qardaĢı,Qafqazın caniĢini, böyük knyaz  

Nikolay    Nikolayeviç    Romanov Məhəmməd bəyin  atası  Nəsrullah 

bəylə dostluq edirdi.O, Samuxda Nəsrulla bəyin qonağı olarkən bəy 

ona cins atlar, o isə bəyə içində çox bahalı brilyant olan qızıl buru-

notu qabı - tabokerka bağıĢlamıĢdı. Bu dostluq Nəsrulla bəyin  oğlu 

Məhəmməd  bəyin  dövlət  qulluğunda  irəliləməsinə  və  cəmiyyətdə 

nüfuz qazanmasına müsbət təsirsiz ötüĢməmiĢdi... Belə ki, Məhəm-

məd  bəy  1913-cü  ildə  Nuxa  qəzasının,  1914-1915-ci  illərdə    isə  

ƏrəĢ  qəzasının  rəisi  olmuĢdu. 

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  M.  ġahmalıyev 

Azərbaycan    hökumətinin  1919-cu  il  16  mart  tarixli  qərarı  ilə  rəs-

mən çar hökuməti tərəfindən Azərbaycan ərazisi kimi təsdiq edilmiĢ 

Zaqatala  quberniyasının  qubernatoru  təyin  edilmiĢdi.  M.  ġahmalı-

yev bir qubernator kimi fəaliyyəti barədə DĠN-ə, Ģəxsən daxili iĢlər 

nazirinə  vaxtaĢırı  raport  verir  və  hesabatlar  hazırlayırdı...  M.  ġah-



 

349 


malıyev qubernator təyin edildikdən sonra Azərbaycan  Respublika-

sının Zaqatala quberniyasının Gürcüstan Respublikası Tiflis quber-

niyasının Sığnax qəzası arasındakı müvəqqəti demarkasiya xəttinin 

müəyyənləĢdirilməsi  üzrə  Azərbaycan-Gürcüstan  komissiyasının 

sədri təyin edilmiĢdi. Komissiyanın 25 oktyabr və 2 noyabr 1919-cu 

il  tarixli  iclasında  Azərbaycan  hökuməti  adından  müstəqil  dövləti-

mizin  mənafeyini  layiqincə  təmsil  etmiĢdi...  Zaqatalanın  quberna-

toru vəzifəsində 1920-ci il aprelin 27-dək, yəni Azərbaycan Cümhu-

riyyətinin  süqutunadək,  canla-baĢla,  ləyaqətlə    xidmət    gös-

tərmiĢdi... 

Sovet  hakimiyyəti    “qurulduqdan”    sonra  Məhəmməd  bəyin 

mal-mülkü  əllərindən  alınmıĢ,  müsadirə  olunmuĢdu.  Məhəmməd 

bəyi  isə  həbs  etmiĢdilər.  Onu  labüd  güllələnmə  gözləyirdi.  Lakin 

hələ vaxtıilə Odessada tələbəlik dövründən dostluq etdiyi  Azərbay-

can  SSR  XKS-in sədri  N. Nərimanovun  xəbər  tutub iĢə qarıĢma-

sı bunun qarĢısını almıĢdı... Həbs və sonrakı məhkəmə zamanı Mə-

həmməd bəy ġahmalıyev: ”...Məni keçmiĢ nökərim ”keçəl Dursun” 

mühakimə edir, bu günü görməkdənsə, mənə güllələnmək xoĢdur”, 

- demiĢdi. Beləliklə, N.Nərimanovun sayəsində M. ġahmalıyev gül-

lələnməkdən  xilas  olmuĢdu.Lakin  onu  ev  dustağı  etmiĢdilər.    Mə-

həmməd    bəy  indiki  Sabir  adına  bağın  yerində  yerləĢən  evindəki 

mənzilində  düz  4  il  ev  dustağı  həyatı  yaĢamıĢdı...  Məhəmməd  bəy 

ġahmalıyev 1924-cü ildə elə həmin  mənzilində 54   yaĢında  dün-

yasını  dəyiĢmiĢdi... 

M.  ġahmalıyevin  ilk  ömür  -  gün    yoldaĢı  həyatdan  vaxtsız 

köçmüĢ Fatma xanımdan bir qız övladı - ġahpəri (1898-1981) dün-

yaya gəlmiĢdi. ġahpəri anasının adı idi. ġahpəri xanım Məhəmməd 

bəyin əmisi oğlu Mahmud bəyə ərə getmiĢ (ġahmalıyevlər ancaq öz 

nəsillərindən  evlənirdilər.  BaĢqa  nəslə  də  qız  verməzdilər...)  və 

ondan Fərhad, Tofiq, Rüstəm adlı oğulları və Xədicə adlı qızları do-

ğulmuĢdu. Fatma xanımdan sonra Məhəmməd bəy Əminə xanımla 

evlənmiĢ, bu izdivacdan 5 övladı: 3 oğlu (Ehsan bəy (1899), ġamil 

bəy (1903-1990), Mehralı bəy və 2 qızı – Səltənət xanım və Ədalət 

xanım anadan olmuĢdu. M.ġahmalıyevlərin övladları və onların tö-

rəmələri  indi  Moskva,  Odessa,  DaĢkənd    və    digər    Ģəhərlərdə  

yaĢayırlar... 



 

350 


 

QRADONAÇALNİKLƏR 

 

 



 

 

QUDA QUDİYEV 



(1880-1920) 

 

Quda  Qudiyev  Azərbaycan 



Xalq 

Cümhuriyyəti 

dövründə, 

1919-1920-ci illərdə Bakının qrado-

naçalniki  vəzifəsində  xidmət  etmiĢ-

dir  (Qradonaçalniklik  vəzifəsi  hələ 

çar  Rusiyasında,  hökumətin  28  ok-

tyabr  və  2  noyabr  1906-cı  il  tarixli 

sərəncamları  ilə  xüsusi  əhəmiyyəti 

olan iri Ģəhərlərdə təsis olunmuĢ və 

Əsasnaməsi  qüvvəyə  minmiĢdi. 

Qradonaçalnik  qubernator  hüqu-

quna malik olan dövlət məmuru idi. 

O,  təkcə  Ģəhər  polisinə  baĢçılıq  et-

mirdi,həmçinin bir sıra inzibati, mülki və idarəetmə məsələlərəinədə 

baxırdı...  Rusiyada  Qardonaçalniklik  1917-ci  ildə  ləğv  olunsa  da, 

Azərbaycan  Cümhuriyyəti  dövründə,  1919-cu  ildə  bu  vəzifə  bərpa 

olunaraq ondan istifadə olunmuĢdu.). 

Qudiyev  Quda  Əliyeviç  milliyyətcə  inquĢ  idi.  O,  1880-ci  il 

fevralın 12-də Qafqaz dağlarının ətəyində, Vladiqafqaz (sovet döv-

ründə Orconikidze adlanırdı) Ģəhərində Ter daimi milisində iĢləyən 

yunkerin  ailəsində  anadan  olmuĢdu.  Real  məktəbi  bitirmiĢdi.  Qaf-

qaz süvari diviziyasının 20 fevral 1900-cü il tarixli 37 nömrəli əmri 

ilə Quda Qudiyev (bəzi tarixi ədəbiyyatlarda Puda yazılması düz de-

yil) Əlahəzrət çarın 45-ci Ģimal süvari polkuna xidmətə qəbul olun-

muĢdu. Atasının yolu ilə getməyi qərara alan Q. Qudiyevin bu za-

man 20 yaĢı vardı. 


 

351 


Q.  Qudiyev  öz  xidmətinə  çox  ciddi  yanaĢırdı.  Bu,  diqqətdən 

yayınmamıĢdı.  Ona  hərbi  təhsil  lazım  idi.  Odur  ki,  Yelizavetqrad 

süvari yunker məktəbinə oxumağa göndərmiĢdilər. Məktəbdə tədris 

və  təlimdə  özünü  nümunəvi  aparması  yenə  diqqəti  cəlb  etmiĢdi. 

1902-ci  il  iyunun  9-da  onu  “Elmdə  və  sıra  təlimində  əla  müvəf-

fəqiyyətlərə görə” fəxri silahla mükafatlandırmıĢdılar. Q. Qudiyevə 

gələcəyin  əla  hərbi  mütəxəssisi  kimi  baxırdılar.Odessa  Hərbi 

Dairəsinin  28  yanvar  1903-cü  il  tarixli  qərarı  ilə  məktəbi  bitirməsi 

ilə  əlaqədar  Yelizavetqrad  süvari  yunker  məktəbinin  Tədris 

Komitəsi Qudiyevi general-leytenant D.A.Milyutin adına mükafatla 

təltif etmiĢ və ona  Ģtandart-yunker  rütbəsi  verilmiĢdi. 

Q.  Qudiyevin  nüfuzu  getdikcə  yüksəlirdi.  Onu  təkcə  əsgərlər 

deyil,  həm  də  sadə  adamlar  sevir  və  dəyərləndirirdilər.  1903-cü  il 

aprelin  1-də  Q.  Qudiyev  kornetə  daxil  olmuĢ,  sonra  50-ci  Ġrkutsk 

süvari polkunda xidmətini davam etdirmiĢdi. 1904-cü il fevralın 6-

da  1-ci  əlahiddə  süvari  briqada  komandanlığının  əmri  ilə  o  Zabay-

kaleyə, Çita Ģəhərinə kazak qoĢunları atamanının sərəncamına gön-

dərilmiĢdi. 1904-cü il iyunun  9-da Zabaykalye 2-ci Arqun polkuna 

kazak  diviziyasına  xorunji    rütbəsi    verilməklə  ezam  olunmuĢdu. 

Həmin il sentyabrın 7-də isə Zabaykalye kazak diviziyasının qərar-

gahına  keçirilərək  xüsusilə  mühüm  kəĢfiyat  iĢində  xidmət  gös-

tərmiĢdi. 

1904-1905-ci  il rus-yapon müharibəsi  baĢlandıqda oraya qaf-

qazlılar  da  cəlb  olunmuĢdular.  Onların  içərisində  yüzlərlə  inquĢda 

vardı (inquĢlarda müsəlmandırlar). Onların sayı cəmi 400 nəfər idi. 

Bu  dörd  yüzlüyü  vahid  dəstə  halında  birləĢdirib,  ona  komandir 

qafqazlıların  dilini, adət  və ənənələrini bilən Q. Qudiyevi  təyin  et-

miĢdilər. Bu müharibədə Q. Qudiyevin dağlılar dəstəsi böyük cəsa-

rət və möcüzələr göstərmiĢdi... Ən  çətin, zəruri olan yerlərə Qudi-

yevin dəstəsi  göndərilirdi. Qudiyevin dəstəsinin Ģöhrəti tezliklə hər 

yerə yayılmıĢdı. 

1904-cü il sentyabrın 7-də Q.Qudiyevin dağlı divizionu gene-

ral Rannenkampfın komandanlıq etdiyi Arqun kazak polkunun tabe-

liyinə  keçirildi.  General  Rannenkampf  Qudiyevi  çox  sevir  və  onu 

baĢqalarına nümunə göstərirdi. Qudiyevin dəstəsi 1904-cü il sentya-

brın 12-dən 1905-ci il oktyabrın 7-dək ġaxe çayındakı və Mukden 



 

352 


Ģəhəri  yaxınlıqdakı  döyüĢlərdə  Ģücaətlər  göstərmiĢ,  qəfil  və  gözlə-

nilməz  qəti  hücumlarla  yaponları  çaĢ-baĢ  salmıĢdılar...General-

leytenant P.Ġ. MiĢenko da sabiq həmkarı general Rannenkampf kimi  

Qudiyevin divizionunu  “mənim  uçan dəstəm” adlandırırdı. 

Q. Qudiyev  inquĢ  tayfasından olan Qali  Xasbulatovna Lya-

nova ilə nikahda olmuĢdu...Q. Qudiyev Ġslama etiqad edir  və özünü  

müsəlman sayırdı. 

Q.  Qudiyev  əla  kəĢfiyyatçı  kimi  ad  çıxarmıĢdı.  O,  bir  qayda 

olaraq  ali  baĢ  komandanın  tapĢırıqlarını  cəsarətlə  və  dəqiq  yerinə 

yetirirdi. Qudiyev dəfələrlə ali baĢ komandanlıq tərəfindən Ģifahi və 

yazılı təĢəkkürlər və minnətdarlıqlar almıĢdı. Q.  “Müqəddəs Anna “ 

ordeni,  3-cü  dərəcəli  “Müqəddəs  Vladimir”  və  “Müqəddəs  Stanis-

lav” ordeni (qılınc və bantla), 4-cü dərəcəli “Ġgidliyə görə” medalı 

ilə və s.-lə təltif olunmuĢdu. 

Q.  Qudiyev  1905-ci  il  iyunun  5-dən  sentyabrın  11-dək  ordu-

nun arxa cəbhə qərargahında ezamiyyətdə olmuĢdu. 1905-ci il sen-

tyabrın 11-də Qudiyevin 400-lük dəstəsi buraxılmıĢdı...Bundan son-

ra  onu əlahiddə kəĢfiyatçılar divizionuna  keçirmiĢdilər. 1905-ci il 

oktyabrın 7-də Q. Qudiyev Qafqaza qayıtmıĢdı. Həmin il dekabrın 

22-də  o,Ter  daimi  milisində  təftiĢ  idarəsində  adyutant  vəzifəsinə 

təyin edilmiĢdi. 1910-cu ilin fevralında Q. Qudiyev Ġmperator Niko-

lay adına Süvari Akademiyasına daxil olmaq üçün attestat almıĢdı. 

Birinci  Dünya  müharibəsində  (1914-1918-ci  illər)  təcrübəli 

zabit  kimi  Q.  Qudiyev  polkovnik  Merçule  Georginin  (milliyyətcə 

abxaz idi) komandirlik etdiyi Ter Dağlı Diviziyasının tərkibində Ġn-

quĢ süvari polkunda 1-ci yüzlüyün baĢçısı kimi döyüĢlərdə ad çıxar-

mıĢdı... O, 1914-cü ilin dekabrında Karpat döyüĢlərindəki Ģücaətlə-

rinə  görə  2-ci  dərəcəli  “Müqəddəs  Anna”  ordeni  ilə  təltif  olun-

muĢdu. 1916-cı ilin martında Q. Qudiyev rotmistr (kapitan) rütbəsi 

almıĢdı.Q.Qudiyev  məĢhur  “Dikiy  diviziya”nın  tərkibində  də 

döyüĢmüĢdü... 

Azərbaycan hökuməti tərəfindən Bakıya dəvət olunan rotmistr 

Q.Qudiyev  daxili  iĢlər  naziri  N.Yusifbəylinin  29  aprel  1919-cu  il 

tarixli  əmri  ilə  Bakı  Ģəhərinin  polismeysteri  (16  dərəcəli  tarif 

cədvəlinə əsasən 4-cü dərəcə üzrə aylıq maaĢı 2.300 manat olmaqla) 

təyin  edilmiĢdi.  Lakin  1919-cu  ilin  iyununda  o,  daha  yüksək  və 



 

353 


məsul vəzifəyə-Bakının qradonaçalniki vəzifəsinə təyin olunmuĢdu. 

Q.  Qudiyev  15  iyun  1919-cu  ildə  Bakı  qradonaçalniki  vəzifəsinə 

baĢlaması  haqqında  1 nömrəli əmr  vermiĢdi. 

Bakı  qradonaçalniki  Q.  Qudiyev  1919-cu  il  avqustun  14-də 

verdiyi    əmrlə  hərbi  vəziyyət  dövründə,  həm  də  Azərbaycan  Cüm-

huriyyəti  əleyhinə  təbliğatla  məĢğul    olan    “Molot”  və    “Rossiya” 

adlı  gündəlik  qəzetlərin  çıxmasını  qadağan  etmiĢdi. 

Bakı  qradonaçalniki  Q. Qudiyevin  təĢəbbüsü ilə ticarət-səna-

ye, neft sənayeçiləri, bank müəssisələri və digər təĢkilatların nüma-

yəndələrinin iĢtirakı ilə müĢavirə çağırılmıĢdı. MüĢavirədə Bakı Ģə-

hərinin köməyə ehtiyacı olan sakinlərinə 300 milyon rubl məbləğin-

də  ilk  növbədə  iĢlənən  zəruri  ərzaq  məhsullarının  alınması  və 

paylanmasının  təĢkil  edilməsi  barədə  qərar  qəbul  olunmuĢdu.  Bu  

məqsədlə  xüsusi  komissiya  yaradılmıĢdı. 

Bakı  qradonaçalniki vəzifəsində 11-ci ordunun 27 aprel iĢğa-

lınadək xidmət eən, bu iĢdə yüksək təĢkilatçılıq qabiliyyəti və mü-

barizə əzmi göstərən Q. Qudiyevin həyatı  təəssüfki, faciəli surətdə 

sona yetmiĢdi. Beləki,Azərbaycanda sovet hakimiyyəti qurulduqdan  

sonra bolĢeviklər Q. Qudiyevi bağıĢlamadılar və o, həbs olundu, iĢ-

gəncələrə məruz qaldı... Azərbaycan Ali  Ġnqilabi Tribunalı Teymur 

Əliyevin sədr, müavini A.Popov, üzvləri A. Andreyev, Lilyakina və  

ġirəli Əliyevin  iĢtirakı ilə 20 avqust 1920-ci  il  tarixdə  keçən  icla-

sında Q. Qudiyevin, 1919-cu il sentyabrın 5-də “Novıy svet” resto-

ranındakı  atıĢmada  bolĢeviklər  Mir  Fəttah  Musəvini  və  HaĢım 

Əliyevi  öldürmüĢ,  Levon  Qoqoberidzeni  isə  ağır  yaralamıĢ  Azər-

baycan Dəmir Yolu Ġdarəsinin Teleqraf ġöbəsinin sabiq rəisi Hacı-

bəy Seyidbəyovun, Bakının 5-ci sahə polisinin  pristavı  Mixail  Va-

kulanın  iĢinə  baxmıĢdı.  ġahid  qismində  iĢtirak  edən  RəĢid  bəy 

Tahirov, Bırdin Q.Qudiyevin əleyhinə ifadə vermiĢdilər. Əziz Bay-

rambəyovu və M.Vakulanıda M. Musəvi və H. Əliyevin ölümündə 

günahlandırmıĢdılar... Ali Ġnqilabi Tribunal qradonaçalnik Q. Qudi-

yevi  və  Hacıbəy  Seyidbəyovu  əmlakları  müsadirə  olunmaqla  ən 

yüksək cəzaya - güllələnməyə məhkum etmiĢdi. Pristav M.Vakula-

nun məcburi iĢi 10 illik həbslə əvəz olunmuĢdu...Ali Ġnqilabi Tribu-

nalın  29  avqust  1920-ci  il  tarixli  hökmü  dərhal  icra  olunmuĢ  və 

beləliklə, Q. Qudiyev  40  yaĢında  güllələnmiĢdi... 



 

354 


Q.Qudiyevin  birinci  arvadı  inquĢ  qızı  Qalidən  Əhməd  və 

Məhəmməd  adlı  oğlanları  qalmıĢdı.  Böyük  oğlu  Əhməd  25  fevral 

1909-cu  ildə  anadan  olmuĢdu.  Onun  barəsində  məlumat  yoxdur... 

Qudiyevin ikinci arvadı fars mənĢəli qız Qəmər Solan xanım HəĢi-

mova idi. Onlar  qanuni nikaha girməklə 1912-ci il noyabrın 27-də 

Moskvada  evlənmiĢdilər.  Qali  Xasbulatova  ilə  isə  1913-cü  il 

sentyabrın 10-da Ģəriət qaydasında ayrılmıĢdılar. Q. Qudiyevin 2-ci 

arvadı  Qəmər  Solan  xanımdan  8  noyabr  1913-cü  ildə  dünyaya 

gəlmiĢ  Leyla  adlı  qızı  vardı. 

Q. Qudiyevin daha bir arvadı Tamara olmuĢdu. Bakıda həbs-

xanada  olarkən  Tamaraya  məktub  yazmıĢdı.  Məktubda  deyilirdi: 

”Kommunistlərə  özlərini  göstərmək  və  vahimə  yaratmaq  üçün  iri  

fiqurlar lazımdır. Deyə bilərəm ki, mənim heç bir günahım yoxdur. 

XahiĢ  edirəm,  təcili  uĢaqlarla  Moskvaya,  atanın  yanına  yola  düĢ, 

oradan isə Parisə - qardaĢının yanına, lakin bu zaman inquĢlar olan 

yerdən  və  böyük  oğlum  Əhməddən  ayırma.  Bir  yerdə  onlar  üçün 

asan olacaq. Ümid edirəm, bu amansız, qanunsuz əsr və  repressiya 

baĢa çatacaq”. 

Tamara ərinin vədinə əməl etmiĢ, tezliklə  Moskvaya getmiĢ-

di. Orada uĢaqları Rusiya Dövlət Dumasının sabiq deputatının arva-

dı  Qolovinanın  malikanəsində  yerləĢdirmiĢdi.  Həmin  il  o,  Parisə, 

qardaĢının yanına gedə bilmiĢ, 1924-cü ildə isə 3  uĢağını da  yanına  

aparmıĢdı... 

Q.  Qudiyevin  oğlanlarından  biri,  Aslan  bəy  Qudiyev  Ġkinci 

Dünya  müharibəsi  (1941-1945)  dövründə  general  ġarl  De-Qollun 

baĢçılıq  etdiyi  “Azad  Fransa”  hərəkatının  gəal  iĢtirakçısı  olmuĢdu. 

Onun uĢaqları yox idi. Özü Parisdə müsəlman qəbirstanlığında dəfn 

olunmuĢdu.Q.Qudiyevin  fars  mənĢəli  arvadı  Qəmər  xanım 

Solandan olmuĢ qızı Leyla isə Moskvaya,Qudiyevlərin yeznələrinin 

yanına qayıtmıĢdı... 

Böyük M.Ə. Rəsulzadə özünün  “Azərbaycan Cümhuriyyəti” 

kitabında Quda Qudiyevi  “Ġstiqlal ġəhidi” adlandırmıĢdır (Kitabda 

tərcümə  səhvi  üzündən  Qudiyev  Bakı  valisi    Hadıyev  kimi 

yazılmıĢdır. ġübhəsiz , bu, Hadıyev deyil, Qudiyevdir...). 

 

 


 

355 


 

 

POLİSMEYSTERLƏR 

 

 

 



 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin